шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

ADPU-nun Quba Filialında növbəti onlayn "Ustad dərsi" layihəsi çərçivəsində Dilqəm Əhmədin Azərbaycan Xalq Cumhuriyyəti dövründə təhsil siyasəti adlı məruzəsi dinlənilib

Hazırkı dönəmdə Azərbaycan Xalq Cümhuriyyətinin mədəni-maarif sahəsində həyata keçirmiş mühüm tədbirləri haqqında cəmiyyətə müəyyən bilgilərin aşılanmasına ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə həyata keçirilən onlayn dərslərdə Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti haqqında müəyyən araşdırma mühazirələrin təqdim edilməsi məqsədə uyğun hesab olunmuşdur.
Buna görə də iyunun 2-də AXC dövrünün araşdırıcısı, Azərbaycanlı jurnalist, araşdırmaçı yazar, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülmüş "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhmədin iştirakı ilə budəfəki onlayn dərsimizdə "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mühazirə-mövzusu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbə və müəllim heyətilə görüşü keçirilib.
Görüşdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev Dilqəm Əhmədə dəvəti qəbul etdiyinə görə təşəkkür edib, bildirib ki, filialda Azərbaycan tarixinin şanlı səhifələrinin araşdırılması yönündə bir sıra işlər görülür, gənc tədqiqatçıların bu işə cəlb edilməsi üçün konfranslar, görüşlər keçirilir.
Məruzə ilə çıxış edən Dilqəm Əhməd respublika universitetləri içərisində ilk belə təklif ilə çıxış etdiyinə görə filial rəhbərliyinə xüsusi təşəkkür edib, məruzəsində həmin dövrün təhsil mənzərəsini canlandırıb, gəncləri tariximizi öyrənmək, təbliğ etmək üçün fəal olmağa səsləyib, daha sonra tələbə və əməkdaşların suallarını cavablandırıb və vurğulayıb ki, bu gün onun üçün də faydalı oldu, belə ki, suallar əsasında artıq həmin dövrün yeni bir tarixi araşdırmasını - AXC dövrünün təhsil siyasətindən yararlanan Azərbaycan xanımları haqqında tədqiqat aparmağı düşünür.

Qeyd edək ki, görüş "Zoom" Platforması üzərindən baş tutub və filialın "facebook" və "youtoobe" səhifələrindən canlı yayınlanıb