шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 28 May-Respublika Günü münasibətilə Təbriki

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hamınızı  28 May-Respublika Günü  münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və  fəaliyyətinizdə uğurlar arzulayıram.

 May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci  ildönümü tamam olur. Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixində, ictimai-siyasi fikir tariximizdə xüsusi şərəfli yeri və böyük rolu var. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun liderlərinin çox çətin, mürəkkəb daxili və beynəlxalq siyasi şəraitdə xalqımızın milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirdikləri fədakar vətənpərvər fəaliyyətlərindən danışarkən böyük qürur hissi keçiririk. Qədirbilən xalqımız  Azərbaycana xidmət etməyi öz həyat amalı seçmiş Cümhuriyyət liderlərinin xatirəsini əziz tutur. Onların dövlət səviyyəsində yubileyləri keçirilir, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi alimlərimiz tərəfindən araşdırılır, tədqiq edilir, layiq olduğu qiyməti alır və gənc nəslə öyrədilir. Bugünkü müstəqil və güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük və zəngin inkişaf yolu keçib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sürətli inkişafında əvəzsiz xidmətləri var.

Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar yeni mərhələyə daxil olub. Dövlət başçımız cənab İlham Əliyevin son vaxtlar imzaladığı sərəncamlar, fərmanlar, qəbul etdiyi qərarlar bizim qarşımızda mühüm və məsuliyyətli vəzifələr qoyur. Qarşımızda dayanan əsas vəzifələr təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmiz üçün müasir dövrün tələb və çağırışlarına cavab verən yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrlar hazırlamaqdır. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə vətəndaşlarımızın sağlamlığının qorunması və sosial vəziyyətlərinin yaxşılaşdırıması istiqamətində bir çox işlər görülür. Xalqımızın rifahı naminə ölkə rəhbərliyi tərəfindən görülən işlərdə universitet kollektivi olaraq həmrəylik göstərməli, sağlamlığımızın qayğısına qalmalı və pandemiya ilə mübarizə aparmaq üçün lazımı tələbləri yerinə yetirməyə çalışmalıyıq.

Sizi bir daha bu milli bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm. Bayramınız mübarək!