шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında rəhbərliyin dəstəyi və tələbələrin təşəbbüsü ilə yeni onlayn "Conversation Club" yaradılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında rəhbərliyin dəstəyi və tələbələrin təşəbbüsü ilə yeni onlayn "Conversation Club" yaradılıb

May ayının 25-də ADPU-nun Quba filialının tələbələri üçün həftədə iki dəfə olmaqla ingilis dili üzrə onlayn təlimlər keçirilməsi nəzərdə tutulan klubun açılışında filialın direktoru dosent Yusif Alıyev də iştirak edib, tələbə gənclərin belə təşəbbüslərlə, belə novator ideyalarla çıxış etməsini bəyənib, xeyir -duasını verib.Bildirib ki, bizim filial əməkdaşları olaraq əslində aylardır əldə etmək istədiyimiz nəticə budur ki, biz tələbələrin təşəbbüskar və yeni ideyalar icra edə biləcək şəxslər kimi yetişdirməyi düşünürdük.Bu gün artıq bizimlə sizlər kimi gələcəyini özü qurmağı bacaran tələbələrin olması bu gördüyümüz gərgin işlərin ən gözəl nəticəsi hesab oluna bilər.
Daha sonra layihə rəhbəri filialın "İbtidai sinif müəllimliyi" ixtisasının 4-cü tədris ili tələbəsi Zalova Röya çıxış edərək onlara göstərilən dəstəyə görə filial rəhbərliyinə təşəkkür edib, layihə haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, layihənin maraqlı və kreativ tərəfi ondan ibarətdir ki, təlimlər tələbələr tərəfindən təşkil edilir və xarici dil və ünsiyyət bacarıqlarının inkişafına yönəldilir.
Hər birində 25 tələbə olan qruplar təlimin sonunda şifahi sorğu əsasında filialın xarici dil müəllimləri tərəfindən yoxlanılaraq nəticələrə nəzarət ediləcək və kursu uğurla bitirənlərə sertifikat veriləcək.
Qeyd edək ki, təlimlər "Zoom" platforması proqramı üzərindən keçiriləcəkdir.