шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

UNİVERSİTET

Elanlar

“İNKLÜZİV SİNİFLƏRDƏ TƏLİM STRATEGİYALARI” təliminə qəbul
KURİKULUMLARIN ÖYRƏDİLMƏSİ VƏ TƏTBİQİ” ÜZRƏ TƏLİM PROQRAMINA QƏBUL  
“Fəxri fərman”la mükafatlandırılan tələbələrin siyahısı
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ “Sinfin İdarə Edilməsi” Təlim proqramına QƏBUL elan edir
Azerbaycan Devlet Pedagoji Üniversitesinde 2020/2021 eğitim-öğretim yılına kayıtlar başlıyor
Азербайджанский Государственный Педагогический Университет Поступление на 2020-2021 учебный год
Azerbaijan State Pedagogical University Admission for 2020-2021 Academic Year
Ərizə forması (Əlavə)
Yenidənhazırlanma Təhsili (Qəbul 2020)

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu

E L A N    E D İ R

  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Biologiya müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Coğrafiya müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Fizika müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • İbtidai sinif müəllimliyi (əyani - Azərbaycan və rus bölmələri);
  • İnformatika müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Kimya müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Korreksiyaedici təlim (əyani - Azərbaycan bölməsi);
  • Məktəbəqədər təhsil (əyani - Azərbaycan və rus bölmələri).
  • Riyaziyyat müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Tarix müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Təhsildə sosial-psixoloji xidmət (əyani - Azərbaycan bölməsi).
  • Musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Sosial iş (əyani - Azərbaycan bölməsi).

         

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri

təqdim etməlidirlər:

  • rektorun adına ərizə (Əlavə 1, sənəd yükləndikdən sonra əl ilə doldurularaq imzalanır);
  • şəxsiyyət vəsiqəsi (hər iki üzü);
  • bakalavr diplomu və diploma əlavə;
  • cari ilin bakalavr məzunları üçün ali məktəbi bitirmə haqqında arayış və transkript;
  • əmək kitabçasının surəti (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış;
  • CV (anket).

Sənədlər skaner olunaraq ayrı-ayrılıqda “pdf” formatına çevrilir və bütün sənədlər onlayn qaydada (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) 1 elektron məktubda 25 avqust 2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək göndərilir.

Tələb olunan sənədlərin surəti pandemiya başa çatdıqdan sonra şöbəyə təqdim edilməlidir. Təhsil müddəti 1 ildir (yalnız əyani).

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası, Davamlı təhsil və innovasiyalar şöbəsi (otaq 710), www.adpu.edu.az      

Telefon(+99412) 465-29-76                                

WhatsApp: (+99450) 210 42 74

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.                                                            REKTORLUQ

Ərizə forması

 

Təkrar təhsil (Qəbul 2020)

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

təkrar ali təhsil almaq üçün sənəd qəbulu

E L A N    E D İ R

  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Biologiya müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Coğrafiya müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Fizika müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • İbtidai sinif müəllimliyi (əyani - Azərbaycan və rus bölmələri);
  • İnformatika müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Kimya müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Korreksiyaedici təlim (əyani - Azərbaycan bölməsi);
  • Məktəbəqədər təhsil (əyani - Azərbaycan və rus bölmələri).
  • Riyaziyyat müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Tarix müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Təhsildə sosial-psixoloji xidmət (əyani - Azərbaycan bölməsi).
  • Musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi);
  • Sosial iş (əyani - Azərbaycan bölməsi).

         

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • rektorun adına ərizə (Əlavə 1, sənəd yükləndikdən sonra əl ilə doldurularaq imzalanır);
  • şəxsiyyət vəsiqəsi (hər iki üzü);
  • bakalavr diplomu və diploma əlavə;
  • cari ilin bakalavr məzunları üçün ali məktəbi bitirmə haqqında arayış və transkript;
  • əmək kitabçasının surəti (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış;
  • CV (anket).

Sənədlər skaner olunaraq ayrı-ayrılıqda “pdf” formatına çevrilir və bütün sənədlər onlayn qaydada (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) 1 elektron məktubda 25 avqust 2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək göndərilir.

Tələb olunan sənədlərin surəti pandemiya başa çatdıqdan sonra şöbəyə təqdim edilməlidir. Təhsil müddəti 3 ildir (yalnız əyani).

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası, Davamlı təhsil və innovasiyalar şöbəsi (otaq 710), www.adpu.edu.az      

Telefon(+99412) 465-29-76              

WhatsApp: (+99450) 210 42 74

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.                                                            REKTORLUQ

Avqustun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin (ADPU TCF) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Diaspora nümayəndələri ilə birgə “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçiriləcək.

Konfransda ADPU-nun Tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov, Corc Vaşinqton Universiteti, Proqram direktoru Sevinc Məmmədova, Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov, Deloitte Amerika - İnformasiya Texnologiyaları üzrә baş mütәxәssis Aytәn Әliyeva qlobal pandemiya dövründə onlayn tədrisin təşkilinin üsul və vasitələri, informasiya təhlükəsizliyi məsələləri ilə bağlı beynəlxalq və yerli təcrübədən, bu həllərin gələcək perspektivlərindən danışacaqlar.

 

P R O Q R A M

Microsoft Teams platforması - 8 avqust 2020, saat 18:00, Vaşinqton vaxtı ilə 10:00)

Moderator: ADPU TCF dekan müavini, dos. Mətanət Əsgərova
1. Giriş sözü: ADPU-nun tədris işləri üzrə prorektoru dos.Eldar Aslanov

2. “ Pandemiya dövründə Corc Vaşinqton Universitetində onlayn tədrisin təşkilı”: Corc Vaşinqton Universiteti, Proqram direktoru Sevinc Məmmədova

3. “Şimali Dakota Dövlət Universitetində Covid-19-la bağlı tətbiq olunan tədbirlər sistemi”: Şimali Dakota Dövlət Universitetinin Maliyyə professoru Fariz Hüseynov

4. “ Onlayn təhsildə proqram təminatları və onların təhlükəsizliyi məsələləri”: Deloitte Amerika - İnformasiya Texnologiyaları üzrә baş mütәxәssis Aytәn Әliyeva

Müzakirələr və suallar

Konfransda iştirak etmək istəyən professor-müəllim heyəti və tələbələr karporativ e-mail ünvanlarını ADPU TCF-nin rəsmi mailinə yazıb göndərməlidirlər:

Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Müraciətin son tarixi: 07 avqust, 2020, saat 22:00

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hamınızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və  fəaliyyətinizdə uğurlar arzulayıram.

İslam dini xalqımızın milli-mədəni inkişafında və dünyagörüşünün formalaşmasında rol oynamış, islami dəyərlər və ənənələr vətənimizdə həmişə yüksək tutulmuşdur. İslamın qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə göstərən müqəddəs Qurban bayramı insanları rəhmə, həmrəyliyə, bacı və qardaşlığa çağıran bir bayramdır. Bu gözəl gündə dünya müsəlmanları Allah yolunda fədakarlığa hazır olduqlarını, uca yaradana daha da yaxın olmağın qürurunu yaşamaq fürsətinə nail olurlar.

Müstəqil və müasir Azərbaycan dövləti xalqımızın böyük milli-mənəvi və dini dəyərləri üzərində qurulub. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli nümunədir. Xalq-hakimiyyət, dövlət–vətəndaş, dövlət-din münasibətləri yüksək səviyyədə qurulmuşdur. Ölkəmiz müasir dövrün tələblərinə və yeni beynəlxalq çağırışlara uyğun inkişaf edir.

Biz ölkə rəhbərliyinin pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsində qarşımıza qoyduğu tələb və vəzifələri layiqincə yerinə yetirmək üçün daha əzmlə, daha fədakarlıqla çalışmaqla, milli-mənəvi dəyərlərimizi vacib tərbiyə elementi kimi fəaliyyətimizdə istifadə etməliyik.   

Sizi bir daha müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm.

Bayramınız mübarək!

2020-ci ilin mart ayından başlayaraq Covid 19 virusunun yayılması ilə əlaqədar olaraq təhsil müəssisələri onlayn sistemə keçmək məcburiyyətində qalıb. Tədrisin hazırlıq olmadan birbaşa onlayn formaya keçməsi təbii olaraq bir sıra çətinliklər yaradıb ki, bunlardan biridə müəllimlərin hazırlıqsız olması idi. Lakin ADPU-nun professor-müəllim heyəti Təhsil Nazirliyinin təklif etdiyi Microsoft Teams proqramı çərçivəsində onlayn dərslərin qısa müddətdə keçirilməsini təmin edib və semestr ilə birlikdə yay imtahan sessiyasını da uğurla başa vurub.
Bütün bunlarla yanaşı professor-müəllim heyətinin kompüter texnologiyalarından daha səmərəli şəkildə istifadə etmək bacarıqlarını inkişaf etdirməyin vacibliyi aktuallığını itirməyib.
Baxmayaraq ki, hazırda yay məzuniyyətidir, universitet rəhbərliyi yeni dərs ilinin mövcud şəraitə uyğun səmərəli keçrilməsini təmin etməkdən üçün Microsoft Teams platforması üzərindən onlayn dərslərin keçirilməsində professor-müəllim heyətinin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinə yardım məqsədilə Riyaziyyat fakültəsinin təşkil etdiyi online kursları dəstəkləyib. İlk gündən etibarən, müəllimlərin kurslara böyük marağı yaranıb.
ADPU-nun filialları da daxil olmaqla 400-dən çox əməkdaşı bu kurslarda qeydiyyatdan keçərək aktiv şəkildə onlayn dərslərdə iştirak edirlər. İştirakçıların arzu və istəkləri nəzərə alınır, ehtiyac duyduqları mövzuların daha yaxşı mənimsənilməsi üçün əlavə tədbirlər görülür. Kursu Kompüter elmləri kafedrasının baş müəllimi Sevinc Şabanova aparır.
Keçirilən bütün dərslərin video yazısı Microsoft Teams proqramında yerləşdirilir və arzu edənlər bu dərsləri təkrar dinləyə bilirlər.

İyulun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-2020-ci tədris ili üçün son iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, onlayn keçirilən iclasın gündəliyinə “2019-2020-ci tədris ilinin yaz semestr imtahan sessiyasının nəticələri haqqında”, “2019-2020-ci tədris ili üzrə magistrantların dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə”, “Apelyasiya Komissiyasının fəaliyyəti haqqında”, “ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil idarəçiliyi üzrə birgə magistr proqramının (060407-Menecment (Təhsilin təşkili və idarə olunması (İngilis dilində) tədris planının müəyyənləşdirilməsi barədə” və cari məsələlər daxildir.

İclasda öncə rektor Cəfər Cəfərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusunun hərbi qulluqçuları Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.

Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, Koronavirus (COVID-19) pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq tədris prosesi “Microsoft Teams” platforması üzərindən davam etdirilib və yaz semestr imtahan sessiyası imtahanları onlayn şəkildə həyata keçirilib. 

“2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının ilkin nəticələri haqqında” Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov hesabat məruzəsi ilə çıxış edib. Dosent E.Aslanov məlumat verərək bildirib ki, 2019-2020-ci tədris ilinin yaz semеstrinin imtahan sesiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Universitet üzrə imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsi üçün 21.05.2020-ci il tarixli ADPU-nun Elmi Şurasının 09 nömrəli qərarına əsasən əmr verilib. Fənlər üzrə imtahan tapşırıqlarının tələbələrə göndərilməsi 25.05.2020 - 01.06.2020 tarixi müddətində; Fənlər üzrə imtahan tapşırıqlarının müvafiq struktur bölməsi tərəfindən qiymətləndirilməsi və nəticələrin elan edilməsi 25 iyun 2020-ci il tarixinə kimi təşkil edilib.

Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamenti İmtahan və monitorinq şöbəsinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə: Apelyasiya Komissiyasına 9 nəfər, İmtahan Qərargahına 6 nəfər əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb və imtahanların təşkili ilə əlaqəli əsas funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. ADPU-da imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları təsdiq edilib, internet səhifəsində və elan löhvələrində yerləşdirilib. İmtahanlar qeyd olunan qaydalar əsasında təşkil edilib.

https://adpu.edu.az/images/Akademik/ADPU%20%20imtahan%20teshkili%20haqqinda%20Qaydalari-%20%20%2011-01-2019%20(1).pdf

 2019-2020-ci tədris ilinin yaz semestrinin başlanğıcında bakalavriat səviyyəsində təhsil alan tələbələrin (Bakı üzrə) ümumi sayı 10838 nəfər, о cümlədən əyani təhsil forması üzrə 10830 nəfər və  qiyabi təhsil forması üzrə 8 nəfər olub. Magistratura səviyyəsində təhsil alanların sayı 614 nəfər (hamısı əyani), yenidən hazırlanma təhsili üzrə 203 nəfər və təkrar ali təhsil üzrə isə 8 nəfər olub. Universitetin Bakı üzrə tələbə kontingenti 11663 nəfər, Filiallar üzrə tələbə kontingenti 3180 nəfər olub. Ümumilikdə ADPU üzrə tələbə kontingenti 14843 nəfər olub.

Yaz semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 102 müraciət daxil olub. İmtahan Qərargahına daxil olan müraciətlər qaydalara uyğun olaraq çevik araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bütövlükdə yaz semestrinin imtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçib. 

2019-2020-ci tədris ili yaz imtahan sessiyasının fakültələr (Bakı şəhəri) üzrə göstəriciləri, 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının fakültələr (Filiallar) üzrə göstəriciləri barədə, ADPU üzrə YDA iştirak edənlər, Yekun Dövlət Buraxılış Attestasiyasi haqqında fakültələr üzrə (Bakı şəhəri), Yekun Dövlət Buraxılış Attestasiyasi haqqında filiallar üzrə məlumat verilib.

 Universitetdə akademik borcların ləğv edilməsi səbəbi ilə təkrar imtahanlarda (fənnin kreditinin 25%-i ödəməmək şərti ilə) keçirilən imtahanlarda 560 fənn üzrə 1644 imtahan nəticəsi qeydə alınıb.

 Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “2019-2020-ci  tədris ili üzrə magistrantların dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə” hesabat məruzəsi ilə çıxış edib. Professor A.Zamanov bildirib ki, magistratura səviyyəsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün zaman-zaman işlər görülüb. Universitet Elmi Şurasının nəzdində yaradılmış dissertasiya işləri üzrə Ekspert Komissiyasınin işlərini xüsusi ilə vurğulayıb. Ekspert Komissiyası bu tədris ilində xeyli işlər görüb. Professor A.Zamanov onu da qeyd edib ki, birinci tədris ilini bitirən magistrantların dissertasiya mövzuları müvafiq kafedralarda və fakültələrdə keçdikdən sonra həmin komissiyada bir daha diqqətlə magistr dissertasiya işlərinin mövzularına baxılıb. Magistratura səviyyəsində işlərinin yüksəldilməsi ilə bağlı 292 nəfər magistrant dissertasiya işlərinin müdafiəsinə buraxılıb. 290 nəfər magistrantın dissertasiya işi antiplagiat proqramından keçib. Proqramın keçirilməsi nəticələrinə görə 259 iş 1 dəfə bu proqramdan keçib və 17 % qədər antiplagiat aşkarlanıb.

Professor A.Zamanov çıxışında magistratura təhsil səviyyəsinin daha da yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib. Qeyd edib ki, magistratura səviyyəsində işlərin daha da yaxşılaşdırılması üçün, ilk növbədə, dissertasiya mövzularının düzgün, aktual müəyyənləşdirilməsinə ciddi fikir verilməlidir. Burada əsas məqsəd kəmiyyət yox, keyfiyyət olmalıdır. Magistrantların pedaqoji və elmi-tədqiqat təcrübələrinə diqqət artırılmalıdır.

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

“Apelyasiya Komissiyasının fəaliyyəti haqqında” Komissiyanın sədri dosent  Arzu Daşdəmirov çıxış edərək komissiyaya daxil olan müraciətlərin məzmun və mahiyyəti, onların araşdırılması və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib. Apelyasiya Komissiyasının işini təşkil etmək üçün tələbələrin müraciətlərini  onlayn şəkildə qəbul etmək üçün ali məktəblər arasında ilk dəfə olaraq  onlayn ərizə qəbulu təşkil edilib. Bu məqsədlə, apelyasiya müraciəti vermək üçün xüsusi link (https://forms.gle/JZC7i8hMqUGYN2fG7) yaradılıb və tələbələrə çatdırılıb. Yaz semestrinin imtahan sessiyası dövründə Apelyasiya Komissiyasına 816 müraciət daxil olub. Həmin müraciətlərdən 341-i qüvvəsində saxlanılıb, 252-i təbələrin xeyrinə həll edilib və ötən illərdən fərqli olaraq 24 nəfər tələbənin balında azaldılma olub, 199 nəfər tələbə isə müraciətindən imtina edib. Dosent A.Daşdəmirov komissiyanın fəaliyyətinin daha səmərəli qurulması üçün təkliflər irəli sürüb.

“ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil idarəçiliyi üzrə birgə magistr proqramının (060407-Menecment (Təhsilin təşkili və idarə olunması (İngilis dilində) tədris planının müəyyənləşdirilməsi barədə” Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov məlumat verib.

 Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov Elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə dissertasiya mövzularının və elmi rəhbərlərin (elmi məsləhətçilərin) müəyyənləşdirilməsi barədə, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev 2019-2020-ci tədris ilində fakültələr və kafedralar üzrə icra olunmuş dərs yükləri haqqında məlumatın nəzərə alınması barədə, Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov 2020-2021-ci tədris ili üçün ADPU-nun magistarturaya qəbulun nəticələri barədə məlumat veriblər.

Elmi Şura üzvlərinin fəal iştirakı və faydalı fikir mübadiləsi şəraitində cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Bununla da Elmi Şuranın iclası başa çatıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Distant Təhsilin didaktik anlayışları

Ali təhsil müəssisələrində distant təhsilin didaktik prinsiplərinin müddəaları bir çox oxşar və fərqli cəhətlərilə ənənəvi təhsildə olduğu kimi peşəkar, yüksək ixtisaslı, ali təhsilli mütəxəssislərimizin hazırlığında qazanılmış bilik və bacarıqların praktikada tətbiqinin reallaşdırılmasını əhatə edir. Məlumdur ki, didaktikanın bünövrəsini təşkil edən əsas təlim prinsiplərinə elmilik, sistemlilik, nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsi, şüurlu təlim, konkretlik, mücərrədlik, qazanılmış biliklərin möhkəmliyi, fərdilik, kollektivçilik, sərbəst daxil olma imkanı kimi keyfiyyətlərini şamil etmək olar. Bu didaktik prinsiplər distant öyrətmənin əsaslarının istiqamətləndirici və inkişafetdirici yönümü olmaqla qarşılıqlı əlaqədə olub biri-birini tamamlayır. Praktiki öyrənmə prosesində isə tədrisin təşkili və keçirilməsinin qaydaları, metod və formalarını ümumiləşdirir. Distant Təhsilin həyata keçirildiyi mühitdə tarixi və pedaqoji təcrübənin hərtərəfli ötürülməsi, ictimai və ya sosial mənaların kəsb edilməsi, humanistləşdirmə və bir çox şərtlər distant təhsilin didaktik prinsiplərində öz əksini tapır.

Distant Təhsilin strateji didaktik prinsipləri

Son zamanlar aparılmış tədqiqatlar və araşdırmalar göstərir ki, Distant Təhsil Sistemində mümkün didaktik prinsiplərin sintezi nəticəsində strateji prinsipləri ümumiləşdirib açıqlamaq olar:
Ø gənc mütəxəssislərin peşəkar, bacarıqlı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması,
Ø verilmiş biliklərin məzmun və formaca gələcək inkişaf tendesiyası proqnozlaşdırılan elmi-texniki nailiyyətlərlə zənginləşməsi, istehsalat və müasir texnologiyalar baxımından ən qabaqcıl təhsil mövqelərinə inteqrasiya olunması,
Ø tədris prosesinin ümumi, qrup və ya fərdi formalarda optimal təşkil edilməsi,
Ø mütəxəssis hazırlığının müxtəlif mərhələlərində müasir təlim metod və vasitələrindən rasional şəkildə istifadə edilməsi,
Ø hazırlanmış mütəxəssislərin müasir tələblərə dövlət standartları çərçivəsində cavab verməsi, konkret professional fəaliyyət dairəsində rəqabətə davamlı bilik və bacarıqlara malik olması.
Distant Təhsilin intensiv təlim prinsipləri
Distant Təhsil Sisteminin didaktik prinsiplərini bir neçə qrupa ayırmaq olar:
1) Ümumi prinsiplər, təhsilin humanistləşdirilməsi, elmiliyi, sistematikliyi, inkişafı və s.
2) Aidiyyəti üzrə prinsiplər, təhsilin məqsəd və məzmununun dövlət təhsil standartlarına uyğun olaraq işlənilməsi, təhsilin tamlığı, tarixiliyi, komplekt halında tətbiq olunması,
3) Əhatəlilik prinsipi, Distant Təhsildə didaktik proseslərin və ya ona adekvat olan Distant Pedaqoji Təhsil Sisteminin elementləri, bazalarının tam əhatə olunması, yəni, didaktik proseslərin öyrətməyə uyğunluğu, nəzəri biliklərin aparıcı rolu, təlimin təhsil, tərbiyə və inkişafetdirici funksiyalarının birliyi, öyrənənlərin öyrətməyə qarşı tələbkarlığının motivasiyası və stimullaşdırılması, problemlilik, kollekiv öyrətmədə fərdi yanaşma, təlimdə əyanilikdən mücərrədliyə, şüurluluq, aktivlik, öyrədənin rəhbərliyi altında nisbi müstəqillik, təlimdə sistematiklik və ardıcıllıq, etibarlılıq, öyrənilən materialın tam qavranılması və dərketmənin əhatəliliyi nəzərdə tutulur.
4) Uyğunluluq prinsipi, əsasən elmi-tədris, maddi-texniki bazanın təhsilin məzmununa, bütövlükdə didaktik sistemə tamamilə uyğun formalaşması başa düşülür.
Bu sadaladığımız prinsipləri intensiv təlim prinsipləri kimi də xarakterizə edə bilərik. Bunlardan ümumi prinsiplər içərisindən Distant Təhsil Sistemi üçün ən vacibi təhsilin humanistləşdirilməsi ola bilər. Belə ki, Distant Təhsilə zəruri ehtiyacı olan istifadəçilər sırasında əqli və fiziki qüsurlu şəxslərin xüsusi distant təhsilə olan tələbatı, döyüş bölgələrində və fövqəladə zonalarda zədə almış şəxslər, müharibə əlilləri, veteranlar, onların ailə üzvlərindən ibarət kiçik kollektivlər, aztəminatlı ailələr və digərləri üstünlük təşkil edirlər. Nəzərə almaq lazımdır ki, Distant Təhsil Sistemi bütövlükdə şəxsiyyətin özünə qarşı humanist yanaşma prinsipinin bariz nümunəsidir. Məsələn, təhsil vaxtı və yerinin, öyrənmə trayektoriyasının seçilmə qrafikində tam sərbəstlik, müxtəlif ixtisas kurslarının və distant təhsil müəssisələrinin sərbəst seçimi, distant təhsilin istehsalat fəaliyyətilə uyuşqanlığı, Distant Təhsil Sisteminin açıqlığı və s.
Məlumdur ki, təhsilin humanistləşdirilməsi intensiv təlim prinsipləri içərisində aparıcı mövqe tutmaqla bərabər tamamilə Distant Təhsil Sistemində öz yerini tuta bilər. Humanistləşdirmə Distant Təhsildə təlim-tərbiyə prosesinin insanlara məqsədli xidmətində, bu sahədə qazanılmış böyük bir praktiki təcrübənin öyrənənlər tərəfindən maksimum istifadəsinə lazımi şəraitin yaradılmasında, seçilmiş ixtisasa tam yiyələnməkdə, fərdi yaradıcılıq imkanlarının genişləndirilməsində, hər bir vətəndaşın sosial müdafiəsi, təhlükəsizliyi və rahatlığı baxımından yüksək vətəndaşlıq, mənəvi və fiziki keyfiyyətlərin tərbiyə olunmasında önəmli yer tutur.
Distant Təhsil Sisteminin əsas didaktik prinsipləri

Müəllimlər Distant Təhsil Sisteminin 2 əsas prinsipini qabarıq şəkildə verməyi üstün tuturlar:

Ø sərbəst daxil olma imkanı, hər bir kəsin qəbul imtahanları sınaqlarından keçmədən təhsilini davam etdirməsi, nəticədə tam orta ixtisas və ya ali təhsil ala bilməsi,
Ø məsafədən təhsil, öyrədənlə minimal əyani görüşlər, öz üzərində müstəqil çalışmaqla sərbəst öyrənmə.
İnteraktivlik, başlanğıc biliklər, fərdiləşdirmə, identifikasiya, reqlamentli təlim, informasiya kommunikasiya texnologiyalarının tətbiqinin pedaqoji məqsədəuyğunluğu, açıq təhsil və çevik təlimin təminatı, Distant Təhsil Sisteminin yaradılması, təbliğat-təşviqat və reklam-marketinq, ilkin pedaqoji yanaşmanın prioritetliyi, qeyri-antoqonistik münasibət, hüquqi-normativ bazanın yaradılmasında öncüllük və s. nəzərdə tutula biləsi prinsiplərin işlənilməsi mütləq olmayıb, daima təkmilləşdirilməlidir. Distant Təhsil Sisteminin yaradılması prinsipləri bir çox didaktik tələb və ehtiyacların yetərincə yerinə yetirilməsinin elmi, metodiki, texniki reallaşdırılmasını tam əhatə etməlidir:
➢ metodoloji əsasların vahidliyi prinsipi, vahid tədris informasiya bankının formalaşdırılması, qazanılmış bilik, bacarıq və təcrübələrin transferə edilməsi, vahid tyutor hazırlığı və biliklərə nəzarət sisteminin yaradılması, hər bir öyrənənin təhsil prosesinin istənilən təşkilati formasına sərbəst müdaxiləsi,öz növbəsində Distant Təhsilin metodologiyasının zənginləşdirilməsinə xidmət edəcəkdir.

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllimi, ADPU-nun ETM-nın Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi