шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Məktəbəqədər təhsilin pedaqogikası kafedrası

Məktəbəqədər təhsilin pedaqogikası kafedrası

 

 

 

 1.İlyasov Müseyib kaf m prof  2.Əliyeva Şəhla Professor  3.Vəliyeva Zenfira dos  5.zeynalova zərifə dos 6.Baxışova Şərafət Dosent  7.sadıqova təranə dos 
 İlyasov Müseyib
Kafedra müdiri
Professor
 Əliyeva Şəhla
Professor
 Vəliyeva Zenfira
Dosent
Zeynalova Zərifə
Dosent 
 Baxışova Şərafət
Dosent
Sadıqova Təranə
Dosent 
8.sadıqova sona dos 11.əhmədova almaz b.m 12.əliyeva sədaqət b.m pervin   9.həsənova pərişan dos  13.abdullayeva səidə b.m
 Sadıqova Sona
Baş müəllim
Əhmədova Almaz
Baş müəllim 
 Əliyeva Sədaqət
Baş müəllim
Cəfərova Pərvin
Baş müəllim
 Həsənova Pərişan
Baş müəllim
 Abdullayeva Səidə
Baş müəllim
 14.əliyeva nigar b.m      15.əliyeva vüsalə m 16.həsənova zəhra m  17.nəsibova könül m 
Əliyeva Nigar
Baş müəllim 
Məmmədova Xədicə
Baş müəllim
Şıxəliyeva Pərvin
Müəllim
 Əliyeva Vüsalə
Müəllim
Həsənova Zəhra
Müəllim 
 Nəsibova Könül
Müəllim
 17.Səmədova fəridə Müəl  18.məmmədova yeganə m  xalıdə  19.əhmədova nərgiz m   17.Kazımbəyli Şəhla lab 
Səmədova Fəridə
Müəllim
Məmmədova Yeganə
Müəllim
 Həmidova Xalidə
Müəllim
  Əhmədova Nərgiz
Müəllim
Şıxəliyeva Könül
Müəllim
Kazımbəyli Şəhla
Müəllim
     amxalova Laləzər b      
    Şamxalova Laləzar
Böyük laborant  
     

  

İş telefonu: +994 (0) 12 465 75 92

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

             Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: Bakı ş., Nəsimi r., Koroğlu Rəhimov 13

 

“Məktəbəqədər təhsilin pedaqogikası və metodikasıkafedrası tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikasıkafedrası 1968-ci ildən fəaliyyət göstərir. Məktəbəqədər təhsil-tərbiyə müəssisə-ləri üçün yüksək  ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müstəsna xidmətləri vardır. Kafedra 1968-ci ildə dosent Ə.Qədimbəyova (müdir), dos.N.Rüstəmova, dos.B.Paşayeva, müəllimlər  Z.Vəliyeva, S.Axundova, R.Mursaqulova, R.Şapiro,  S.Ələkbərova, Z.Quliyeva, X.Məmmədovadan ibarət tərkibdə yaradılmışdır.

Ötən illər ərzində kafedraya dos.Ə.Qədimbəyova (1986-1978), dos.N.Rüstəmova (1980-1989), dos.B.Paşayeva (1990-1999), dos.R.Mursaqulova (1999 – 2012) rəhbərlik etmişlər. 2013-cü ildən isə  kafedraya prof.M.İlyasov rəhbərlik edir.

Kafedranın inkişafında dos.Ə.Qədimbəyova, dos.N.Rüstəmova, dos.B.Paşayeva, dos.R.Mursaqulova, dos.Ş.Əliyeva, prof.M.İlyasov və başqalarının səmərəli xidmətləri olmuşdur.

Statistik göstəricilər

 25 nəfər professor– müəllim heyəti:

elmlər doktoru, professor -1 nəfər

elmlər doktoru -1 nəfər

fəlsəfə doktoru, dosent - 5 nəfər

 fəlsəfə doktoru, baş müəllim - 5 nəfər

 fəlsəfə doktoru, müəllim -1 nəfər

 elmi dərəcəsi olmayan baş müəllim -2 nəfər

 müəllim - 10 nəfər

2 nəfər böyük laborantdan ibarətdir.

 Elmi fəaliyyət

Kafedra əməkdaşları tədris işlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.Bununla yanaşı kafedrada  geniş elmi–tədqiqat işləri də aparılır. Elmi fəaliyyətin əsas istiqamətini  müasir dövrdə məktəbəqədər yaşlı uşaqların təhsilinin təkmilləşdirilməsi problemi əhatə edir. Kafedra əməkdaşları Universitetin digər pedaqogika və metodika kafedraları ilə, həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Universitetimizin filialları, və digər tədris və elmi–tədqiqat müəssisələri ilə geniş yaradıcılıq əlaqəsi saxlayırlar. Aparılan elmi–tədqiqat işlərinin nəticələri respublikada və bir sıra xarici ölkələrin nüfuzlu nəşrlərində çap olunur.

Kafedra fəaliyyət göstərdiyi müddətdə kafedra üzvləri məktəbəqədər yaşlı uşaqların təhsil və tərbiyəsinin mühüm problemlərinə dair xeyli tədqiqatlar aparmış, elmlər doktoru və  fəlsəfə doktorluğu dissertasiyaları müdafiə etmiş,  kitab və kitabçalar nəşr etdirmişlər.  Kafedranın fəaliyyət göstərdiyi  illər ərzində 2 nəfər elmlər doktorru, 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Son 5 ildə kafedra üzvlərinin  5 monoqrafiya və 80-dən çox elmi məqaləsi nəşr olunmuşdur.

Tədris işi

Tədris olunan fənlər

Bakalavriat səviyyəsi  üzrə

Məktəbəqədər təlim və tərbiyə

Pedaqogika

Texnologiya və onun tədrisi metodikası

Məktəbəqədər pedaqogika

Nitq inkişafı metodikası

Uşaq bağçasında fiziki tərbiyə

Ətraf aləmlə tanışlığın metodikası

Məktəb təliminə hazırlığın əsasları

Sosial pedaqogika

Pedaqoji təcrübə

Seçmə fənlər

I  Blok      1. M/q. təhsildə müasir pedaqoji texnologiyalar və innovasiyalar

  1.     2. Uşaq hüquqlarının müdafiəsi və sağlamlığının qorunması

II Blok     1.  Etnopedaqogika

  1.    2. Xalq pedaqogikasında məktəbəqədər tərbiyə məsələləri

III  Blok  1.M/q. yaşlı uşaqların sosial-mənəvi inkişafı

  1.   2. M/q. yaşlı uşaqların emosional- mənəvi inkişafı

IV Blok   1.  Məktəbəqədər pedaqogika tarixi

  1. 2. Azərbaycanda məktəbəqədər təhsilin inkişaf tarixi

V  Blok   1. Məktəbəqədər  yaşlı uşaqların mədəni-asudə vaxtının təşkili

  1. 2.  Ailədə milli tərbiyə məsələləri

V Blok    1.İntellektual oyunlar vasitəsilə uşaqların nitqinin inkişaf etdirilməsi

VI Blok  1.Ətraf mühit amillərinin sağlamlığa təsiri

VI Blok  1. Müəllim və tərbiyəçinin pedaqoji ustalığı

  1. 2. Tərbiyəçi işinin nəzəri və tətbiqi xüsusiyyətləri

 VII Blok  1. Məktəbəqədər təhsil müəssisələrinə rəhbərlik

  1.    2. Məktəbəqədər yaşlı uşaqların estetik inkişafı

 VII Blok  1.Uşaq əməyinin təşkilinin didaktik məsələləri

 VIII Blok 1. Tərbiyə işinin təşkili metodikası

  1. 2. Əqli tərbiyə və əqli inkişaf məsələləri

Təhsildə sosial psixoloji xidmət

Pedaqogika

Sosial pedaqogika

Sosial iş

Sosial pedaqogika

Seçmə fənn Blok 3. Çətin tərbiyə olunan uşaqlarla iş.

Magistratura

Məktəbəqədər təhsilin müasir problemləri

M/q. təhsilin tarixi və metodologiyası

AMMEF ( Sosial pedaqogikanın aktual problemləri)

Məktəbəqədər yaşlı uşaqlarla təlim və tərbiyə işinin metodikası

Nitq inkişafı tədrisi metodikasının  aktual problemləri

Ətraf aləmlə tanışlığın tədrisi metodikasının aktual problemləri

Texnologiya fənninin tədrisi metodikasının aktual problemləri

Valeoloji təhsilin aktual problemləri

Tədris elmi-pedaqoji təcrübəsi

Elmi-tədqiqat təcrübəsi

  1. I. Blok 1. Məktəbəqədər təhsildə kurikulum islahatı
  2.  2. Məktəbəqədər təhsildə dünya təcrübəsi
  3. II. Blok 1.Məktəbəqədər yaşlı uşaqların sosial-əxlaqi tərbiyəsi məsələləri
  4. 2. Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial inkişafı

III. Blok  1. M/q. təhsil müəssisələrində öyrənmə və idrak fəaliyyəti

  1. 2. M/q. təhsil müəssisələrində bədii-estetik fəaliyyət
  2. IV. Blok 1. M/q. təhsildə müasir pedaqoji texnologiyalar
  3. 2.  Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsi

Kafedra əməkdaşları fakültənin bakalavriat və magistratura pillələrində yüksək səviyyədə mühazirələr oxuyur, seminar və praktik məşğələlər aparırlar.

Kafedda üzrə hər iki səviyyə üzrə tədris planında verilən bütün fənlər üçün tədris proqramları hazırlanmış və təsdiq edilmişdir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: “Pedaqogika”;  “Məktəbəqədər pedaqogika”; Nitq inkişafı metodikası”; “Sosial pedaqogika”; “Məktəbəqədər pedaqogika tarixi”; “Ətraf aləmlə tanışlığın metodikası”; “Fiziki tərbiyənin tədrisi metodikası”,”Məktəbəqədər təhsil müəssisələrində öyrənmə-idrak fəaliyyəti”, “Məktəbəqədər təhsilin müasir problemləri”, “Məktəbəqədər yaşlı uşaqların sosial-mənəvi inkişafı”, “Ailədə milli tərbiyə məsələləri” və s.

Proqramlara uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması sahəsində xeyli işlər görülmüşdür. Nümunə kimi Prof.M.İ.İlyasovun “Müəllimin pedaqoji ustalığı” (2013), “Pedaqoji peşəkarlıq və müəllim  şəriştəliliyinin müasir problemləri” (2018),  Dos.R.Mursaqulova və dos.Ş.Əliyevanın “Bağça yaşlı uşaqların təbiətlə tanış edilməsi” (1993), dos.Ş.Əliyevanın “Məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsi” ( 2008), Dos.R.Mursaqulova və  N.Rüstəmovanın “Məktəbəqədər pedaqogika” (2010), Dos.Ş.Əliyevanın “Məktəbəqədər təhsilin aktual problemləri” (2010), dos.R.Mursaqulova və dos.S.Cəmilzadənin  “Kiçik məktəblilərdə və bağça yaşlı uşaqlarda əxlaqi keyfiyyətlər tərbiyəsi” (1995), dos.N.Rüstəmovanın “Məktəbəqədər pedaqogika tarixi (2004), dos.Z.Vəliyevanın “Məktəbəqədər yaşlı uşaqlarda əxlaq tərbiyəsi” (1993), b/m S.Əliyevanın “Ustadnamə” (2002), “Xalq pedaqogikasında tərbiyə məsələləri”(2016),   dos.N.Rüstəmova və dos.Z.Zeynalovanın “Məktəbəqədər yaşlı uşaqların sadə riyazi təsəvvürlərin formalaşması” (1994), Dos. T.Sadıqovanın “Uşaq bağçasının böyük qrupunda fiziki mədəniyyət məşğələləri” (2009), “Məktəbəqədər pedaqogikaya dair icmal və sxemlər” (dərs vəsaiti, 2010), kimi əsərləri göstərmək olar.

Xarici əlaqələr

Kafedra əməkdaşları hazırda  bir sıra yaxın və uzaq xarici ölkələrlə elmi-pedaqoji əlaqə saxlayırlar. Bunların içərisində Rusiya, Türkiyə, Ukrayna kimi ölkələr xüsusi yer tutur.

Son 5 ildə kafedra əməkdaşlarının əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nəşrlərində çap olunmuşdur.Prof.M.İ.İlyasovun Moskva, Kiyev, Samara, Səmərqənd, Dinepropetrovski, dos.Ş.Əliyevanın Moskva, Daşkənd, Alma–Ata, dos.Ş.Baxışovanın Volqoqrad,  T.Sadıqovanın Moskvavə Daşkənd, S.Sadıqovanın Moskva və Daşkənd şəhərlərində elmi məqalələri nəşr edilmişdir.Kafedra əməkdaşlarının bir neçəsi  Rusiyada, Ukraynada, Qazaxıstanda,    Özbəkistanda və bir sıra digər xarici ölkələrdə  elmi konfranslarda və seminarlarda məruzələrlə çıxış etmiş və onların məruzə tezisləri çap olunmuşdur.