шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Qubaya səfəri çərçivəsində ADPU-nun Quba Filialının kollektivi ilə görüşüb.

Görüşdə çıxış edən filialın direktoru, dosent Yusif Alıyev rektor Cəfər Cəfərovu kollektiv adından salamlayıb, ADPU-ya və universitetin filiallarına, ümumiyyətlə təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, filialın bütün kollektivinin gücünü, potensialını Azərbaycan təhsilinin inkişafı üçün səfərbər edərək bölgədə təhsilin, elmin inkişafına nail olunacaq.

Daha sonra rektor Cəfər Cəfərov filialın kollektivini salamlayaraq ölkə təhsilinin qarşısında duran böyük işlərdən, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından danışaraq dövrün təhsil trendlərinin tələblərindən danışıb. Sonra filialda həyata keçiriləcək yeni layihələrlə bağlı filialın kollektivinə və filialın direktoru Y.Alıyevə uğurlar arzulayaraq, kollektivi bütün işlərdə inkişafnaminə sıx birləşməyə çağırıb.

Daha sonra filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov, Pedaqoji fakültənin dekan müavini Nübar Bayramova çıxış edərək təhsilimizə, filiallara, gənc alimlərə, tələbələrə universitetin rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirərək, filiala yeni təyin olunan direktor Y.Alıyevin fəaliyyətinin, innovativ ideyalara açıq olmasının və idarəetməsinin kollektiv tərəfindən alqışlandığını diqqətə çatdırıblar.

Sonra rektor Quba filialının inzibati binasıda tədris otaqlarını, yeni istifadəyə verilmiş Kompüter sinfini, idman və konfrans zallarını gəzərək öz ideya, təklif, tapşırıq və tövsiyələrini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oktyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Əməkdar elm xadimi, akademik, görkəmli ədəbiyyatşünas, tənqidçi Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd və direktor müavini, dosent Aygün Bağırlı və universitetin Filologiya fakültəsinin professor-müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatşünaslığı elminə verilən yüksək dəyərin bariz nümunəsidir. Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələrinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir. Qeyd edək ki, M.C.Cəfərov ADPU-nun məzunu olmuş və Filologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

Tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək M.C.Cəfərovun yaradıcılığından, Azərbaycan ədəbiyyatı nəzəriyyəsində rolundan və yeniliklərindən, ədəbi tənqidçi kimi fəaliyyətindən bəhs edib.  

Daha sonra ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “Azərbaycan ədəbi tənqidinin tarixində Məmməd Cəfər Cəfərovun yeri”  mövzusunda məruzə ilə çıxış edib. T.Salamoğlu məruzəsində Azərbaycan ədəbi tənqidinin tarixində M.C.Cəfərovun müstəsna mövqeyindən, alimin ədəbi tənqid sahəsindəki və ədəbiyyat tarixi istiqamətindəki fəaliyyətindən bəhs edib. M.C.Cəfərovun ədəbi tənqidində poeziya məsələlərinin də əhəmiyyətli yer tutduğunu   bildirərək qeyd edib ki, alim ədəbi tənqidə ilk növbədə teatr tənqidçisi kimi gəlmiş və onun ədəbi proseslə bağlı ilk məqalələrinin əksəriyyəti teatr tənqidinə həsr olunmuşdur.  Vurğulayıb ki, S.Vurğunun “İnsan”  dramı ideya-tematik və obrazların səciyyəsi baxımından kifayət qədər mübahisələrə yol açmış, tənqid və ədəbiyyatşünaslıqda əsər haqqında bir-birini təkzib edən mülahizələr söyləmiş, əsərin ideyası və aparıcı qəhrəmanı “mücərrəd fəlsəfəçilik” tendensesiyası ilə bağlanmışdır. İnsan dramının həqiqi təhlili M.C.Cəfərovun “Ünvansız məktub”unda tapılır.  “İnsan” dramı kimi Mir Cəlalın “Açıq kitab” romanı da ədəbi tənqiddə kifayət qədər mübahisə doğurmuşdur. M,C.Cəfərov “Açıq kitab”a nəsrimizdə “həqiqətin üzünə dik baxan bir neçə qiymətli” əsərdən biri kimi dəyər verib. Sonda T.Salamoğlu onu da qeyd edib ki, M.C.Cəfərov ədəbiyyatın fəlsəfəsinə nüfuz edən böyük tənqidçi kimi yaddaşlarda qalmışdır.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd isə “Məmməd Cəfər Cəfərov və klassik irs” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, M.C.Cəfərov Azərbaycan ədəbiyyatşünaslığının xəzinəsinə daxil olan və Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirən böyük alimdir. M.C.Cəfərovun ədəbiyyat nəzəriyyəsindən danışanda ən çox istifadə olan əsəri Azərbaycan romantizmidir. Romantizm nəzəriyyəçisi kimi tanınan Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. 

Tədbirdə çıxış edən ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı M.C.Cəfərovla bağlı öz fikir və mülahizələrini bölüşüblər.  

Tədbirin sonunda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun M.C.Cəfərov haqqında yazılmış 3 kitabı universitetə təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın direktoru, direktor müavini, pedaqoji fakültə dekanı, TGT və TEC-in sədrləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

[gallery ID=388]

Tədbiri giriş sözü ilə açaraq filialın direktoru, dosent Xudayar Sultanlı müqəddəs peşə bayramı münasibətilə filialın professor-müəllim heyətini və tələbələri təbrik edib. Dövlətin təhsil və gənclər siyasətinin həyata keçirilməsində məllimlərin rolunu vurğulayıb. Tələbələrə öz ixtisaslarına dövrün tələbləri səviyyəsində yiyələnmələri barədə tövsiyələr verib.

Daha sonra direktor müavini Eyvaz Məmmədov, Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova, dosent Nurəngiz Rzayeva, baş müəllim Şöhrət Namazova, baş müəllim Tofiq İsgəndərov və başqaları çıxış edərək öz təbriklərini çatdırıblar.

Bədii hissədə filialın tələbələri şeir və musiqi nömrələri ilə  tədbiri davam etdiriblər.

Tədbirdə filialın ictimai-siyasi həyatındakı roluna, elmi-pedaqoji fəaliyyətindəki uğurlarına görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim  və tələbələr  fəxri fərmanla təltif olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

 

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Mənim şəhidim” adlı tamaşasının nümayişi keçirilib.

Tamaşa Azərbaycanın qəhrəmanlıq səlnaməsinə öz izini qoymuş Aprel şəhidlərinin şücaəti və qəhrəmanlığından bəhs edir. Tamaşanın məqsədi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda Vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq, Aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliğindən ibarətdir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

 
İyulun 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Fizika fakültəsinin Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin test mərhələsində “Fizika müəllimliyi” ixtisası üzrə 57 bal toplamış məzunu Günay Məstəliyeva və Riyaziyyat fakültəsinin “İnformatika müəllimliyi” ixtisası üzrə 56 bal toplamış məzunu Könül Əkbərova ilə görüşüb.
[gallery ID=325]
Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Riyaziyyat fakültəsinin dekanı vəzifəsini icra edən dosent Araz Fərəcov, Fizika fakültəsinin Eksperimental qruplarının müəllimləri Ravil Rzayev və Gündüz Mirzəbəyli iştirak ediblər.  
Rektor Cəfər Cəfərov Günay Məstəliyevanı və Könül Əkbərovanı təbrik edərək onlara  gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.Qeyd edib  ki, onların əldə etdikləri yüksək nəticələr ADPU-nun nüfuzuna müsbət təsir edir. Bizim əsas məqsədimiz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməkdir. Bu baxımdan sizin əldə etdiyiniz nəticə təqdirəlayiqdir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov və Riyaziyyat fakültəsinin dekanı vəzifəsini icra edən dosent Araz Fərəcov məzunları təbrik edərək onlara daha böyük uğurlar arzulayıblar.
Günay Məstəliyeva və Könül Əkbərova Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqənin tam şəffaf və obyektiv keçdiyinə, müəllim olmaq istəyən şəxslərə bilik səviyyələrini nümayiş etdirmək üçün lazımi şərait yaradıldığına görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər. Onlar həmçinin göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə minnətdarlıq edərək həmişə məzunu olduqları universitetin adını öz bilik və bacarıqları, müsbət fəaliyyətləri ilə doğruldacaqlarını vurğulayıblar.  
Sonda məzunlara gül dəstələri və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib. 
 
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi