шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyaziyyat fakültəsi

 

Dosent. Fərəcov Araz Salamulla oğlu

ADPU-nun Riyaziyyat  fakültəsinin

dekanı vəzifəsində çalışır.

İş telefonu: +(994)12 493-33-69

Mob.

Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 QISA  BİOQRAFİK  MƏLUMAT                                                                                                    

  • 7 yanvar 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
  • YAP-nın üzvüdir. Evli.

TƏHSİLİ, ELMİ  DƏRƏCƏSİ  VƏ  ELMİ  ADLARI

1975-ci ildə Bakı şəhəri 42 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Təhsil müddətində tələbələr arasında respublika elmi konfransında I dərəcəli diploma layiq görülmüşdür.

Fakültə tələbə elmi cəmiyyətinin sədri seçilmişdir. Üçüncü kursdan adlı (O zamanki Lenin) təqaüdünə layiq görülmüşdür. Təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmişdir. 1980-ci ildə universiteti fərqlənmə fərqlənmə diplomu ilə bitirdikdən sonra elə həmin il Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinin aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1983-cü ilin dekabr ayında aspiranturanı müvəffəqiyyətlə bitirmiş və Moskva Dövlət Universitetinin şurasında fizika-riyaziyyat elmləri namizədi dissertasiyasını müdafiə etmişdir.

Beynəlxalq əhəmiyyətli elmi konfranslarda (Rusiya, Ukrayna, Türkiyə, İran, Bakı və s.) iştirak etmişdir. 40-dan çox elmi işin, bir dərs vəsaiti və bir elmi monoqrafiya müəllifidir. Çoxlu magistr işinə rəhbərlik etmiş və riyaziyyat üzrə fəlsəfə doktorluq işlərində appanent və rəyçi olmuşdur. “Applied and Computational Mathematics jurnalı” elmi jurnalın redaksiya heyyətini üzvüdür.

 ƏMƏK  FƏALİYYƏTİ

1983-cü ilin dekabr ayından Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində müəllim olaraq çalışmağa başlamış, sonradan baş müəllim və dosent vəzifələrini tutmuşdur.

1994-1996-cı illərdə Türkiyənin İstanbul Universitetində dərs demişdir.

1996-cı ildən Bakı Dövlət Universitetində fəaliyyətini davam etdirmişdir. Bakı Dövlət Universitetinin tələbə elmi cəmiyyətinin sədri vəzifəsində çalışmış, tələbələrin ümumrespublika olimpiadalarının keçirilməsində, beynəlxalq olimpiadalara tələbə hazırlığının təşkilində rəhbərlik etmişdir.

Bir müddət paralel olaraq Əmək və sosial münasibətlər akademiyasında Ali riyaziyyat kafedrasında müdür olaraq çalışmışdır.

 DƏRS DEDİYİ FƏNLƏR

Diferensial tənliklər, riyazi-fizika tənlikləri, diferensial tənliklərin müasir problemləri, inteqral çevirmələr, xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələləri, birtərtibli xüsusi törəməli diferensial tənliklər.

İKT BİLİKLƏR

  • Kompüterin istifadəsi üzrə Windows Microsoft office, Word, Excel, proqramları ilə işləmək təcrübəsi var.

XARİCİ DİL BİLİKLƏRİ

  • Türk dili – yaxşı
  • Rus dili - Əla
  • İngilis dili – yaxşı