шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

7 may 2020-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı Soyqırımının tanınmasında Diasporanın rolu" adlı elmi – praktiki videokonfransı keçirilib

Azərbaycan Dövlət Pedagoji Universiteti Tarix-Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının  və  Azərbaycan Respublikasının  Diasporla İş üzrə  Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə   “Beyin qazanma  proqramı"  çərçivəsində    “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və Xocalı Soyqırımının tanınmasında Diasporanın  rolu"  adlı  elmi – praktiki  videokonfransı keçirilmişdir.

            Video-konfransda  Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun  sədri, professor Aygün Attarın  mühazirəsi dinlənilmiş və mövzu ilə bağlı  ADPU-nun Tarix və coğrafiya  fakültəsinin  Azərbaycan tarixi  kafedrasının  professor-müəllim heyətindən kafedra müdiri dos. Naibə Əhmədovanın, prof. Xəqani Məmmədovun, dos. Mübariz Ağalarovun, t.ü.f.d. Habil Həsənovun,  dos. Zakir Kərimovun, həmçinin fakültə tələbələrinin  müzakirələri ilə konfrans öz işini davam etdirmişdir.

            Video-konfransın sonunda  Azərbaycan Respublikasının  Diasporla İş üzrə  Dövlət Komitəsi nümayəndələrinin, eləcə də Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, prof. Aygün Attarın   ADPU ilə gələcəkdə elmi əməkdaşlığına dair bir sıra təklifləri  irəli sürülmüşdür.