шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da tanınmış şair və yazıçılarla görüş keçirilib

Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qruplarının təşəbbüsü və təşkilatçılığı ilə Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, tanınmış şair Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  şair, nasir Qəşəm İsabəyli, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, şair, yazıçı Rafiq Yusifoğlu,  uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, yazıçı, dosent Reyhan Yusifqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, uşaq yazıçısı Sevinc Nuruqızı və Yazıçılar Birliyinin üzvü, şair Dayandur Sevgin ilə görüş keçirilib. Görüşdə SABAH mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova, Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova, dosent, uşaq ədəbiyyatı tənqidçisi Füzuli Əsgərli, müəllim və tələbələr iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova çıxış edərək qonaqları salamlayıb. Görüşdən məmnunluq duyduğunu bildirib. Belə görüşlərin tələbələrlə tez-tez keçirilməsini tövsiyə edib. Professor M.Hüseynova çıxışının sonunda öz şeirlərini səsləndirib.

Daha sonra dosent Füzuli Əsgər çıxış üçün qonaqları təqdim edib.

Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Nuruqızı və Dayandur Sevgin öz çıxışlarında yaradıcılıqlarından söz açaraq öz şeirlərini və hekayələrini səsləndiriblər. Tələbə-gənclərə mütaliə etməyi, biliklərini artırmağı, dünyagörüşlərini genişləndirməyi tövsiyə ediblər.

SABAH mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova çıxış edərək qonaqlara dəvəti qəbul etdiklərinə görə öz təşəkkürünü bildirərək fikirlərini bölüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi və marketinq şöbəsi