шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

ADPU-nun 2019/2020-ci il məzunlarına təbrik MÜRACİƏTİ

Əziz məzunlar!

Azərbaycan Dövlət Pedaqoji Universiteti 2019/2020-ci tədris ilini başa vurmaqdadır. 2021-ci ildə yaranmasının 100 illik yubileyini qeyd etməyə hazırlaşan universitetimiz bu illər ərzində tarixi inkişafı yolu keçmiş, bəzən çətin, bəzən də uğurlu illərdən keçib bu günlərə gəlmişdir.

Bütün çətinliklərə baxmayaraq, qədim ənənə ilə yanaşı müasir dövrün tələblərinə cavab verən, Avropa və dünya təhsil sferalarına yaxınlaşmaq üçün universitetimiz  son illərdə  böyük yol qət etmişdir.

2020-ci ilin martından dünyada və ölkəmizdə COVİD-19 pandemiyası ilə bağlı təlim və tərbiyə prosesinə ara verilməsi, son semestrin məsafədən təşkili, hamımız üçün ağır və mürəkkəb vəzifələr yaratdı. Keçən bu bir-neçə ay ərzində ADPU-da 20 mindən çox təhsilalan və təhsilverənlər bu çətin və ağır işin öhdəsindən şərəflə gəlmiş, dərslər müxtəlif vasitələrdən istifadə olunmaqla davam etdirilmiş və tədrisdə fasiləsizlik təmin olunmuşdur.

Bu il 8 fakültə və Sabah qrupları üzrə ADPU-dan 2150 nəfər, Şəki, Quba, Ağcabədi, Şamaxı və Cəlilabad filialları üzrə 657 nəfər, magistratura üzrə 289 və Azərbaycan Dövlət Pedaqoji Kolleci üzrə 581 nəfər olmaqla cəmi 3677 nəfər məzun olub.

Məzunlarımızın 816 nəfər magistraturaya sənəd verib, lazımi balı toplayıb, onlardan 274 nəfəri artıq magistr adını qazanıb. Həmçinin onlarla tələbəmiz müxtəlif xarici universitetlərə magistartuaraya sənəd verib. İnanırıq ki, onların əksəriyyəti uğur qazanacaqdır.

Həmçinin bu il rekord sayda 333 nəfər (99.1%) ADPU-nun magistraturasına qəbul olunub. Bu nəticələr ADPU-da bakalavr təhsilinin keyfiyyətinin bir göstəricisi və universitetimizə inamın bariz nümunəsidir.

Əksəriyyətinizin Müəllimlərin İşə Qəbulu üzrə Müsabiqəni səbrsizliklə gözlədiyini bilir, bu müsabiqədə ADPU məzunları olaraq öz sözünüzü deyəcəyinizə əminik.

Məzunlarımızın bir hissəsi də bu günlərdə vətənə borclarını ödəmək üçün hərbi xidmətə yola düşüblər. Cəhbədən atəş səslərinin çoxaldığı bu günlərdə ADPU məzunu olan əsgərlərimizin vətən torpaqlarının qorunmasında canla-başla iştirak edəcəyinə inamımız tamdır. İnanırıq ki, Siz vətən borcunuzu ləyaqətlə ödəyib, ailənizə sağ-salamat dönəcək və müəllim kimi təhsil sistemimizə xidmət edəcəksiniz.

Əziz məzunlar!

Həyatınızda çox mühüm hadisə olan məzun olmanızı sizlərlə birlikdə doğma universitetimizdə qeyd etməyi çox istərdik. Amma təssüflər olsun ki, pandemiya şəraitində bu mümkün olmadı. Siz bu uğurunuzun sevincini ailənizlə, əzizlərinizlə qeyd edirsiz.

ADPU kollektivi olaraq Sizi məzun olmanız münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Gələn il məzun günündə görüşmək ümidi ilə, yolunuz açıq olsun!

 

ADPU-nun rektoru

professor Cəfər Cəfərov