шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ “SİNFİN İDARƏ EDİLMƏSİ” TƏLİM PROQRAMINA QƏBUL ELAN EDİR

logodavamli

 

Təlimin məzmunu:

  • Sinfin idarə edilməsinə giriş: Sinifdə öyrənmə prosesini dəstəkləyən mühitin yaradılması
  • Sinfin effektli idarə olunması üçün dərs ilinin əvvəlindən etibarən lazım olan sinif prosedurlarının təşkili
  • Şagird davranışının idarə olunması
  • Fəallaşdırma məşqlərinin əhəmiyyəti

Təlimlər praktik əsaslarla, müasir, interaktiv metod və strategiyalardan istifadə edərək, formativ qiymətləndirmə apararaq həyata keçiriləcək. Müdavimlər hər  təlim günün sonunda  keçirilən mövzular üzrə refleksiya edəcəklər.

03–07.08.2020-ci il tarixlərdə ödənişli əsaslarla 30 saatlıq onlayn təlim (ZOOM proqramı vasitəsilə) təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Təlimlərdə iştirak edən ADPU, filial və ADPK nümayəndələrinə, eləcə də, eyni müəssisədən iştirakçıların sayı on nəfərdən çox olduqda ödənişə 15% güzəşt nəzərdə tutulur.

 

Təlimçi:    Gülşən Eminova

 Ünvan:    Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası, Davamlı təhsil və innovasiyalar şöbəsi (otaq 710)

Telefon:    (+994 12) 465-29-76

WhatsApp: (+994 50) 210-42-74

E-mail:       Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.