шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasında onlayn buraxılış işi müdafiəsi

İyunun 22-də Tarix və Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasında Coğrafiya müəllimliyi ixtisasının buraxılış işləri götürmüş sonuncu tədris ili tələbələrinin Microsoft Teams proqram təminatı vasitəsilə onlayn buraxılış işi müdafiəsi keçirilmişdir.

Müdafiədə kafedra müdiri, dosent Oqtay Alxasov, kafedra əməkdaşları dosent Dadaş Ələsgərov, dosent Mirvari Verdiyeva və digər müəllimlər və elmi rəhbərlər iştirak edib.

Öncə müdaifə komissiyasının rəhbəri dosent  Oqtay Alxasov çıxış edərək pandemiya dövrünün çətinliklərinə baxmayaraq tələbələr və elmi rəhbərlərin məhdud imkanlardan çox  məhsuldar  elmi fəaliyyət gösrdiklərini və nəticədə ÜOMG-nin kifayət qədər yüksək olmasına baxmayaraq kafedrada 11 tələbənin  buraxılış işi müdafiəsində iştirak etdiklərini vurğulayıb. Bu da bütün digər kafedralar nisbətdə yüksək göstəricidir.

Buraxılış işlərinin müdafiəsində Coğrafiya müəllimliyi ixtisasının 401-ci qrupundan 5 nəfər, 403-cü qrupundan 4 nəfər və rus bölməsində təhsil alan 405-ci qrupundan 2 nəfər tələbə onlayn şəkildə təqdimatlar edərək, hazırladıqları işlərin aktuallığı, elmi məzmun və əhəmiyyəti, yeniliyi və nəticələri haqda çıxış edib, metodist alimlərin suallarını cavablandırıb.

Sonda hər bir tələbənin buraxılış işi müdafiədən keçmiş hesab edilib və tələbələrin yüksək səviyyədə hazırlığı qeyd olunub. Tələbələrdən üç nəfəri maksimum balla qiymətləndirilib.