шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Fəridə Hüseynova ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi İdarə heyətinə üzv seçilib

İyulun 12-də ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi İdarə heyətinə onlayn səsvermədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı Təhsil və İnnovasiyalar Şöbəsinin baş mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru, Fəridə Hüseynova “Peşəkar İnkişaf üzrə mübadilə proqramları məzunları” bölməsi üzrə 38 səslə qalib gələrək idarə heyətinə üzv seçilib.


Fəridə Hüseynova, 2007-ci il Təhsildə Ən Yüksək Nailiyyətlər proqramının qalibi olaraq, ABŞ Linkoln Universitetinin “Təhsil və Humanitar fənlər” departamentində, 2010-cu ildə isə “Təhsilin İdarəolunması və Liderlik” proqramı üzrə ABŞ, Minesota ştatı, John Valley məktəbinin məzunu olub.
Seçildiyi idarə heyətində ADPU adından innovativ platforma üzrə çıxış edərək ABŞ təhsilli məzunların universitetlə əməkdaşlığının qurulmasını irəli sürmüş, universitetdə beynəlxalq təcrübənin tətbiqi, əməkdaşların yeni təhsil layihələrinə cəlb olumasını, ABŞ məzunlarının köməyi ilə ingilis dilinin mükəmməl şəkildə təkmilləşdirilməsini və təcrübəyə ehtiyacı olan əməkdaşlara dəstək verəcəyini vurğulayıb.