шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Qasımova Mirvari Baş müəllim

Qasımova Mirvari Məmməd qızı

ADPU- nun filologiya fakültəsinin İngilis dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi

İş telefonu: + (994) 12 498 23 38 E-mail : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

QISA BİOQRAFİK MƏLUMAT

1980-ci il 28 avqustda Ermənistan Respublikası Krasnoselo rayonu Şorca kəndində anadan olmuşdur.

Ailəlidir, bir oğlu, bir qızı vardır.

TƏHSİLİ

• 1997-ci ildə Bakı şəhəri Binəqə rayon 115 saylı orta məktəbini

bitirmişdir.

• 1997- ci ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis və fransız dilləri) fakültəsinə daxil olmuş, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

• 2001- 2003-cü illərdə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsinin Dilşünaslıq fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

• 2012-2016-cı illərdə ADPU-nun doktorantura şöbəsində təhsil almışdır. 2016-cı ildə “Azərbaycan və ingilis dillərində semasioloji söz qrupları” adlı dissertasiya mövzusunu tamamlamış və müdafiə üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya üzrə elmlər doktoru və

filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.141 Dissertasiya Şurasına təqdim etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

• 2003-2009- cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili və onun tədrisi metodikası kafedrasında ingilis dili müəllimi;

• 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili və onun tədrisi metodikası kafedrası üzrə boş olan baş müəllim vəzifəsinə seçilmişdir.

TƏDQİQAT SAHƏSİ

24 elmi əsərin (proqram, məqalə və tezisin) və “Azərbaycan və ingilis dillərində semasioloji söz qrupları” adlı dissertasiyanın müəllifidir.

APARDIĞI DƏRSLƏR:

1. Xarici dilin (İngilis) fonetikası - 1;

2. Xarici dilin (İngilis) fonetikası - 2;

3. Tərcümə;

4. Fonologiya

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

1. Alınma sinonimlərin Azərbaycan və ingilis dillərinə inteqrasiyası. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların II Beynəlxalq Elmi konfransı”, Bakı, 2014

2. Semasioloji söz qrupları. Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı, Bakı, 2015

3. Antonimlik məsələsinin dilçilikdə qoyuluşu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların III Beynəlxalq Elmi konfransı, Bakı, 2015

4. Sinonim sözlərin üslubi xüsusiyyətlərinin dildə işlədilmə formaları ilə əlaqəsi. Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq Elmi konfrans, 2015

5. Antonimlərin işlənmə sahəsi. Azərbaycan dillər universitetinin yaranmasının 80 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktik Konfrasının tezisləri, Bakı: ADU, Aprel 10-11, 2017

SEÇİLMİŞ ƏSƏRLƏRİ:

1. Azərbaycanda experimental fonetik tədqiqatların tarixinə dair. Pedaqoji universitet xəbərləri (humanitar elmlər seriyası) Bakı: ADPU, 2003, №4, səh.36-38

2. İngilis dilinin regional növləri və onların bəzi xarakterik cəhətləri Filologiya məsələləri Bakı: AMEA, 2008, №1, səh. 111-117

3. İngilis və Azərbaycan dillərində vurğu və onun növləri. Elmi axtarışlar (Folklorşunaslıq; Filologiya, Fəlsəfə, Tarix, İncəsənət və Nəzəriyyə Aspektləri) Bakı: AMEA, 2008, №1 səh. 163-166

4. Müxtəlif sistemli dillərdə frazeologiyanın təşəkkül tarixi və tədqiqi haqqında . Onomastika. Bakı: ADPU, 2009, №1, səh. 95-102

5. Müasir ingilis dili frazeoloji vahidlərinin mənşəyi barədə. Elmi xəbərlər.Bakı: ADU, 2010, №4, səh. 99-104

6. Frazeoloji vahidlərin struktur semantik xüsusiyyətləri. Humanitar elmlərin öyrənilməsi- nin aktual problemləri, Bakı: BSU, 2011, №4, səh. 47-49

7. Semasioloji söz qruplarında sinonimlərin təyini kriteriyalarına dair. Filologiya məsələləri.Bakı: Elm və təhsil, 2013, №2, səh. 112-119

8. Azərbaycan və ingilis dillərində sinonimlərin növləri

Dil və ədəbiyyat. Beynəlxalq elmi- nəzəri jurnal. Bakı: BDU, 2013, № 4 (88),səh.65-68

9. Kontekstual sinonimlər Dilçilik İnstitunun Əsərləri. Bakı: AMEA, 2015, №1, səh. 97-102

10. Sinonimlərin dildə istifadə səbəb və məqsədləri.

(Azərbaycan və ingilis dillərinin materialları əsasında) Elmi xəbərlər. Bakı: ADU, 2015, №2, səh.218-224

11. Стилистические особенности синонимов Вестник МГОУ (Лингвистика): МГОУ, 2016, №1, стр. 18-26

12. Antonimlərinin ziddiyyətin dərəcəsi baximdan təhlili Filologiya məsələləri. Bakı: Nurlan, 2016, №2, səh. 183-187

13. Antonimlərin ziddiyyət amilinə görə differensasiyası Dil və ədəbiyyat. Bakı: ADU, 2016, №2, səh. 68-72

14. Синонимы – средство обогащения языка. Вестник ТВГУ (Серия: Филология), Тверь: ТВГУ, 2016, №2, стр. 191-195

15. Antonimlərin üslubi xüsusiyyətləri. Filologiya məsələləri.

Bakı: Elm və təhsil, 2017, №1, səh. 61-67

16. Azərbaycan və ingilis dillərində omonimlərin növləri. Dilçilik İnstitunun Əsərləri. Bakı: Elm və təhsil, 2017, №1 səh. 254-261

Üç fənn proqramının - Eşitmə və tələffüz (ali təhsilin bakalavriat pilləsi üzrə, ingilis dili ixtisası üçün), Bakı: ADPU, 2014; Fonologiya (ali təhsilin magistratura pilləsi üzrə, ixtisas qrupları üçün) Bakı: ADPU, 2015; Üslubiyyat (ali təhsilin magistratura pilləsi üzrə, ixtisas qrupları üçün), Bakı: ADPU, 2015 - müəllifidir

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2012-ci ildən İngilis dili və onun tədrisi metodikası kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantıdır. 2016-cı ildə “Azərbaycan və ingilis dillərində semasioloji söz qrupları” adlı dissertasiya mövzusunu tamamlamış və müdafiə üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu nəzdində filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.141 Dissertasiya Şurasına təqdim etmişdir.