шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-ya yeni qəbul olunmuş doktorant və dissertantlarla görüş

Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuş şəxslərlə görüş keçirilib. TÜRKSOY kafedrasında keçirilən görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov  iştirak ediblər.

Rektor  Cəfər Cəfərov yeni qəbul olunmuş doktorant və dissertantları təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, ADPU-da yeniliklər, islahatlar, innovativ layihələr uğurla həyata keçirilir. Bu islahatlar bütövlükdə ölkəmizdə gedən yeniləşmə, müasirləşmə prosesinin tərkib hissəsidir. Təhsil xalqın, millətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edən sahədir. Təhsil sahəsində insan resursları böyük rol oynayır. Ölkə rəhbərliyi bizim qarşımıza mühüm vəzifələr qoyub. Bu vəzifələrin uğurla həyata keçirilməsində doktorantların və dissertantların qəbulu xüsusi əhəmiyyət kəsb edir. ADPU-nun göstəriciləri sağlam və ədalətli rəqabət mühiti şəraitində ildən-ilə yaxşılaşır. Əsas hədəfimiz ADPU-nun regionun ən güclü universitetlərindən birinə çevrilməsidir. Siz daim öz üzərinizdə ciddi işləməli, əzmlə çalışmalı, Azərbaycanın ümumi inkişaf prosesinə öz töhfələrinizi verməlisiniz.  

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul uğurla başa çatıb. Qəbulun nəticələri barədə məlumat verən professor A.Zamanov qeyd edib ki, Təhsil Nazirliyinin 6 dekabr 2019-cu il tarixli 03-11-1538/15 nömrəli məktubuna əsasən müvafiq ixtisaslara ADPU-da fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan”qəzetinin 10 dekabr 2019-cu il tarixli nömrəsində elan dərc edilib. Elana əsasən, müxtəlif ixtisaslar üzrə 15 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 5 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 6 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb, 29 dekabr 2019-cu il tarixədək sənəd qəbulu keçirilib. 

Bu dövrdə komissiyaya 31 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə dokto­ran­turaya-24 sənəd, dissertanturaya-2 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya-5 sənəd) qəbul edilmişdir.

İmtahan və müsahibələrin nəticələri əsasında ADPU-ya fəlsəfə doktoru proqramı üzrə dokto­ran­turaya 7 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 4 nəfər qəbul edilmişdir.

Professor A.Zamanov çıxışının  sonunda yeni qəbul olunmuş doktorant və dissertantların özlərini doğruldacaqlarına inamını ifadə edib və onlara uğurlar arzulayıb.

Doktorant  və dissertantlar çıxış edərək qəbul prosesinin düzgün, ədalətli və şəffaf keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

Sonda vəsiqələr verilib, xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi