шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Əməyin texnologiyası kafedrası

 "Texnologiya və OTM“ kafedrasının dosenti.

Qısa bioqrafik məlumat:

* 12 iyun 1956-cı ildə Tovuz rayonunda anadan olub.

* Ailəlidir. İki övladı var.

Təhsili, elmi dərəcəsi və elmi adları:

* Ali təhsillidir. 1970-cü ildə Bakı şəhəri 8 nömrəli internat məktəbini bitirmişdir. 1974-1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) “Ümumi texniki fənlər və fizika” ixtisası üzrə təhsil almışdır. 1983-1987-cu illərdə ADPU-nun “Ümumi texniki fənlər” kafedrasının qiyabi aspirantı olmuşdur. 1990-cı ildə AMEA-nın DNQJPİ-də “Neft yataqlarının işlənməsində hidrotermodinamik hesabat modellərinin əsaslandırırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2011- ci ildə “Maşınşünaslıq” kafedrası üzrə dosent elmi adı almışdır.

Əmək fəaliyyəti:

* 1979-1982 -ci illərdə ADPU-nun “Ümumi texniki fənlər” kafedrasında böyük laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, 1982-1990-cı illərdə həmin kafedrada laboratoriya müdiri, 1991-1993-cü illərdə müəllim, 1993-2005-ci illərdə “Maşınşünaslıq” kafedrasında baş müəllim, 2005-2013-cü illərdə “Maşınşünaslıq” kafedrasının müdiri, 2013-2016-cı illərdə “Ümumi texzniki fənlər kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərmiş, 2016-cı ildən hal-hazıra kimi "Texnologiya və OTM“ kafedrasının dosentidir.

Hansı fənlər üzrə dərslər aparır:

* Qrafika.

* Tətbiqi mexanika və sair texniki fənləri tədris edir.

Elmi yaradıcılığı:

* 38 elmi əsərin, o cümlədən, 2 monoqrafiyanın, 2 dərs vəsaitinin, 5 metodik vəsaitin, 12 fənn proqramının müəllifidir.

Elmi-tədqiqat sahəsi:

* Məsaməli mühitdə neftin süzülməsinin hidrotermodinamiki tədqiqi.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı:

* Neft sənayesi nazirliyi mütəxəssis və gənc alimlərin ümumittifaq elmi – texniki

konfransı, Aşxabad, 1989.

* II Respublika elmi konfransı, Bakı, 1997.

Seçilmiş əsərləri:

* “Lay və mayenin qeyri – xətti elastiki xassələrinin süzülməsinin xarakterinə təsiri

haqqında” Az.SSREA xəbərləri, Yer elmləri seriyası, 1986, № 5.

* “Məsaməli mühitdə neftin qeyri – izotermik süzülməsinin ekspremintal tədqiqi”

Az.SSREA xəbərləri, Yer elmləri seriyası, 1989, № 5.

* “Neft və qaz kondensat quyuların hidrotermodinamiki tədqiqat məlumatlarının

kompleks interpretasiya üsullarının hazırlanması” Bakı, Elm, 2009.