шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

ADPU-NUN QUBA FİLİALINDAN DAHA BİR UĞUR

ADPU-nun Quba Filialı daha bir ilkə və uğura imza atıb

Pandemiya dövründə ADPU-nun Quba filialında ilk dəfə olaraq direktor dosent Yusif Alıyevin təşəbbüsü ilə aprel ayının 5-də başlayaraq həyata keçirilən "Virusla döyüşən həyatımız" adlı onlayn esse müsabiqəsi yekunlaşmışdır.
Pandemiya dövründə tələbə-gənclərin asudə vaxtının səmərəli təşkili, onların bir komanda ruhunda məsafədən - distant şəkildə olsa belə sosial fəaliyyətlərə cəlb edilməsi yönündə filial rəhbərliyi tərəfindən atılan addımlardan biri də bu müsabiqənin keçirilməsi idi. Bu məqsədlə respublikanın müxtəlif ali təhsil müəssisələrindən, tanınmış alim və jurnalistlərdən ibarət onlan münsiflər komissiyası yaradılmışdır. Onlayn münsiflər heyətinin üzvləri ,
Yusif Alıyev - fizika üzrə fəlsəfə doktoru, dosent
Mahirə Nağıqızı- filologiya elmləri doktoru, professor
Ramazan Qafarlı – filologiya elmləri doktoru, professor.
Məti Osmanoğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent.
Vüqar Zifəroğlu - filologiya elmləri doktoru, dosent.
Şəmil Sadiq - filologiya üzrə fəlsəfə doktoru, dosent.
Sarvan Bəhluloğlu – “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini münsif olaraq, hər biri göndərilən video-esselərə obyektiv qiymət vermiş, sonda hesablanan ballar nəticəsində aşağıda adları qeyd edilən tələbələrimiz qalib olmuşlar.
Bu sırada filialın hər 3 kafedrasının müəllimlərinin gərgin əməyi, tələbələrin mövcud şəraitə münasibət bildirmək bacarıqlarına sahib olması müsabiqənin mükəmməl nəticələnməsinə səbəb olmuşdu.

Münsiflərə təqdim olunmuş 50-dək video esseyə baxılmış və 100 ballıq şkala üzrə müvafiq ballarla qiymətləndirilmişdir.
Münsiflərin verdiyi ballar əsasında ümümi son nəticələr aşağıdakı kimidir:
1. Məmmədova Jalə Araz qızı - 472 bal - "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisası, 2-ci tədris ili, müəllimi -müəllimi Bayramova Kəmalə
2. Mayilov Zülfüqar - 401 bal - "Tarix coğrafiya müəllimliyi" ixtisası, 4-cü tədris ili tələbəsi - müəllimi Əhmədov Elbrus
3. Zahirov Azər Tahir oğlu - 391 bal -"Tarix coğrafiya müəllimliyi" ixtisası, 3-cü tədris ili tələbəsi - müəllimi Mahmudov Ramin.

Qeyd edək ki, qaliblərə filial direktorunun əmri ilə Diplom, bütün onlayn esse müsabiqəsi iştirakçılarına isə Sertifikatlar onların emaillərinə göndərilməklə təqdim olunacaq.
Həmçinin aprel ayının 5-dən elan olunmuş onlan esse müsabiqəsinin gedişi ilə bağlı 40 dəqiqəlik film də çəkilmişdir.
Bu sırada Təşkilat komitəsində esselərin yığılması, votsap qrupunda paylaşılması, balların hesablanması prosesində filialın TGT sədr müavini Səyyad Nəcəfova və Tələbələrlə Koordinasiya Şurasının sədri Səbinə Nurməmmədovaya da təşəkkür edirik.
Əməyi keçən hər kəsə bir daha təşəkkür edir, var olun deyirik.

https://www.youtube.com/watch?v=7P3xsppLxhs