шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Fizika fakültəsi

Fizika  fakültəsi

 

 

           
 Dasdemirov Arzu dekan1 2.Məmmədov Xankişi dos   rifov Qalib Mövsüm oğlu Fizikanın Tədrisi Metodikası 13 Adıgözəlova xatirə dos  Abdullayeva Tuti tyutor 2  Rüstəmova Gülbəniz tyutor 4
Daşdəmirov Arzu
Dekan 
Məmmədov Xankişi
Dekan müavini
Şərifov Qabil
Dekan müavini
Adıgözəlova Xatirə
Dekan müavini
Abdullayeva Tuti
Tyutor 
Rüstəmova Gülbəniz
Tyutor 
     liyeva Aygün tyutor5      
        Əliyeva Aygün
Tyutor
     
           

 

İş telefonu: +994 (0)12 498 75 84

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

             Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: Bakı, AZ1000, Ü.Hacıbəyli küç., 68

 

Tarixi

Fakültə  fəaliyyətə  Ali Pedaqoji İnstitut yaradılarkən yaranan 3 şöbədən biri kimi başlamışdır. O vaxt  həmin şöbə  fizika-riyaziyyat şöbəsi olub. Həmin şöbənin ilk dekanı Peterburq Universtetinin məzunu, prof. Məmməd Rəşid oğlu Əfəndiyev olmuşdur.  Şöbənin fizika bölməsində dos. R.M.Məlikov, N.Q.Berq və başqaları çalışmışdır. Keçən əsrin 30-cu illərində şöbə Fizika –riyaziyyat fakültəsi adlandırılmış və fakültəyə professor A.Q.Abbaszadə dekan təyin edilmişdir.  Fizika-riyaziyyat fakültəsi 1968/1969-cu tədris ilində iki müstəqil fakültəyə - "Fizika" və "Riyaziyyat" fakültələrinə ayrılmışdır. Fizika fakültəsinin ilk dekanı dos. Teyfur Xasməmmədov (1968-1971) olmuşdur. Sonralar fakültəyə dos. Əlisa Əhmədov,  prof. Ələkbər Kərimov, prof. Kamal Hüseynov, dos. Mikayıl Əliyev, prof. Edil Eyvazov, prof. İsgəndər Cəfərov və digərləri   rəhbərlik etmişlər. 2015-ci il oktyabrın 20-dən "Fizika" və “Mühəndis-pedaqoji və bədii qrafika” fakültələri birləşdirilərək “Fizika və Texnologiya” fakültəsi yaranmışdır. 09.07.2019- cu il tarixdə isə “Fizika və Texnologiya” fakültəsi yenidən "Fizika" fakültəsi adlandırılmışdır. Fakültəyə 2016-cı il noyabr ayından fizika və riyaziyyat elmləri namizədi, dos. Arzu Oruc oğlu Daşdəmirov rəhbərlik edir. Fizika fakültəsi üç kafedradan və çoxsaylı   tədris   laboratoriyalarından   ibarətdir.   Kafedralar   və   laboratoriyalar   haqqında   geniş   məlumatla  kafedraların pasportlarında tanış olmaq olar. Fakültədə "Fizika müəllimliyi" və "Texnologiya müəllimliyi" üzrə  bakalavriat, "Fizikanın tədrisi metodikası" və "Texnologiya fənninin tədrisi metodikası və metodologiyası" ixtisasları üzrə  magistratura, "Yarımkeçiricilər fizikası", "Molekulyar və istilik fizikası", "Fizikanın tədrisi metodikası və metodologiyası"  və "Bərk cisimlər fizikası" ixtisasları üzrə doktorluq səviyyəsində mütəxəssislər hazırlanır.

Bundan  başqa  fakültə  “Riyaziyyat müəllimliyi”,  “İnformatika müəllim-liyi”,  “Riyaziyyat   və informatika “müəllimliyi”,  “Biologiya  müəllimliyi”, “Kimya müəllimliyi” və “Kimya və biologiya müəllimliyi”  və digər qeyri ixtisas istiqamətlərində Ümumi fizika kursunun tədrisini həyata keçirir. Kafedranın  tədris  etdiyi fənlər,  yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən azərbaycan və rus  dillərində tədris  olunur.

Fakültəni indiyə qədər 4 mindən çox mütəxəssis bitirınişdir. Məzunlar arasında  respublikamızın  tanınmış ziyalıları  Mehdi Əliyev, Abasqulu Abaszadə, Xanməmməd Mirzəyev, Həsən Abdullayev, Sədi İmanov, Bahadur Tağıyev, Abdulla Mehrabov, Behbud Şəfizadə, Bəhram Süleymanov, Əlif Əhmədov, Məbud İsmayılov, Baba Haqverdiyev, Zahid Qaralov, Yusif  Əsədov, Cavad Abdinov, Oktay Rəcəbov, Fikrət İsmayılov, Əbülfət Rüstəmov, Tofiq Məmmədov, Fikrət İsayev və digərləri vardır.

FAKÜLTƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

Fakültənin nəzdində 3 kafedra – “Ümumi fizika”, “Fizikanın tədrisi texnologiyası”, “Əməyin texnologiyası” kafedrası və çoxsaylı  tədris  labo-ratoriyaları fəaliyyət göstərir.  Fakültənin professor-müəllim heyətinin tərkibində 9 nəfər elmlər dok­toru, o cümlədən 5 professor, 4 nəfər  elmlər dok­toru dosent,  20 nəfər fəlsəfə  doktoru, dosent, 1 nəfər elmi dərəcəsiz dosent, 2 nəfər fəlsəfə  doktoru -baş müəllim, 9 nəfər elmi dərəcəsiz başmüəllim, 4 nəfər elmi dərəcəsiz  müəllim, beləliklə, professor-müəllim  heyəti - 45 nəfər, laboratoriya müdiri - 6 nəfər, böyük laborant - 13  nəfər,  laborant - 3  nəfər, tədris ustası - 1,  tədris-köməkçi heyət isə - 24 nəfərdir. Ümumi dərs yükü 9069 (ümumi fizika) +1421(magistratura =963+458), 7181(fiz. təd. texnologiyası) + 8712 (Əməyin texnologiyası)= 26383saatdır.

Hazırda fakültənin bakalavr pilləsində  621 nəfər tələbə,  magistr pilləsində 40 nəfər magistr təhsil alır. Onlardan "Fizika müəllimliyi" ixtisası üzrə  351 nəfər, "Texnologiya müəllimliyi"  ixtisası üzrə 259 nəfər (onlardan 610 nəfərəyani, 11 nəfər qiyabi) təşkil edir.  Fakültədə hazırda fəsəfə doktoru proqramı üzrə 3 nəfər doktorant və 2 nəfər dissertant, elmlər doktoru proqramı üzə 1 nəfər doktorant  vardır. Bakalavriat pilləsində tələbələr iki ixtisasa: "Fizika müəllimliyi"  və  “Texnologiya   müəllimliyi" (əyani və qiyabi), "Fizikanın tədrisi metodikası" ixtisası üzrə magistratura, "Yarımkeçiricilər fizikası", "Molekulyar və istilik fizikası", "Fizikanın tədrisi metodikası və metodologiyası" və "Bərk cisimlər  fizikası" ixtisasları üzrə doktorluq səviyyəsində mütəxəssislər hazırlanır. Bakalavr və magistrlərin yüksək ixti­sas­lara yiyələnmələri üçün fakültədə hər cür şərait yaradılmış, yüksəkixtisaslı pro­fessor-müəllim heyəti var gücü ilə çalışır. Aparılan işlər, keçirilən çoxsaylı təd­bir­lər onların elmlərə yiyələnməsinə, gənc bir müəllim kimi formalaşmasına xidmət edir. Hər bir gəncin elmi yaradıcılıqla məşğul olması üçün lazımi şərait yara­dılmışdır.

Bu gün fakültəmizin beynəlxalq əlaqələri gün – gündən genişlənir. Əməkdaşlarımız beynəlxalq konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edirlər. Elmi nailiyyətlərimizin beynəlxalq arenaya çıxmasında Azərbaycan Dövlət  Pedaqoji Universitetinin keçirdiyi beynəlxalq konfrans və simpoziumların imkanlarından qədərincə faydalana bilirlər.

Fizika fakültəsinə:

  • dos. Əlisa Əhmədov (1971-1975)
  • prof. Ələkbər Kərimov (1975-1981)
  • prof. Kamal Hüseynov (1981-1984)
  • dos. Mikayıl Əliyev (1984-1987)
  • prof. Edil Eyvazov (1988-1989)
  • prof. İsgəndər Cəfərov (1989-1995) rəhbərlik etmişlər.
  • Fizika fakültəsinə 1996-cı ilin mart ayından 2016-cı ilə qədər professor Mirzəli Murquzov rəhbərlik edib.
  • Fizika fakültəsinə 2016-cı il noyabr ayından fizika-riyaziyyat elmləri namizədi Arzu Daşdəmirov rəhbərlik edir.

Strukturu

  • Fizika müəllimliyi
  • Texnologiya müəllimliyi

Magistr ixtisasları

  • Fizikanın tədrisi metodikası
  • Texnologiya fənninin tədrisi metodikası və metodologiyası

Doktor ixtisasları

  • Yarımkeçiricilər fizikası
  • Molekulyar və istilik fizikası
  • Fizikanın tədrisi metodikası və metodologiyası
  • Bərk cisimlər fizikası

Statistik göstəricilər

  • Fakültəni indiyə qədər 4 mindən çox mütəxəssis bitirınişdir
  • Hazırda fakültənin bakalavr pilləsində 834 tələbə757 nəfər əyani şöbədə (bunlardan 3 nəfəri əcnəbi vətəndaşdır)
  • Dövlət sifarişi 347
  • Ödənişli 410
  • Magistr pilləsində 40 nəfər magistr
  • Elmi-pedaqoji kadrlar
  • 5 elmlər doktoru, professor
  • 28 fəlsəfə doktoru, dosent
  • 7 fəlsəfə doktoru, baş müəllim
  • 11 baş müəllim
  • 10 müəllim

İnformasiya yardımı

  1. Fizika və texnologiya fakültəsi Mövcüd vəziyyət, görülən işlər və inkişaf perspektivləri, 20 dekabr 2017-ci il

Test bankı