шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Quba Filialında Azad Nəbiyev adının əbədiləşdirilməsi

Fevralın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Azad Nəbiyev adına "Bilgə ocağı"nda görkəmli alim, ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin xatirə günü ilə əlaqədar Anım tədbiri keçirilib.

Tədbiri açıq elan edən filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov görkəmli akademikin həyat və fəaliyyəti haqqında məlumat verib.

Tədbirdə çıxış edən filialın Pedaqoji fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov çıxış edərək Azad Nəbiyevlə bağlı xatirələrini dilə gətirib, alimin necə gözəl insani keyfiyyətlərə malik olmasından ətraflı bəhs edib.

Daha sonra tədbirdə akademik Azad Nəbiyevin qohumu, filialın "İbtidai sinif müəllimliyi" ixtisasının IV tədris ili tələbəsi Şəlalə Nəbiyeva çıxış edib və filialın direktoru dosent Yusif Alıyevə akademikin adını daşıyan otağın yaradılması, bir sıra tədbirlərin burada keçirilməsinə görə bütün Azad Nəbiyev sevərlər adından təşəkkür edib, bu böyük ideyanın reallaşdırılmasının əslində Azərbaycan elmində, Quba tarixində misilsiz xidmətləri olan alimlərə qoyulan dəyər kimi qiymətləndirib, təhsilimizin inkişafı üçün atılan addım olduğunu vurğulayıb.

Sonda akademik Azad Nəbiyevin filialın kitabxana fondunda olan əsərlərinə baxış keçirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi