шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Azərbaycan coğrafiyası və coğrafiyanın tədris texnologiyası kafedrasında magistrantların onlayn dissertasiya müdafiəsi

Hazırkı qlobal COVİD-19 pandemiyası dövründə bəşəriyyət bu bəladan qorunmaq üçün müxtəlif izolyasiya və adaptasiya tədbirləri görür. Belə qlobal qorunma və uyğunlaşma tədbirlərindən biri də təhsil sisteminin onlayn əsaslara keçirilməsidir. Bu sahədə Azərbaycan da çeik reaksiya verən ölkələrdən biridir və çətinliklərə baxmayaraq ölkənin bütün təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də tədris və imtahan sessiyaları onlayn qaydada həyata keçirilir. Hazırda ADPU-nun bütün fakültələri üzrə bakalavrların onlayn semestr imtahanları və buraxılış işlərinin müdafiəsi yekunlaşmış, magistrantların dissertasiya müdafiələri isə davam edir. Bütün kafedralarda onlayn platforma üzərindən yüksək peşəkarlıqla təşkil olunan müdafiə işlərindən biri də iyunun 29-da Magistratura və doktorantura şöbəsinin "Coğrafiyanın tədrisi metodikası və metodologiyası" ixtisasının II tədris ili magistrantlarının magistrlik dissertasiyalarının ixtisaslaşdırılmış şurada Microsoft Teams proqram təminatı ilə həyata keçirilib.

Müdafiədə ADPU-nun rektoru, prof. Cəfər Cəfərov, Elm və İnnovasiyalar üzrə prorektor, prof. Asəf Zamanov, kafedra müdiri, dos. Oqtay Alxasov və ixtisaslaşdırılmış şuranın sədri, Ümumi Coğrafiya kafedrasının müdiri prof. Məhəmməd Abduyev, katibi dos. Mirvari Verdiyeva və üzvlər iştirak edib.

Müdafiəni giriş sözü ilə açan prof.Asəf Zamanov mövcud pandemiya dövrünün çətinliklərinə baxmayaraq magistrantların dissertasiya işlərini vaxtında və bütün norma və tələblərə uyğun yerinə yetirdiklərini qeyd edib.

Sədr prof.Məhəmməd Abduyev müdafiəni açandan sonra magistrantlar müxtəlif mövzulara həsr olunmuş magistrlik dissertasiyaları ilə çıxış edib, şura üzvlərinin suallarını cavablandırıblar.

Sonda ixtisaslaşdırılmış şuranın üzvləri qapalı iclasda magistrantların dissertasiya işlərinin qiymətləndirilməsini aparıb. Katib dos.Mirvari Verdiyeva şuranın magistrantların dissertasiya işinə verdikləri qiymətləri açıqlayıb və kafedrada ixtisaslaşdırılmış müdafiəyə buraxılan 19 magistrlik dissertasiyasının hər birinin "əla" qiymətlərə layiq görüldüyünü vurğulayıb ki, bu da çox yüksək və təqdirəlayiq nəticədir.