шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Cümhuriyyətin 102-ci ildönümü ADPU-nun Quba filialında onlayn elmi konfransla anıldı

WhatsApp Image 2020 05 28 at 22.53.13
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş "28 May – Azərbaycanın istiqlaliyyət imzası" adlı onlayn elmi konfrans keçirilib.Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib. Elmi konfransı açıq elan edən ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Cumhuriyyətin elan edilməsinin 102-ci ili münasibəti ilə konfrans iştirakçılarını ADPU-nun rektoru professor Cəfər Cəfərovun adından və öz adından təbrik edib, xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayıb.Daha sonra Prezident cənab İlham Əliyevin Respublika Günü ilə əlaqədar paylaşımına diqqət çəkərək qeyd edib ki, "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq". Sonra dosent Yusif Alıyev bildirib ki, müstəqillik elə şirin nemətdir ki, onu bir kərə hiss edən xalq bir daha ondan vaz keçməyəcəkdir. Bizlər də, mübariz Azərbaycan xalqı olaraq qanımız, canımız bahasına əldə edilən müstəqilliyimizi hər daim qoruyacağıq. Müstəqilliyimizin daimi olması üçün bizlər də öz bilik və bacarıqlarımızı səfərbər edərək, ölkəmizin inkişafına, təhsilimizin yüksəlişinə xidmət etməliyik, - deyə Y.Alıyev bildirdi.Daha sonra dosent Yusif Alıyev "28 May - Azərbaycan tarixinin istiqlal imzası" adlı məruzə ilə çıxış edərək, tarixi hadisələrə, cumhuriyyət dövründə verilən qərarlara, atılan əhəmiyyətli addımlara münasibət bildirmiş, dünəndən bu günə Azərbaycan tarixi ilə əlaqəli müqayisəli təhlillər apararaq konfrans iştirakçılarına Cümhuriyyət qurucularının böyük işlərinə də məhz ulu öndər heydər Əliyevin böyük dəyər və qiymət verdiyini qeyd etmişdir. Daha sonra dosent Yusif Alıyevin moderatorluğu ilə davam edən konfransda məruzəçilər – Aysel Şeydayeva - "Şərqdə ilk demokratik respublika - Azərbaycan!", Elbrus Əhmədov - "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət sərhədləri", Mürvət Əliyev - "Azərbaycan tarixinin ilk baş naziri - Fətəli xan Xoyski", Aygün Şıxbabayeva - "Azərbaycan Demokratik Respublikasının müstəqillik illərində xarici siyasəti və beynəlxalq əlaqələri", Elnarə Axundova - "Cümhuriyyət dövründə xaricdə təhsil", Pərvanə Rzayeva - "Azərbaycan Xalq Cümhuriyyətinin qadın təhsil siyasəti", Nübar Bayramova - "Azərbaycançılıq ideologiyasının cümhuriyyət dönəmi və bu gün", Yusif Abayev "1918-1920-ci illərin milli iqtisadiyyatı", Günəş Xudayarova - "Cümhuriyyət dövründə poeziya", Kəmalə Bayramova - "Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli dramaturgiya" mövzularında apardıqları araşdırmalar haqqında maraqlı məruzələrlə çıxış etdilər. Hər bir mərizəçi öz çıxışında tariximizin öyrənilməsinin əhəmiyyətini və konfransın bu istiqamətdə daha doğru və zamanında atılan bir addımın nəticəsi olduğunu diqqətə çatdırıblar.Sonda konfrans haqqında fikir və təkliflərin dinlənilmiş və konfrans öz işini uğurla yekunlaşdırmışdır.