шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fizika fakültəsinin Elmi Şurasının iclası keçirilib

Fevralın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasın gündəliyinə “Fizika fakültəsinin payız semestrinin imtahan sesiyasının nəticələri haqqında”, 2019-2020-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti haqqında”, “Fizika və texnologiya müəllimliyi ixtisasları üzrə IV tədris ili tələbələrinin pedaqoji təcrübəyə hazırlığın vəziyyəti haqqında”, “TEC xətti ilə tələbə heyəti üçün “Gələcəyə addım” III Elmi konfransın kecirilməsinə hazırlığın vəziyyəti” və cari məsələlər daxil edilib.

Fizika fakültəsinin payız semestrinin imtahan sesiyasının nəticələri haqqında Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov ətraflı məlumat verərək, əlaçı və zərbəçi tələbələrinin sayının, müvəffəqiyyət faizinin və keyfiyyət göstəricisinin ötən illərə nəzərən artdığını qeyd edib. İmtahan sessiyasının uğurla başa çatdığını və ciddi problemlər müşahidə olunmadığını bildirib. A.Daşdəmirov Fizika fakültəsinin payız semestrinin imtahan sesiyasının uğurla nəticələnməsində əziyyəti keçən professor-müəllim, tədris köməkçi heyətinə və tyutorlara təşəkkür edib.

Fizika fakültəsinin 2019-2020-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti haqqında kafedra müdirləri dosent C.Hüseynov, dosent S.Cəlilova və dosent S.Musayeva məlumat veriblər. Fizika fakültəsinin yaz semestrinə hazırlığının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Fizika fakültəsinin “Fizika və texnologiya müəllimliyi” ixtisasları üzrə pedaqoji təcrübəyə hazırlığın vəziyyəti haqqında, “Fizika müəllimliyi” ixtisası üzrə Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent S.Cəlilova, “Texnologiya müəllimliyi” ixtisası üzrə Əməyin texnologiyası kafedrasının müdiri dosent S.Musayeva məlumat verərək bildiriblər ki, “Fizika və texnologiya müəllimliyi” ixtisasında təhsil alan IV tədris ili tələbələrinin Bakı şəhərinin müxtəlif məktəb və litseylərində pedaqoji təcrübə keçməsi üçün bütün tədbirlər görülüb.

Cari məsələlərdə TEC xətti ilə tələbə heyəti üçün “Gələcəyə addım” III Elmi konfransın keçirilməsinə hazırlığın vəziyyəti haqqında TEC sədri dosent X.Adgözəlova məlumat verərək bildirib ki, mart ayında növbəti konfrans keçirilməsi nəzərdə tutulur.

Fizika fakültəsinin Elmi Şurası öz işini başa çatdırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi