шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təliminin iştirakçılarına sertifikatlar verilib

Fevralın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təlimi uğurla başa çatıb. 28 yanvar-8fevral 2020-ci il tarixlərdə keçirilən  təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, şöbənin baş mütəxəssisi Dilguşə Süleymanova, təlimçilər Xüsusi təhsil kafedrasının müdiri, dosent Nailə Hüseynova və həmin kafedranın dosenti Tamella Ağayeva iştirak ediblər.

Şöbə müdiri Rəşad Sadıqov giriş söz ilə çıxış edərək xüsusi pedaqogikaya həsr olunmuş təlimin keçirilməsinin aktuallığı, əhəmiyyəti, iştirakçıların təlimə marağı haqqında danışıb. Vurğulanıb ki, ADPU Elmi Şurasının 13 sentyabr 2019-cu il tarixli 1 nömrəli iclasının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetində təlimlərin təşkili Qaydaları”na əsasən ödənişli əsaslarla baş tutan təlim artıq ikinci dəfədir ki, təşkil olunur. Universitet rəhbərliyi başda rektor professor Cəfər Cəfərov olmaqla sözügedən təlimin keçirilməsinə lazımi şərait yaradıb. Təlim proqramı oliqofrenopedaqogika, surdopedaqogika, tiflopedaqogika, loqopediya tədris modullarını əhatə edib. Təlim xüsusi pedaqogika, defektologiya, loqopediya ilə bağlı bilik və bacarıqlar əldə etmək istəyənlər üçün təşkil olunub və onların sayının daha çox olduğunu nəzərə alaraq bir müddət sonra daha bir təlimin keçirilməsi ilə bağlı müvafiq təşkilati işlərin aparılacağı diqqətə çatdırılıb.

O da qeyd edilib ki, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov təlimin təşkilini, onun gedişini nəzarətdə saxlayıb və təlim müddətində iştirakçılarla görüşüb, onların rəy və təkliflərini dinləyib. Təkliflərə münasibət bildirərək artıq növbəti ayda xüsusi pedaqogika ilə bağlı müəllimlərin, tərbiyəçilərin, tələbələrin, valideynlərin və arzu edən hər kəsin iştirak edə biləcəyi bir günlük ödənişsiz seminarın təşkili məsələsinin rəhbərliklə müzakirə ediləcəyi vurğulanıb.

Sonra təlimçi dosent Nailə Hüseynova təlimin keçirilməsinə yaratdığı şəraitə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib, ikinci təlimin iştirakçılarının sayının çoxluğunun xüsusi pedaqogika üzrə özünü inkişaf etdirmək istəyənlərin sayının artması və cəmiyyətdə maariflənmənin genişlənməsi ilə bağlı olduğunu qeyd edib. Baş mütəxəssis Dilguşə Süleymanova təlimdə iştirak edənlərin tərkibinin müxtəlifliyini, bu sahəyə həm müəllimlərin, həm tərbiyəçilərin, həm də valideynlərin maraq göstərməsi təlimin uğuru hesab edilə bilər.

Sonra iştirakçıların təlim haqqında fikirləri, rəy və təklifləri dinlənilib. Tədbirin sonunda “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təlimində iştirak etmiş 19 nəfər müdavimə rektor Cəfər Cəfərovun imzası ilə sertifikat təqdim edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi