шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Əməyin texnologiyası kafedrası

Fizika üzrə fəlsəfə doktoru, dosent

Fizika və texnologiya fakültəsinin “Texnologiya və onun tədrisi metodikası” kafedrasının dosenti.

Qısa bioqrafik məlumat

Mustafayev A.Ə. 01.10.1955-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Akaurt kəndində anadan olmuş, 1972-ci ildə həmin kənd orta məktəbini tərifnamə ilə bitirmişdir. 1976-cı ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Fizika fakültəsini bitirmişdir. Evlidir.İki övladı var.

Təhsili və elmi dərəcəsi

Mustafayev A.Ə. 1983-87-ci illərdə indiki ADPU-nun Mexanika molekulyar fizika kafedrasının dissertantı olmuş, 1989-cu ildə Tbilisi Dövlət Universitetində ”Fe1-xZnxCr2S4(o≤x<1) bərk yarımkeçirici maddəsində yük köçürmə mexanizmi və mübadilə qarşılıqlı təsirin dəyişmə xarakteri” mövzusunda dissertasiya müdafiə edərək,fizika – riyaziyyat üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyəti

1976-77-ci illərdə Daşkəsən rayonunun 1 saylı orta məktəbində fizika müəllimi işləmiş, 1977-78-ci illərdə hərbi xidmətdə olmuşdur. 1979-cu ildən ADPU-nun “Elektroradiotexnika” kafedrasında tədris ustası, laboratoriya müdiri, müəllim, baş müəllim vəzifələrində işləmiş, 2011-ci ildən həmin kafedranın dosenti olmuşdur .2001-2009-cu illərdə Mühəndis- pedaqoji və bədii qrafika fakültəsinin dekan müavini, 2009-2015-ci illərdə həmin fakültənin dekanı vəzifəsində işləmişdir.2014-2015-ci ildə “ Ümumi texniki fənlər” kafedrasının dosenti, 2016-cı ildən isə “Texnologiya və onun tədrisi metodikası” kafedrasının dosentidir.

Mustafayev A.Ə. 44 elmi əsərin, o cümlədən 10 dərs vəsaitinin və 8 fənn proqramının müəllifidir.

Apardığı dərslər : Elektron sistemlərində ölçmələr ,Elektrotexnika,Radiotexnika

Tədqiqat sahəsi

Maqnit yarımkeçiricilərinin alınması, elektrik və maqnit xassələrinin tədqiqi.