шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 15 İyun – Milli Qurtuluş Günü münasibətilə

Təbriki

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hamınızı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və fəaliyyətinizdə uğurlar arzulayıram.

Bildiyiniz kimi, 1991-ci il oktyabr ayının 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyətin və dövlətin bütün təsisatlarının boşluğu ilə səciyyələnirdi. İşğalçı Ermənistanın hərbi təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirdi. 1993-cü ilin iyun ayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır dövründə dahi şəxsiyyət, müdrik lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkəmizdə hakimiyyətə gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Bu günün Azərbaycan xalqı üçün böyük tarixi-siyasi əhəmiyyət kəsb etməsi səbəbsiz deyildir. Məhz bu gün xalqımız milli xilaskar, ümummilli lider Heydər Əliyevin böyük vətənpərvərliyi, fədakarlığı, zəngin həyat və siyasi təcrübəsi, müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və gərgin səyləri nəticəsində vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, sabitlik və tərəqqi yoluna çıxmış, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun bünövrəsi qoyulmuşdur. Xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş15 İyun dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi, müstəqil Azərbaycan Respublikası isə dahi öndər Heydər Əliyevin şah əsəridir.

15 İyun – Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Qədirbilən xalqımız böyük xilaskar Heydər Əliyevin xidmətlərini çox yüksək qiymətləndirir və hər il 15 İyun – Milli Qurtuluş Gününü yüksək əhvali-ruhiyyə ilə dövlət səviyyəsində qeyd edir.

Bu gün Azərbaycan öz müstəqilliyinin 28-ci ilini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, onun sadiq məsləkdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunu, dövlətçilik strategiyasını layiqincə və uğurla davam etdirmələri nəticəsində ölkəmiz sürətlə, yeni beynəlxalq çağırışlara uyğun inkişaf edir, regionda və dünyada nüfuzu daha da artır.

Sizi bir daha 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm. Bayramınız mübarək!