шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 26 İyun -Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Təbriki

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hamınızı 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və  fəaliyyətinizdə uğurlar arzulayıram.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhurriyyətinin xarici hərbi müdaxilə nəticəsində süquta uğraması və ölkəmizin uzun müddət Sovetlər Birliyinin tərkibində yaşaması nəticəsində Azərbaycanın öz ordusu olmamışdır. Yalnız Azərbaycan müstəqil dövlət olduqdan və xalqımızın dahi oğlu, müdrik şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi uğurla həyata keçirildi. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev həm də Silahlı Qüvvələrimizin yaradıcısıdır.

Güclü ordu müstəqilliyimizin əsası, təhlükəsizliyimizin təminatçısı, ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayan əsas amildir. Son illər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazası daha da güclənən, müasir hərbi texnika, silah-sursatla təhciz edilən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilib. Hərbiçilərimizin peşəkarlıq və döyüş səviyyəsi yüksəlib, ölkəmizin müdafiə qabiliyyəti xeyli güclənib. 2016-cı ilin Aprel döyüşləri tariximizə parlaq və şərəfli bir səhifə kimi yazılmışdır. Şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına, məcburi köçkünlərə və bu qəbildən olan insanlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.  Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və məcburi köçkünlərlə mütəmadi keçirdikləri görüşlər bir daha sübut edir ki, bu qəbildən olan insanların sosial müdafiəsi Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzindədir. Xalqımızın Azərbaycan Silahlı  Qüvvələrinin gücünə, qüdrətinə inamı sarsılmazdır. Hamımız Azərbaycanın nizami, müasir və qüdrətli orduya malik olmasından böyük qürur duyur, fəxr edirik.  

Sizi bir daha 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzu və diləklərimi yetirirəm. Bayramınız mübarək!