шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Ədəbiyyatın tədrisi texnologiyası
  • Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müəllimi.

Qısa bioqrafik məlumat

  • 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
  • Ailəlidir . İki övladı var.

Təhsili və elmi dərəcəsi

  • Ali təhsillidir.
  • 2004-cü ildə Bakı şəhəri 95 saylı tam orta məktəbi bitirib.
  • 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub.
  • 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib . Universitetdə təhsil aldığı müddətdə “Nizami Gəncəvi” adlı təqaüdünə layiq görülüb.
  • 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə əyani magistraturasına daxil olub.
  • 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
  • 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetininin Azərbaycan ədəbiyyatı üzrə əyani doktoranturasına daxil olub.
  • 2016-ci ildə “Mirzə İbrahimov və Azərbaycan ədəbiyyatı məsələləri” mövzusunda yazdığı dissertasiya işini vaxtından əvvəl  tamamlayaraq müdafiəyə  təqdim edib.
  • 2017-ci ildə AMEA Nizami adına  Ədəbiyyat İnstitutu  nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında dissertasiya işini müdafiə edib.
  • 2017-ci ilin dekabr ayında AAK-ın kollegiya qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomu alıb.

Əmək fəaliyyəti

  • 2018-ci ilin fevral ayında AMEA   akad. Z.Bünyadov adına Şərqşünaslıq  İnstitutunun Türk filologiyası şöbəsinə  elmi işçi  vəzifəsinə təyin  edilmişdir.
  • Elmi nəticələri nəzərə alınaraq 2019-cu ilin mart ayından böyük elmi işçi  vəzifəsinə keçirilmişdir.
  • 2019-cu ilin sentyabr ayından  ADPU-nun Filologiya fakültəsi  Ədəbiyyatın tədrisi texnologiyası kafedrasında  müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

  • AMEA Rəyasət Heyətinin  2018-ci il 10 may tarixində Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə   gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibi olmuşdur.
  • AMEA  Rəyasət Heyətinin  2019- cu ildə   keçirdiyi    “Gənc qadın elmdə” müsabiqəsinin qalibi olmuşdur. 
  • 30 elmi məqaləsi dərc edilmişdir. 9 elmi məqaləsi Türkiyə, Ukrayna, Monqolustan və digər xarici ölkələrdə çap olunmuşdur. Xaricdə   keçirilən  10  Beynəlxalq elmi konfransın iştirakçısı olmuşdur.
  • 2019-cu ildə Türkiyədə  Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi Cengiz Dağcının 100 illiyinə həsr olunmuş  kitaba “Cengiz  Dağcının Şiirlerinde Vatanperverlik  Temi” adlı məqaləsi daxil edilmişdir. (   “Doğumunun  100.Yılında Cengiz Dağcıya Armağan”  kitabı, Türkiye,Ankara 2019,səh 403- 408)
  • 2019-cu ildə   ADPU-da    Avropa İttifaqının  maliyyə  dəstəyi ilə  UNİCEF  və “Regional İnkişaf”  İctimai Birliyi  tərəfindən  təşkil edilən  layihələr çərçivəsində  inklüziv  təhsil üzrə  təlimdə  iştirak etmiş  və sertifikat qazanmışdır.