шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

COVID-19 pandemiyası şəraitində tələbələrin pedaqoji təcrübəsinin təşkili

Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasında müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sahəsində insan resurslarının müasirləş-dirilməsini, təhsilin məzmunun səmərəli mənimsənilməsini, innovativ təlim metodlarının həyata keçirilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, strateji bir istiqamət kimi dəyərləndirilir. pedaqoji ali təhsil sisteminin inkişafının müasir mərhələsi, elmi naliyyətlərin vacib nəticələrini özündə əks etdirən, yeni təhsil standartlarının işlənilməsi və tətbiqi ilə xarakterizə olunur. Dövlət Strategiyasında göstərilir: “Müəllim amili təhsilalanın öyrənilməsi və inkişafı, naliyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır". Hazırda tələb olunan informasiyanın öyrənənlər tərəfindən qəbul olunaraq mənimsənilməsində olan problemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən tədris-təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Müasir cəmiyyətində pedaqoji yönümlü ali təhsil müəssisələrinin qarşısında, qloballaşma əsrinin tələblərinə uyğunlaşmaq üçün çox çətin problemlər durur. Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar. Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir. Tələbələr tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir.
Müasir dövrdə pedaqoji kadrların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Müasir şəraitdə ali pedaqoji təhsil müəssisələrində kadr hazırlığı prosesinin məzmunu və təşkili əhəmiyyətli şəkildə dəyişir, kadr hazırlığının keyfiyyəti, gələcək müəllimlərin yalnız ixtisas üzrə deyil, pedaqoji-psixoloji, ümumtəhsil və peşəkarlıq üzrə mükəmməl bilik və kommunikativ bacarıqlara yiyələnməsi həyati tələbata çevrilir. Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə yönəldilməlidir. Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar. 2019-2020-cu tədris ilində ADPU-nun rektoru, professor Cəfər Cəfərovov müvafiq əmri ilə Universitetin pedaqoji təcrübə keçəcək 3998 nəfər tələbəsindən, 2241 nəfər ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələri olmuşdur. Ali təhsilin magistratura səviyyəsində 397 nəfər elmi-pedaqoji təcrübə keçmiş, ADPU-nun filiallarının 608 nəfər tələbə, Davamlı təhsil və təlim şöbəsinin 208 nəfər tələbəsi pedaqoji təcrübə keçmişdir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri fevral ayının 17-dən pedaqoji təcrübənin ikinci mərhələsinə başlamışdır. Pedaqoji təcrübənin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bəzi özəl müəssisələrlə razılıq əldə edilib, üçtərəfli müqavilələr hazırlanmış. Bir neçə ikitərəfli müqavilələrin tərtib olunmuşdur. Universitetimizin tələbələri Təhsil Nazirliyinin 8 tam orta məktəbində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 90 tam orta məktəbində, Bakı Şəhər İcra Hakimiyyətinin 10 və 2 özəl uşaq bağçasında , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisəsində təcrübə keçmişlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2019-2020-ci tədris ilində pedaqoji təcrübənin keçrilməsilə əlaqədar təlimatı seminar keçrilmişdir. Seminarda Tədris işləri üzrə prorekt, dossent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, direktor müavini dosent Ənvər İmanov, Təcrübə rəhbəri Qəmərxanım Qəribova, Təcrübə Komissiyasının üzvləri, dossent Fəxrəddin Yusifov, Əməkdar müəllim Zülfiyyə Vəliyeva pedaqoji təcrübənin tələbələrin əldə etdikləri bilik və bacarıqların aşkara çıxarılmasında mühüm rol oynadığını vurğulamışlar. Seminarda iştirak edən metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar , pedaqoji təcrübə rəhbərlərinə metodiki təlimat və tövsiyələr verilmişdir. ADPU-da 2019-2020-cu tədris ilinin yaz semestrində əyani və qiyabi təhsilalma formaları üzrə keçiriləcək pedaqoji təcrübə, cari tədris ilinin ilk semestrində fakültə və kafedra müdirləri, filial direktorları ilə təcrübə keçəcək tələbələrin siyahısı dəqiqləşdirilib. Pedaqoji təcrübənin başlanması ilə əlaqadar olaraq ADPU-nin bütün fakültələrində konfranslar keçrilmişdir. Bakı şəhər Təhsil idarəsi tətəfindən ayrılmış məktəblərdə Fevral ayının 17-də tələbərin pedaqoji təcrübəsi başlanmışdır. Ümumi pedaqogika kafedrasında hazırlanmış "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" metodik vəsait pedaqoji təcrübə zamanı gündəlik tərtib etmək üçün təcrübəçi tələbələrə metodik kömək məqsədi daşıyır. Tələbələr üçün ilk dəfə olaraq gündəliklər hazırlanaraq paylanılmışdır. Tələbələrin pedaqoji təcrübədə olduqları məktəblərdə təlim və tədris fəaliyyətinə nəzarət, əldə edilən nəticələrin qeydiyyatının aparılmasına dair sənəd təcrübəçi tələbələrin fəaliyyətinin pedaqoji təcrübə rəhbəri, təcrübə başa çatdıqdan sonra isə universitet rəhbərliyi tərəfindən qiymətləndirilməsi üçün əsas sənəddir. Vəsait həm də 14 həftəlik (70 gün) pedaqoji təcrübə müddətində ( 17 fevral- 23 may 2020-ci il) təcrübəçi tələbənin yazdığı fərdi planında nəzərdə tutulan işlərin yerinə yetirilməsində başlıca sənəddir. Pedaqoji təcrübə rəhbərləri fəaliyyətlərini bu sənədin tələblərinə əsasən qurulmuşdur. ADPU və "Kaspi" təhsil mərkəsi ilə bağlanmış müqaviləyə uyğun olaraq Universitetin 45 tələbəsi pedaqoji təcrübəsini "Kaspi" təhsil mərkəzlərində kecrilməsi nəzərdə tutulmuşdur. Müəllim təhsil prosesinin istiqamətləndiricisi və koordinatoru rolu oynayır. “Öyrənənə hörmətlə yanaşmaq, Öyrədənin əsas göstəricisi olmalıdır” devizi altında çalışan müəllimlərimiz şagirdlərimizə elmlərin əsasını dərindən öyrənməyə və məktəbdə aldıqları bilikləri həyatda işlətməyə kömək etməlidir, təhsilin məzmunu uşaqlarımızda dərrakəni inkişaf etdirməyə, hadisələrin səbəblərini dərk etməyə və düzgün qərar qəbul etmək bacarıqları aşılamağa xidmət etməlidir. COVID-19-un dünyada, o cümlədən Azərbaycanda həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sistemində də hazırlanaraq həyata keçirilən tədbirlər Azərbaycan Respublikasında dövlət siyasətinin ifadəsi oldu. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ümumtəhsil müəssisələrində tədrisin dayandırılması “koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini” bildirilməklə yanaşı, xüsusi karantin rejimi şəraitində yaranmış vəziyyətlə əlaqədar ölkədəki təhsil müəssisələrində təhsil alan kontingentin təhsildən ayrılmamasının təmin edilməsi başlıca ümdə vəzifə kimi göstərilir. Mövcüd vəziyyətidə distant dərslərin başlanılması üçün resurslar işə salındı, “Elektron hökumət” portalı üzərindən Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası qısa vaxtda təmin edildi. COVID-19 pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurəti yarandı. Bu böhran XXI əsr təhsilinin özəlliklərini qabartmaqla yanaşı, distant təhsili zərurətə çevirdi. Tələbələrin pedaqoji təcrübəsinin mövcüd şəraitə uyğun keşrilməsi ücün ADPU-nun Təcrübə Komissiyası tərəfindən Təhsil Nazirliyinin bu istiqamətdəki təlimat və tövsiyələri əsasında hazırlanmış metodiki təlimatı nəzərə alınaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə qısa zamanda müvafiq tədbirlər planı hazırlandı. Universitetin elmi şurasının onlayn iclasının qərarına əsasən ADPU-nun bütün struktur bölmələrindən, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecindən daxil olan məlumatlar ümumiləşdirilərək qarşıdakı müddət üçün fəaliyyət planının tərkib hissəsinə çevrildi. COVID-19 şəraitində Prezident İlham Əliyevin tövsiyələri əsasında Nazirlər Kabinetində qəbul edilmiş qərarlar hər bir təhsil müəssisəsi üçün başlıca istiqamət olmuşdur. Onlayn platformalarda təşkil olunmuş bakalavr və magistratura səviyyəsində tələbələrin öz bilik və bacarıqlarını ifadə etmək üçün tələbələrə maksimum imkan yaradılması ,eyni zamanda pedaqoji təcrübənin aparılmasını mövcud vəziyyətə uyğun olaraq, tələbələr tərəfindən Azərbaycan Respublikasında COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin şəraiti başlandığı tarixdən sonra bakalavriat və yenidənhazırlanma təhsili alan tələbə və dinləyicilərin pedaqoji (istehsalat) təcrübəsinin məsafədən təşkili prosesində tələbələrin yerinə yetirmiş olduqları işlər ixtisas üzrə təqdim edilən icmal, dərs planı, pedaqoji və psixoloji məsələləri əks etdirən yazılı elektron materiallar və s. ixtisaslar üzrə təcrübə rəhbərləri, metodistlər, pedaqoq və psixoloqlar tərəfindən təcrübə üzrə yekun qiymətləndirmələrin hazırlanması nəzərdə tutulmuş proseslərin uğurla başa çatmasına nail olmağa imkan vermişdir. Zoom proqmı, vassap, e-mail istifadə edən peaqoqlar tələbərlə müntəzəm ünsiyyətdə olmüşlar. Pedaqoji təcrübənin təşkili zamanı qarşıya qoyulan vəzifələr -onlayn təhsil dönəmində bakalavr və magistrantların pedaqiji təcrübəsi başa çatdırılmışdır. Təhsilin keyfiyyəti təlimin yeni texnologiyasını, tədris prosesini bilavasitə reallaşdıran müəllimin yaradıcı əməyindən, peşəkarlıq səviyyəsindən və peşəsini ürəkdən sevməsindən çox aslıdır. Müəllimin yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirakı onun yaradıcı əməyinin keyfiyyətinin aşkarlanmasında mühüm rol oynayır. Müəllim yalnız bilik vermir, eyni zamanda öyrənənlərin təfəkkürünün, düşünmə tərzinin dəyişməsinə səbəb olur, idrak fəaliyyətinə təsir edir. Təcrübə göstərir ki, təhsil və inkişaf sahəsində müəllim amili özünün əhəmiyyətinə və misiyasına görə bu gün də, gələcəkdə də aktual olaraq qalacaqdır. Mmüəllim amili təhsilalanın biliklərə yiyələnməsində və inkişafında həlledici rol oynayır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırlması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi gücləndirilməli və müəllimin peşəkar fəaliyyətinin inkişafına müsbət təsir göstərən faktorlara üstünlük verilməlidir. Təhsilin forma və məzmun yenilikləri onun vəzifələrini daha da genişləndirməkdədir. Tədris edilən fənlər daha çox şəxsiyyətyönümlüdür, eyni zamanda birbaşa fərdə yönələn kurikulumlar da (vizual sənətlər, dram, ictimai, şəxsi təhsil və s.) tətbiq edilməkdədir. Vizual sənətlər şagirdlərin fərdi istedadını nəzərə alan rəsm, rəqs, yapma, heykəltəraşlıq, estetik dizayn və s. kimi bilgilərin öyrədilməsinə yönəlmişdir. Rəqabət hissi, qalib gəlmək tərbiyə sistemində bəyənilməyən haldır. Əksinə “hamı hər şeyi bacarmalıdır” tendensiyası şagirdlərin bərabər nəticələrə gəlməsinə şərait yaradır. Tədris prosedurları öyrənmə bacarıqlarını, məzmun vasitələrini və təşkilati ideyaları inkişaf etdirir. Tədris prosedurları öyrənmə üsullarına, eləcə də şagirdlərin ümumi xüsusiyyətləri və ehtiyaclarına uyğun olmalıdır.Sonuncu prinsipə görə müəllim kurikulumun nəticələrini, idrak və təsiredici məqsədləri qiymətləndirir. Pedaqoji təcrübə tələbələrin müəllim kimi formalaşmasına , onların pedaqoji dəyərlərə yiyələnməsinə, bu dəyərlərin qorumasına, pedaqoji prosesdə novator pedaqoq kimi fəaliyyət göstərməsinə səmərəli təsiredir. Peşəkar və səriştəli müəllim adını qazanmaq həm şərəfli, həm də çətin bir işdir. Buna nail olmaq təkcə “bu peşə üçün doğulanlar”, müəllimliyə müəyyən mənada fitri qabiliyyəti, istedadı olanlara nəsib olmur. Daha çox öz peşəsinin zirvəsinə yüksəlmək üçün inadla çalışan, daim axtarışda olan, yeniliklər axtara-axtara özü də yenilikçi olan, yeni pedaqoji təfəkkürəyiyələnən müəllimlər belə bir adın sahibi ola bilirlər. Bu ad onları ucaltdığı kimi, onlar da müəllim adını müqəddəs tutur, onun nüfuzunu yüksəldir və ona maraq və məhəbbəti artırır.

Zülfiyyə Vəliyeva
ETM-nin "Tətbiqi tədqiqatlat" bölməsinin elmi işçisi, Əməkdar müəllim, ADPU-nun Təcrübə Komissiyasının üzvü