шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində videokonfrans formatında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib. Videokonfransda 100-dən çox mütəxəssis iştirak edib.

Konfransı giriş sözü ilə ADPU-nun rektoru, Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov açaraq konfransın əhəmiyyətini vurğulayıb. Ulu öndərin ölkənin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Ulu öndərin balanslaşdırılmış uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınmış nüfuzlu bir dövlətə çevrilmişdir.

ADPU-nun  elm və innovasiyalar üzrə prorektoru, Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə ilə çıxış edib. Ulu öndərin elmin inkişafı istiqamətində yorulmaz fəaliyyətindən bəhs edən A.Zamanov vurğulayıb ki, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən Ümummilli Liderin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində Azərbaycanda riyaziyyat, kibernetika, fizika, kosmik tədqiqatlar, kimya, biologiya, tibb, geologiya, həmçinin humanitar elmlər sahəsində bir sıra mühüm nailiyyətlərə imza atılmışdır. Ali təhsil müəssisələrində təhsil alan istedadlı gənclərin elmə, elmi və elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi üçün mühit, doktorantların (aspirantların) elmi tədqiqatlar aparması məqsədilə Azərbaycan Elmlər Akademiyası institutlarında, elm-sənaye birliklərində iş yerləri yaradıldı. Elmlər namizədləri və elmlər doktorlarının sayı 1982-ci ildə 1969-cu ilə nisbətən 1.7 dəfə artdı. Ən yeni elm sahələri üzrə elmlər doktorları hazırlandı ki, bu da həmin sahələrdə elmi məktəblərin formalaşmasının əsası oldu. SSRİ EA-nın prezidenti akademik M. Keldışın 1972-ci ildə Azərbaycana səfəri və respublika rəhbəri Heydər Əliyevlə görüşü Azərbaycan  EA-nın inkişafına əhəmiyyətli təsir göstərdi. Həmin illərdə Azərbaycanda yeni ali məktəblərin, həmçinin fakültələrin və elmi-tədqiqat institutlarının yaradılması, hər il 1000-dən çox gəncin təhsil almaq üçün SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi respublikamızda elmin sürətli inkişafı ilə nəticələndi.

Müstəqillik dövründə bu siyasət uğurla davam etdirildi. Ali məktəblərin şəbəkəsinin genişləndirilməsi, həmçinin özəl ali məktəblərin yaradılması ölkəmizdə intellektual potensialın inkişafına müsbət təsirini göstərdi. Azərbaycanın kosmik ölkələr sırasına daxil olması, regionda söz sahibi olan ölkəyə çevrilməsi, istedadlı gənclərin dövlət proqramları əsasında dünyanın aparıcı elm və təhsil mərkəzlərində təhsil alması, elmi-tədqiqat işləri aparması həmin siyasətin bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin göstəricisidir.

Konfransda professor Mahirə Hüseynova “Azərbaycan dilçiliyinin inkişafında Heydər Əliyevin rolu”,  professor Fərrux Rüstəmov “Heydər Əliyev və pedaqoji kadr hazırlığı”, dosent Yasin Qaraməmmədli “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzularında məruzə ilə çıxış ediblər.

Rektor, professor Cəfər Cəfərov konfransın yüksək səviyyədə təşkilinə görə Təşkilat Komitəsinə, həmçinin məruzəçilərə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.