шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor  Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, yubiley medalı iyulun 10-da Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən professor Cəfər Cəfərova təqdim edilib.
Rektor Cəfər Cəfərov medalın ona təqdim olunmasını rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kollektivinə verilən yüksək qiymət kimi dəyərləndirib və  buna görə dövlət başçısına  öz adından və universitetin kollektivi adından təşəkkür edib. 
Məlumat üçün bildiririk ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. 
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi