шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Elman Quliyev Professor

Prof. dr. ELMAN HİLAL OĞLU QULİYEV

ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin elmi rəhbəri

 

Qısa bioqrafik məlumat

 

1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur.

Evlidir. İki qızı və bir oğlu var.

Təhsili, elmi dərəcəsi və elmi adı

Ali təhsillidir.

2004-cü ildə «M.Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyəti

 1991-ci ildən ADPU-da işləyir. Professordur.

Apardığı dərslər

Türk və şərq xalqları ədəbiyyatı

Tədqiqat sahəsi

Azərbaycan ədəbiyyatı

Türk və şərq xalqları ədəbiyyatı

Beynəlxalq seminar, simpozium və konkranslarda iştirakı, mükafatları

Bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011), Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına (2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı mükafatı»na (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması sahəsində fəaliyyətinə görə  TÜRKSOY-un “Yusif Xas Hacib” (17 fevral 2017) və “Molla Pənah Vaqif” (7 dekabr 2017) medallarına və Türkiyə Cümhuriyyəti Başbakanlıq TİKA təşkilatının xüsusi təltifinə (23 aprel 2018) layiq görülmüşdür.

 Seçilmiş əsərləri

 «M.Şəhriyar: Gəldim sizi görməyə» (Bakı, 1992),

 «S.Tahir. Lirika» (Bakı, 1992),

 «M.Şəhriyar. Heydərbabaya salam» (Bakı, 2004) kitablarının,

«Türk xalqları ədəbiyyatı» (Bakı, 1998),

 «Şərq xalqları ədəbiyyatı» (Bakı, 1998),

«Ümumtürk ədəbiyyatı» (Bakı, 2005),

 «Qədim türk ədəbiyyatı» (Bakı, 2010),

 «Türkiyə türk ədəbiyyatı» (XIX-XX əsrlər) (Bakı, 2011)

 “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 2015),

 “Türk və Şərq xalqları ədəbiyyatı” ( Bakı, 2015)  tədris proqramlarının tərtibçisidir.

«Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (Bakı, 1997),

 «Seyid Məhəmmədhüseyn Şəhriyar» (Bakı, 1999),

«Müasir özbək ədəbiyyatı tarixi» (Bakı, 1999),

«Heydərbabaya salam» necə varsa» (Bakı, 2001),

 «Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003),

«Şəhriyar poeziyası və milli təkamül» (Bakı, 2004),

 «Şəhriyar poetikası» (Bakı, 2006, həmmüəlliflə),

«Özbək ədəbiyyatı» (Bakı, 2009),

«Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri» (Bakı, 2010, həmmüəlliflərlə),

 «Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2010),

 «Şərq xalqları ədəbiyyatı», 2 cilddə, (Bakı,  2011),

 «Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2012)

 «Türk xalqları ədəbiyyatı» (Bakı, 2009, 2011, 2014, 2017) adlı kitabları işıq üzü görmüşdür.

 1999-cu ildə «Mirzə Uluğbəy» (Özbəkistan) mükafatı almış,

2007-ci ildə C.Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı,  iki dəfə «İlin alimi» (2007, 2010) və «İlin müəllimi» (2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.

Digər fəaliyyətləri

 Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür. 

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Mob.         0503564401