шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

ADPU-nun Quba Filialının təşkilatçılığı ilə "Ağdamsız 27 il" adlı onlayn seminar keçirilib

İyulun 23-də ADPU-nun Quba Filialının təşkilatçılığı ilə "Ağdamsız 27 il" adlı "Zoom" platforması üzərindən onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan filialın direktoru dosent Yusif Alıyev əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, qazi və yaralılarımıza can sağlığı arzulayıb.


Daha sonra Ağdam rayonu haqqında, Ağdam rayonunun işğalı haqqında ürək yanğısı ilə söz açaraq bildirib ki, 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücüm əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başladı. Erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu.
42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometir, bir şəhər və 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəsilin nümayəndəsidir.
İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi.
Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu.
Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı.
Daha sonra qəlbi Vətən eşqi, yurd həsrəti ilə döyünən bütün Azərbaycan övladları kimi dosent Yusif Alıyev də xüsusi olaraq vurğulayıb ki, cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tezliklə düşmən tapdağı altında olan torpaqlarımıza qayıdacağıq. Hər bir azərbaycanlı və hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidlərimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tezliklə azad ediləcəkdir.O gün heç də uzaqda deyil.
Çünki bu gün Azərbaycan dövləti həmişə olduğu kimi daha güclü və daha qüdrətlidir.
Son günlər baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın dövlət sərhədlərini, daxili sabitliyini pozmaq istəyən qüvvələr dövlətin iradəsi, qüdrəti, əks həmləsi ilə rastlaşdı. Xaricdə fəaliyyət göstərən səfir, diplomat və diaspor nümayəndələrimiz, sıravi vətənpərvər soydaşlarımız da Azərbaycan dövlətinin himayəsi altında düşmənə layiqli cavablar verir. Bütün bunlar isə dövlətini sevən, dövlətə bağlı hər bir vətəndaşı sevindirir, qürurlandırır, qələbəyə ruhlandırır. Bununla da xalqın hakimiyyətə inamı, etimadı, güvənci daha da artmış olur. Bu güvənc var olduqca bunun qarşısında heçnə dayana bilməz.
Yaşasın, Azərbaycan dövləti!
Yaşasın, Azərbaycan xalqı!
Yaşasın Azərbaycan ordusu!
Yaşasın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev!
Daha sonra tədbirdə Ağdam rayonundan olan və hazırda öz doğma yurdundan uzaqda, Quba şəhərində məskunlaşan Vaqif Əliyev çıxış edərək seminarın təşkilatçılığı üçün filialın direktoru dosent Yusif Alıyevə xüsusi təşəkkür edib, belə məqamda bütün xalqın həmrəylik göstərməsinin və bu həmrəyliyi belə maarifləndirici tədbirlərlə gənc nəslə aşılamağın vacibliyini vurğulayıb.
Daha sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi, tarixçi Zəminə Qayıbxanova, filialın TEC sədr müavini Azər Zahirov çıxış edərək işğal altında olan rayonlarımız haqqında ətraflı məlumat veriblər.
Sonda Ağdam haqqında filialın məsuliyyətli əməkdaşı Zəminə Qayıbxanovanın hazırladığı video-çarx nümayiş olunub.