шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

AZƏRBAYCANDA BEYNƏLXALQ TƏHSİL FORUMU KEÇİRİLƏCƏK

 PISA direktoru Andreas Schleicher  Forumda çıxış edəcək.

Azərbaycanda “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq  Forumunun keçirilməsinə hazırlıqlar gedir.   Forum bu il sentyabrın 1-də internet platformaları üzərindən online formada gerçəkləşəcək.

TAM Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçiriləcək forumun əsas hədəfi yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsidir. 

Ihtiyaclarin karsilanmasi

Məlumdur ki, COVID-19 epidemiyası nəticəsində 193 ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayanıb. Bir çox ölkələr kimi, Azərbaycan da məsafədən təhsilə keçməyə məcbur olub.  Odur ki, mövcud vəziyyəti təhlil etməyə, təhsildəki yeni çağırışları müzakirə etməyə ehtiyac yaranıb. Postpandemiya dövründə   təhsildə keyfiyyəti artırmaq üçün nələr etməliyik? Təhsilin keyfiyyətli olması üçün hansı imkanlar var? Təhsilin tərifində, təhsilverənlərin rolunda hansı dəyişikliklər yaranacaq? Təhsilverənlər hansı bacarıqlarını inkişaf etdirməlidir? Forum zamanı çıxışlar və müzakirələr vasitəsilə bu kimi sualların cavablandırılması nəzərdə tutulur.

Forumun əsas məruzəçisi (keynote speaker)  PİSA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı) direktoru Andreas Schleicher olacaq.

Qeyd edək ki, Azərbaycan 2006-cı ildən həmin proqramın iştirakçısıdır.

Bundan başqa Forumda Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Prof. Dr. Şahlar Əsgərov, The Global Prize 2018 müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin (BELMAS - The British Educational Leadership, Management and Administration Society) rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF Azərbaycanın Təhsil proqramlarının rəhbəri Leyla Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimali Kipr Türk Cümhiriyyətinin ikinci prezidenti və sabiq təhsil naziri Mehmet Ali Talat, xalq yazıçısı Çingiz Abdullayev, Doğu Akdeniz Universitetinin doktorantı, beynəlxalq təlimçi Arzu Soltan, Türkiyənin Yenilikçi Öğrenme Məktəblər Şəbəkəsinin yaradıcısı Kayhan Karlı, Forumun Təşkilat Komitəsinin sədri, TAM-ın baş direktoru Cəfər Mənsimi çıxış edəcəklər.

Forumun moderatorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Dos. Dr. Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarpten olacaq.

Forum günü TAM-ın təsis etdiyi yeni eyniadlı təhsil jurnalı da təqdim ediləcək. Əsas məqsəd bütün öyrənmə proseslərinin maraqlı, yaradıcı, yeni tərəflərindən söz açıb onları təbliğ etmək, təhsil sahəsində  hiss olunan boşluqları tamamlamaqdır.

Forumun informasiya dəstəkçisi Təhsil Forumu-2020 və Təhsil Dünyası/Education World/Мир Образования Facebook qrupları, Təhsil İdarəçiləri Assosiasiyasıdır.

TAM komandası pandemiya şəraitini nəzərə alaraq Beynəlxalq Forumda iştirakın ödənişsiz olmasına qərar verib. Yalnız TAM-ın facebook (https://www.facebook.com/tammatrix) və ya instagram (https://www.instagram.com/tammatrix/) səhifəsini bəyənən və özü ilə foruma bir nəfər dəvət edən iştirakçıların iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Qeydiyyat üçün: https://forms.gle/ybauseUKHPvMdDGc7

Arayış: “Özünü TAM-amla” şüarı ilə yola çıxan TAM Teaching Advancament Matrix-in əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, müəllimlərin özlərini inkişaf etdirməsinə şərait yaratmaq, təhsildə kreativ yanaşmaları artırmaqdır.