шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Fiziologiya kafedrası

Biologiya üzrə fəlsəfə doktoru,dosent

Qısa bioqrafik məlumat

05.07.1940-cı ildə Yevlax şəhərində anadan  olmuşdur.

 1958-cıi ildə orta məktəbi əla  qiymətlərlə bitirmişdir.

Təhsili, elmi dərəcəsi və elmi adı

1963-cü ildə indiki  Pedaqoji Universitetin “Biologiya,kimya və kənd təsərrüfatı əsasları”  fakültəsini  bitirmişdir.1967-1970 -ci ildə ADPU-nun İnsan və heyvan fiziologiyası ixtisası üzrə aspiranturanı oxumuşdur. 1995-ci ildə sahəsi “Fotal rentgen  şüalanmanın mədənin Radiohəssaslığına  təsiri və  sinir sistemi vasitəsilə  tənzimi” mövzusunda namizədlik müdafiə etmişəm,2000-ci ildə dosent adını almışdır.

Əmək fəaliyyəti

1965-ci ildə konkursdan kecərək 1966- cı ilə qədər” VODQO”İnstitutunun  Bakı filialında  kimya laboratoriyasında elmi işçi  işləmişəm.

1970-1975-ci  ildə İnsan və heyvan fiziologiyası kafedrası nəzdində  “Problem laboratoriyası” na kiçik   elmi  işçi  vəzifəsinə qəbul olunmuşam.

1975-1979-cu ilə qədər  Məktəb Gigiyenası  kafedrasinda müəllim ,baş müəllim  vəzifəsində çalışmışam.

 1992-ci ildən  bu günə qədər İnsan və heyvan  fiziologiyası  kafedrasında baş müəllim işləyirəm.

2000-ci ildən dosent  vəzifəsində fəaliyyətimi davam etdirirəm.

Tədqiqat sahəsi

Fotal rentgen  şüalanmanın mədənin Radiohəssaslığına  təsiri və  sinir sistemi vasitəsilə  tənzimi

Tədris etdiyi fənnlər

Biofizika, Uşağın anatomiyası və fiziologiyası, Qan və qan dövranının fiziologiyası, İnsan və heyvan fiziologiyası, Yaş fiziologiyası

     Elmi konfranslarda, simpoziumlarda iştirakı

1. Rentgen şüalanmanın mədə toxumalarının müxtəlif şöbələrindəki nuklein turşuları mübadiləsinə  təsiri və törətdiyi  histoloji dəyişikliklər. ADPU-nun prof-müəllim heyətinin ulu öndərimiz H.Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş IX elmi konfrans  materialları BDU 2010

2. Rentgen .üalanmasının mədədə maddələr mübadiləsinə təsiri və onunu tənzimində sinir sisteminin mövqeyiA.Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “ XXI əsrdə biologiyanın aktual problemləri” haqqında elmi konfrans,Bakı,BDU,2010

3. Radioaktiv maddələrin mədə toxumalarında nuklein turşuları mübadiləsinə təsiri və onların yaratdığı fəsadlar. ADPU-nun xəbərləri,Bakı,ADPU 2010№3

4. İonlaşdırıcı şüaların orqanizmi təşkil edən molekulyar sistemə təsirinin öyrənilməsi. ADPU-nın prof.müəllim heyətinin X elmi konfransının materialları.Bakı, ADPU-2012

5. Vaqotomiyanın şüalanmadan əvvəl və sonrakı mühitdə mədənin müxtəlif nahiyyələrində nuklein turşuları mübadiləsinin gedişi. ADPU-nın prof.müəllim heyətinin X elmi konfransının materialları.Bakı, ADPU-2012

6. Azan sinirin kəsilməsi və radioaktiv izotop şəraitində mədə toxumalarında gedən nuklein turşuları mübadiləsi və sitoloji dəyişikliklər. ADPU-nun xəbərləri,Bakı,ADPU 2010№2

7. Serotonin sintez edən nüvənin söndürülməsi şəraitində serotonin törədicisinin sensomotor və görmə beyin qabığının bioelektrik potensiallarına təsirinin müqayisəli analizi. ADPU-nun xəbərləri,Bakı,ADPU 2012№2

8. Noradrenalin sintez edən törəmənin söndürülməsi şəraitində noradrenalin törədicisinin sensomotor potensiallarına təsiri. ADPU-nun xəbərləri,Bakı,ADPU 2012№4

9. Şov nüvəsinin koaqulyasiyası şəraitində 5-OTF-in beyin qabığının proyeksion sahələrinə krosskorrelyasion analizi. ADPU-nın prof.müəllim heyətinin X elmi konfransının materialları.Bakı, ADPU-2012

10. Mədə fəaliyyətinin sinir sistemində rentgen şüalarından asılı olaraq əmələ gətirdiyi dəyişikliklərBDU-nun Biologiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş “Eksperimental biologiyanın inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfransının materialları (19-20 dekabr), Bakı-2014

11. Hipotalamusun qıcıqlandırılmasının beyin qabığı yaratma potensiallarına təsiri. BDU-nun Biologiya fakültəsinin 80 illik yubileyinə həsr olunmuş “Eksperimental biologiyanın inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfransının materialları (19-20 dekabr), Bakı-2014

Kitablar

Dərs vəsaiti:  Biofizikadan laboratoriya məşğələləri 2015