шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Əməyin texnologiyası kafedrası

 

“ Texnologiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi

Qısa bioqrafik məlumat

• 05 aprel 1962-ci il Şuşa rayonu Şirlan kəndində anadan olmuşdur.

• Ailəlidir.Üç övladı var

Təhsili və elmi dərəcəsi

•Ali təhsillidir

• 1979-cu ildə orta məktəbi bitirmişdir.

•1980-1985-ci illərdə Sovet Azərbaycanının 60-illiyi adına Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş,1985-ci ildə İnstitutu “Riyaziyyat əlavə fizika ” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

•ADPU-nun dissertantıdır.

• ADPU –nun 04.10.2012- ci il tarixli 1/619 saylı əmri ilə”Müəllimlər günü “ münasibətilə “Təşəkkür” elan edilmişdir.

• ADPU –nun 02.10.2014 cü il tarixli 1/640 saylı əmri ilə”Müəllimlər günü “ münasibətilə “Fəxri fərman” ilə təltif edilmişdir.

•“Gələcək üçün Təhsil” kursunun sertifikatını almışdır.

• ADPU-nun Elmi Şurasının 2013-cü il 28 fevral tarixli qərarı ilə 2011/2012-ci tədris ilində dəqiq və təbiət elmləri üzrə “İlin müəllimi” müsabiqəsinin qalibi (1-ci yer), 2015-ci il 12 fevral tarixli qərarı ilə 2013/2014-cü tədris ilində dəqiq və təbiət elmləri üzrə “İlin müəllimi” müsabiqəsinin qalibi (3-cü yer) olmuşdur.

Əmək fəaliyyət

•1985-1988-ci illərdə Şuşa rayon Xanalılar kənd orta məktəbində əvvəlcə fizika müəllimi, sonra isə dərs hissə müdiri vəzifələrində çalışmışdır

•1988-1991-ci illərdə Şuşa rayon Gənc Texniklər Stansiyasının direktoru olmuşdur.

•1992-1993-cü illərdə N.Tusi adına ADPU-nun Şuşa filialının “Riyaziyyat” fakültəsində baş laborant vəzifəsində fəaliyyət göstərmişdir.

•1993-cü ildən ADPU-nun Şuşa filialında müəllim,1995-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir.

•1996-2003-cü ilə qədər ADPU-nun Şuşa filialının “Riyaziyyat” fakültəsinin dekanı vəzifəsində işləmişdir.

•2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Elektroradiotexnika “ kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışmış,2009-cu ildə həmin kafedraya tam ştat baş müəllim vəzifəsinə təyin olunmuşdur.

• 2009-cu ildən hal- hazıra kimi baş müəllim vəzifəsində fəaliyyət göstərir.

Tədris etdiyi fənlər:

•Avtomatikanın əsasları

•Elektron texnologiyalarından istifadənin əsasları

Elmi əsərləri:

• 4 dərs vəsaitinin, 6 metodik vəsaitin, 10 proqramın,10 tezisin,13-dən çox elmi məqalənin müəllifidir.

Tədqiqat sahəsi:

• Şpinel qurluşlu maqnit yarımkeçiricilər.

Beynəlxalq seminar,simpozium və konfranslarda iştirakı:

• Müəllim hazırlığında elmi və texnoloji innovasiyalar. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri” Beynəlxalq Simpozium

3-4 may 2013-cü il,Bakı