шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun Ramazan bayramı münasibətilə Təbriki

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hamınızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və  fəaliyyətinizdə uğurlar arzulayıram.

Xüsusi qeyd etmək istəyirəm ki, müqəddəs Ramazan bayramı bütün dünyada yaşayan milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, birlik və həmrəylik, nəcib və xeyirxah işlər bayramıdır. Ramazan bayramı hörmət, mərhəmət, qarşılıqlı anlaşma, qayğı bayramıdır.

Müstəqil və müasir Azərbaycan dövləti xalqımızın böyük milli-mənəvi və dini dəyərləri üzərində qurulub. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Azərbaycan cəmiyyətində qanunun aliliyi, sabitlik, milli birlik və vətəndaş həmrəyliyi bərqərar olub. Xalq-hakimiyyət, dövlət–vətəndaş, dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, insan və vətəndaş hüquq və azadlıqları, siyasi plüralizm, söz və ifadə azadlığı lazımınca qorunur.

Elmin, təhsilin, mədəniyyətin, səhiyyənin və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan dünya birliyində öz layiqli yerini tutub, beynəlxalq aləmdə böyük siyasi nüfuz qazanıb. Ölkəmiz müasir dövrün tələblərinə və yeni beynəlxalq çağırışlara uyğun inkişaf edir. Biz ölkə rəhbərliyinin pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsində qarşımıza qoyduğu tələb və vəzifələri layiqincə yerinə yetirmək üçün daha əzmlə, daha fədakarlıqla çalışmalıyıq.  Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə vətəndaşlarımızın sağlamlığının qorunması və sosial vəziyyətlərinin yaxşılaşdırıması istiqamətində bir çox işlər görülür. Xalqımızın rifahı naminə ölkə rəhbərliyi tərəfindən görülən işlərdə universitet kollektivi olaraq həmrəylik göstərməli, sağlamlığımızın qayğısına qalmalı və pandemiya ilə mübarizə aparmaq üçün lazımı tələbləri yerinə yetirməyə çalışmalıyıq.

Sizi bir daha müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm. Bayramınız mübarək!