шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun Qurban bayramı münasibətilə Təbriki

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hamınızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və  fəaliyyətinizdə uğurlar arzulayıram.

İslam dini xalqımızın milli-mədəni inkişafında və dünyagörüşünün formalaşmasında rol oynamış, islami dəyərlər və ənənələr vətənimizdə həmişə yüksək tutulmuşdur. İslamın qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə göstərən müqəddəs Qurban bayramı insanları rəhmə, həmrəyliyə, bacı və qardaşlığa çağıran bir bayramdır. Bu gözəl gündə dünya müsəlmanları Allah yolunda fədakarlığa hazır olduqlarını, uca yaradana daha da yaxın olmağın qürurunu yaşamaq fürsətinə nail olurlar.

Müstəqil və müasir Azərbaycan dövləti xalqımızın böyük milli-mənəvi və dini dəyərləri üzərində qurulub. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli nümunədir. Xalq-hakimiyyət, dövlət–vətəndaş, dövlət-din münasibətləri yüksək səviyyədə qurulmuşdur. Ölkəmiz müasir dövrün tələblərinə və yeni beynəlxalq çağırışlara uyğun inkişaf edir.

Biz ölkə rəhbərliyinin pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsində qarşımıza qoyduğu tələb və vəzifələri layiqincə yerinə yetirmək üçün daha əzmlə, daha fədakarlıqla çalışmaqla, milli-mənəvi dəyərlərimizi vacib tərbiyə elementi kimi fəaliyyətimizdə istifadə etməliyik.   

Sizi bir daha müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm.

Bayramınız mübarək!