шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Quba Filialında rayonun qabaqcıl təhsil işçiləri ilə görüş keçirilib

Fevralın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında rayonun qabaqcıl təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə filialın direktoru dosent Yusif Alıyev, Quba Rayon Təhsil Şöbəsinin əməkdaşları Qələmşah Dostuyev, Namik Hümbətov, Quba 1, 2, və 4 nömrəli tam orta məktəb-liseylərin direktor və müəllimləri, psixoloqlar, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri iştirak edib.

Görüşdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, ADPU-nun Quba Filialı Azərbaycan təhsilinin inkişaf prioritetlərini rəhbər tutaraq etik dəyərləri təbliğ edən, təhsildə bərabər imkanları təmin etməyə səy göstərən, qarşısına qoyduğu hədəflərə nail olmağa çalışan, Azərbaycan Respublikasının inkişaf konsepsiyasında önəmli istiqamət kimi əksini tapan dövlətə, dövlətçiliyə sədaqətli, rəqabətədavamlı insan kapitalının yetişdirilməsini qarşıya əsas vəzifə kimi qoyan ali təhsil müəssisəsidir. Azərbaycanın şimal bölgəsində mədəni həyatın inişafında müstəsna əhəmiyyətli ali təhsil müəssisəsi olan Quba filialında 6 ixtisas üzrə bakalavriatura təhsili alan 825 nəfər tələbəyə 83 nəfər professor-müəllim heyəti təhsil verir. Tələbələrin tədrislə yanaşı universitetin ictimai həyatında fəallığını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkili, maraq və meyllərini müəyyənləşdirmək, ixtisaslar arası əlaqələrin möhkəmləndirilməsi məqsədilə son dörd ay ərzində Elmi Şuranın qərarları ilə filialda “Kitab klubu”, “Psixologiya klubu”, Azad Nəbiyev adına “Bilgə ocağı”, “Talant” İncəsənət (ART) klubu yaradılmışdır. İlk dəfə olaraq Filial Elmi Şurasının qərarı ilə III tədris ilindən başlayaraq ümumi orta müvəffəqiyyət göstəriciləri ən yüksək olan tələbələr üçün məbləği 100 manat olan ümummilli lider Heydər Əliyev adına ali təqaüd, müvafiq ixtisaslar – Tarix və coğrafiya müəllimliyi– Fətəli xan adına, Məktəbəqədər təlim və tərbiyə – Abbasqulu ağa Bakıxanov adına, Azərbaycan dili və ədəbiyyat müəllimliyi – Səməd Vurğun adına, Riyaziyyat və informatika müəllimliyi – Nadir İbrahimov adına, Təhsildə sosial-psixoloji xidmət – Kübra Fərəcova adına, İbtidai sinif müəllimliyi üzrə – Badisəba xanım Köçərli adına məbləği 50 manat olan Adlı təqaüdlər təsis olunmuşdur. Təhsilin, elmin inkişafı, kadr hazırlığı üçün xüsusi əhəmiyyəti olan kitabxana sistemi gücləndirilmiş, belə ki,19060 nüsxə kitab fondu olan filial kitabxanasının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, kitabxana fondunun yenilənməsi, oxucu sayının artırılması, kitabxanada kompüterlərin genişzolaqlı fiber optik internet xəttinə qoşulması istiqamətində böyük işlər görülmüşdür. Dekabr ayında kitabxana fondu üçün 92 adda 200 nüsxəyə yaxın dərslik, dərs vəsaitləri və xarici ədəbiyyatlar alınaraq kitab fondu zənginləşdirilmişdir. 27 noyabr 2019-cu ildə ADPU-nun Quba filialı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası arasında elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində birgə fəaliyyəta dair qarşılıqlı Memorandum imzalanmışdır. Tələbələrin informasiya kommunikasiya texnologiyaları ilə işinin səmərəli təşkili istiqamətində atılmış addımlardan ən vacibi də oktyabr ayında filialda genişzolaqlı fiber optik internet xəttinə qoşulmuş 20 ədəd kompüterdən ibarət İnformasiya Kommunikasiya Texnologiyaları auditoriyasının yaradılması olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə, elmə diqqət və qayğısını, regionda Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin hərtərəfli dəstəyini hiss edən filial daim inkişafa, irəliləyişə doğru addımlayır. Filialda yaradılacaq Universitet-Valideyn Assosiasiyası, Universitet-kollec-lisey, Universitet-məktəb-baxça klasterləri ilə təhsilin keyfiyyəti, təlimin səmərəliliyi də artacaq. Bugünki görüşün əsas məqsədi bu klasterlərin yaradılması, ilkin müəllim hazırlığında birgə yeniliklərin tətbiqidir. Çünki artıq müasir təhsildə müxtəlif klasterlərin yaradılması ilə innovativ yeniliklərə əsaslanan tədris qurulur. Həmçinin tələbə-gənclərin savadlı kadr kimi yetişdirilməsi məqsədi daşıyır.

Daha sonra görüşdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji təcrübə rəhbəri Səlimə Müzəffərova, Quba RTŞ əməkdaşları, rayonun ən böyük və qabaqcıl məktəblərinin direktorları Eynulla Camalov, Yavər Musayeva çıxış edərək qeyd ediblər ki, dosent Yusif Alıyevin təhsilimizə, Quba ziyalılarına göstərdiyi diqqət, qayğı qürurvericidir və dövlətçiliyə sadiq, Vətənə layiq, millətə qaim, təhsilli, bilikli, düşüncəli vətəndaş hazırlamaq təhsil işçilərinin əsas və ali məqsədidir, sabah da bu yolda böyük fədakarlıq və əzmkarlıqla davam edərək vətənimiz Azərbaycan üçün birgə çalışmaq vacibdir və filial rəhbəri dosent Yusif Alıyevin bu addımı təqdirəlayiqdir. İlkin müəllim hazırlığında birgə addımlamaq daha məqsədəuyğun nəticələr verəcəkdir.

Sonra filialın dekan müavini Nübar Bayramova, metodistləri Eyvaz Şeydayev, Elbrus Əhmədov, Yusif Abayev, Qabil Kərimov, orta məktəb psixoloq və müəllimləri məsələ ətrafında münasibət bildiriblər.

Sonda filialın tələbələrinin pedaqoji təcrübə müddətində əldə etdiyi nailiyyətləri əks etdirən slaydlar nümayiş olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi