шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

ADPU-da Magistrantların III Respublika elmi konfransı - VİDEOKONFRANS keçirilmişdir

14-15 may 2020-ci il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində videokonfrans formatında “Yeni texnologiyalar və tədris prosesinin idarə  olunması” mövzusunda Magistrantların III Respublika elmi konfransı keçirilmişdir.

       Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş  “Elm günü” nə həsr olunmuşdur. Konfransı plenar iclasda giriş sözü ilə ADPU-nun rektoru, Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov açmış, konfransın əhəmiyyəti, son zamanlar Universitetin əldə etdiyi uğurlar,                   o cümlədən ABŞ-nin Corc Vaşinqton Universiteti ilə magistr hazırlığı sahəsində cari ildə imzalanmış beynəlxalq müqavilə barədə məlumat vermişdir. Rektor konfrans iştirakçılarına müvəffəqiyyətlər arzulamış və konfransın yüksək səviyyədə təşkilinə görə Təşkilat Komitəsinə təşəkkürünü bildirmişdir.

          ADPU-nun  elm və innovasiyalar üzrə prorektoru, Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov plenar iclasda məruzə ilə çıxış edərək Universitetin elmi uğurları, o cümlədən  beynəlxalq və respublika səviyyəli elmi konfransları, dövri-elmi jurnalları, riyaziyyat, fizika, kimya, biologiya, informatika və digər elm sahələri üzrə Universitetdə hər il keçirilən olimpiada və  müsabiqələr barədə məlumat verdi. Artıq üçüncü il keçirilən magistrantların respublika elmi konfransının magistrantların                                                                                             elmi-tədqiqat fəaliyyətinə, həmçinin dissertasiya işlərinin səviyyəsinə müsbət təsirini qeyd etdi. Universitet Elmi Şurasının nəzdində yaradılmış magistr dissertasiya işləri üzrə Ekspert Komissiyasının uğurlu fəaliyyəti, Polşanın müvafiq şirkəti ilə imzalanmış müqavilə əsasında Universitetdə tətbiq edilən Antiplagiat proqramının müsbət nəticələri xüsusilə vurğulandı. Qlobal pandemiya şəraitində videokonfrans formatında keçirilən respublika konfransının həm magistrantlar, həm də professor-müəllim heyəti üçün yaxşı təcrübə olacağı qeyd edildi. Plenar iclasda professor Fərrux Rüstəmov, professor İsa İsmayılov, professor Əbülfət Pələngov, professor Müseyib İlyasov və professor Mübariz Əmirov çıxış edib, elmi konfransların magistrantların elmi-tədqiqat sahsində formalaşdırılmasında əhəmiyyətini vurğulayaraq, konfransın səmərəli təşkilinə görə Universitet rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirdilər. ADPU-nun magistrantı Şərifova Aygün “Ümumi təhsil müəssisəsi rəhbərinin peşə səlahiyyətləri” və BDU-nun magistrantı Məmmədova Ədilə “Abşeron yarımadasının hava çirkləndiricilərdən  təmizlənməsində bitkilərin rolu” mövzusunda məruzələrlə çıxış etməklə bərabər, təşkilatçılara minnətdarlıq etdilər.          

           Konfrans iki gün ərzində “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Tədrisin müasir məsələləri”, “Təhsilin təşkili və idarə edilməsi”  və  “Təhsildə sosial-psixoloji xidmət” elmi bölmələrində işini davam etdirdi. Konfransın proqramında nəzərdə tutulmuş məruzələrdən 250-yə qədəri müzakirə olunaraq müsbət qiymətləndirildi. 15 may 2020-ci il tarixdə konfransın yekun iclasında bölmə rəhbərləri professor Fərrux Rüstəmov, professor İsa İsmayılov, professor İramin İsayev, dosent Yaqut Rzayeva müvafiq bölmələr üzrə hesabatları təqdim edərək videokonfransın uğurlu nəticələrinə görə Universitet rəhbərliyinə minnətdarlıq bildirdilər. Professor Asəf Zamanov konfransın işini yekunlaşdıraraq, konfransın materiallarının yaxın günlər ərzində toplu şəkildə çap etdirilib konfrans iştirakçılarına, həmçinin  müvafiq strukturlara çatdırılacağını bildirib, konfrans iştirakçılarına fəallıqlarına görə təşəkkür etdi.