шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb

Fevralın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb. 3-7 fevral 2020-ci il tarixində keçirilən beş günlük təlimi müvəffəqqiyyətlə başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi mərasimində ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, təlimçilər Gülşən Eminova, Xəyalə Məmmədova və Dilguşə Süleymanova iştirak ediblər.

 

Professor Asəf Zamanov giriş söz ilə çıxış edərək təlimin əhəmiyyəti, onun təşkil edilməsini şərtləndirən amillər haqqında geniş danışıb. Bildirilib ki, təlim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına dəstək vermək məqsədilə inklüziv siniflərdə təlim strategiyaları ilə bağlı bilik və bacarıqlar əldə etmək istəyənlər üçün təşkil olunub.

Vurğulanıb ki, ADPU-da son illərdə beynəlxalq və yerli qurumlarla ikitərəfli və çoxtərəfli birgə layihələr icra olunub və bəziləri hələ də davam edir. Təlimin keçirildiyi məkan da inklüziv təhsil ilə bağlı həyata keçirilmiş layihə çərçivəsində ərsəyə gəlib. ADPU Elmi Şurasının 13 sentyabr 2019-cu il tarixli 1 nömrəli iclasının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetin təlimlərin təşkili Qaydaları”na əsasən inklüziv təhsil ilə bağlı ödənişli əsaslarla təşkil edilmiş ilk təlimdir və bu proses davam edəcək.

Daha sonra Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri Rəşad Sadıqov çıxış edərək təlimin təşkilnə şərait yaratdığına görə başda rektor professor Cəfər Cəfərov olmaqla prorektorlara, təlimçilərə öz təşəkkürünü bildirib, müdavimlərə uğurlar arzulayıb. İnklüziv təhsil sahəsində öz bilik və bacarıqlarını artırmaq istəyənlərin sayının çox olduğunu nəzərə alaraq qısa müddətdən sonra daha bir qrup üçün təlimin keçirilməsinə zərurət yarandığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, sözügedən təlim sinfin idarə edilməsində yeni yanaşmalar, təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması, bədən dili, inklüziv siniflərdə müxtəlif təlim üsulları, inklüziv siniflərdə dərs planlaşdırılmasına verilən tələblər, diferensiallaşdırma, inklüziv siniflərdə qiymətləndirmə metodları kimi istiqamətləri əhatə edib. Sonra iştirakçıların təlim haqqında fikirləri, rəy və təklifləri dinlənilib.

Tədbirin sonunda “İnklüziv siniflərdə təlim strategiyaları” təlimində iştirak etmiş 24 nəfər müdavimə ADPU-nun rektoru professor Cəfər Cəfərovun imzası ilə sertifikat təqdim edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi