шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

“İnformatika fənninin innovativ üsullarla tədrisi” mövzusunda seminar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialında oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib.

[gallery ID=11]

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə giriş sözü ilə çıxış edən filialın direktoru, dosent  Xudayar Sultanlı tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. X. Sultanlı  Dövlət Müstəqilliyi Gününün tarixinə nəzər salaraq, bu günü Azərbaycanın tarixinin şanlı səhifəsi kimi dəyərləndirən dövlət  başçısı cənab İlham Əliyevin fəaliyyəti dövründə qazanılmış böyük uğurlardan danışıb. Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov 18 Oktyabr -Dövlət Müstəqilliyi Günü haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. Müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır.

Çıxış edən filialın baş müəllimi Tofiq İsgəndərov Azərbaycanın müstəqillik qazanmasından sonra ədəbiyyatımıza, incəsənətimizə, mətbuatımıza və təhsilə olan dövlət qayğısından danışıb.

Tədbir tələbələrin çıxışları, şeir və musiqi nömrələrinin təqdim edilməsi ilə davam edib,  Dövlət Müstəqilliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra ADPU-nun Cəlilabad Filialının direktoru, dosent X. Sultanlı, müəllim və tələbələri Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə müstəqilliyimizin möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin rolundan, Ulu Öndərin layiqli siyasi davamçısı olan İlham Əliyevin müstəqilliyimizin əbədiliyini təmin etməsindən, ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışılıb. Bildirilib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız dinamik inkişaf edir.  

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi