шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş elmi konfrans

İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin  Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası kafedrasında 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş elmi konfrans keçirilib.

[gallery ID=318]

Konfransı giriş sözü ilə açan  Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası kafedrasının müdiri Eldar Abdullayev geniş məruzə ilə çıxış edib. E.Abdullayev maraqlı və məzmunlu məruzəsində qeyd edib ki, müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi uğurla həyata keçirilib.

Son illər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazası daha da güclənən, müasir hərbi texnika, silah-sursatla təhciz edilən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Xalqımız  bundan böyük sevinc və qürur hissi duyur və ordumuzun gücünə, qüdrətinə  inanır.  

Sonra məruzə ətrafında çıxış edən professor Əli Mehdiyev,dosent Gülbaba Quliyev, baş müəllimlər Natiq Əliyev, Laçın Əsgərov və başqaları məruzəni yüksək qiymətləndirərək Azərbaycanın nizami, müasir və qüdrətli orduya malik olmasını xüsusi vurğulayıblar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi