Pedaqoji psixologiya kafedrası
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Qəhrəmanova Qızxanım Kafedra müdiri Dosent |
Baxşəliyev Ərəstun Professor |
Quliyev Edison Dosent |
Əzizov Qulam Dosent |
İsmayılova Mehriban Dosent |
Rəhimova Qəribə Dosent |
![]() |
![]() |
![]() |
![]() |
||
Heydərova Simnarə Dosent |
Əliyeva Zərifə Dosent |
Məmmədova Minəvvər Baş müəllim |
Səlimova Zenfira Baş müəllim |
Məmmədova Nigar Baş müəllim |
Əlixanova Gülnarə Baş müəllim |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
|
Nuriyeva Sveta Müəllim |
Mehdiyeva Kübra Müəllim |
Həsənquliyeva Könül Müəllim |
Mahmudova Aynur Müəllim |
Ağasıyeva Yaqut Müəllim |
Xudazadə Könül Müəllim |
Rüstəmova Zülfiyyə Müəllim |
Cəbrayılova Rəna Müəllim |
Dadaşova Qarifat Müəllim |
İş telefonu:
e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünvan: Bakı ş., Nəsimi r.,Koroğlu Rəhimov 13
Tarixi
Psixologiya kafedrası uzun müddət pedaqogika kafedrası ilə birgə fəaliyyət göstərmişdir. 1941-ci ilin iyul ayında (Ə.K.Zəkuyev, S.Hacıyev) fəaliyyətə başlayan psixologiya kafedrası həm institutda, eləcə də Azərbaycanda bu elmin inkişafına təkan vermişdi. Böyük Vətən müharibəsinin başlanması iləəlaqədar olaraq kafedra müvəqqəti olaraq fəaliyyətini indiki BDU-da davam etdirir. 1921-ci ildə fəaliyyətə başlayan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk illərdə psixologiya ixtisasıüzrə milli kadrlar olmadığına görə instituta xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Belarusiyadan və s.) mütəxəssislər dəvət olunurdu. A.O.Makovelski, B.B.Komorovski, D.Q.Qulyayev, Ə.K.Zəkuyev, Muhiddin, M.Tofiq və başqalarını buna misal göstərmək olar.
Yaş və pedaqoji psixologiya kafedrasının inkişaf tarixindən danışarkən A.O.Makiovelski, Ə.K.Zəkuyevin adlarını xüsusilə qeyd etmək lazımdır. 1942/43 - cü tədris ilindən başlayaraq kafedra yenidən V. İ. Lenin adına APİ-də fəaliyyət göstərməyə başlayır. Bu dövrdə M.M.Məhərrəmov, M.Hacıyev, M.Mustafayeva həmin kafedranın əməkdaşları olmuşlar.
XX əsrin 50–ci illərinə qədər Azərbaycanda yetişən milli psixoloji kadrlar məhz bu alimlərin adı ilə bağlıdır. Sonralar Azərbaycanda görkəmli mütəxəssis alim kimi fəaliyyət göstərən M.Məhərrəmov, Ş.Ağayev, Ə.Bayramov, Ə.Əlizadə, M.Həmzəyev və başqaları bu alimlərin köməyi ilə psixoloq kimi formalaşmışlar.
1947/48 - ci tədris ilində indiki ADPU-da Azərbaycan dili, məntiq - psixologiya şöbəsi açılır. Bu şöbənin açılması psixologiya sahəsindəəlamətdar hadisə oldu. Bir çox görkəmli alimlər (M.Həmzəyev, A.Məmmədov, Ə.Abdullayev) həmin şöbənin məzunları olmuşlar.
Sonrakı illərdə universitetdə pixologiyanın tədrisində, həm də bu sahəüzrə kadr hazırlığına A.Makiovelskinin, 1921-ci ildə Türkiyənin İstanbul Universitetinin psixologiya - fəlsəfəşöbəsini bitirib Bakıya gələn A.K.Zəkuyevin böyük təsiri olmuşdur.
1959-cu ildən psixologiya kafedrası yenidən pedaqogika kafedrası ilə birləşir. Ə.K.Zəkuyev isə Azərbaycan Elmlər Akademiyasının fəlsəfəşöbəsinə işə təyin olunur. Bu vəziyyət 1963-cü ilə qədər davam edir.
1963/64-cü tədris ilindən kafedra yenidən müstəqil fəaliyyətə başlayır. Kafedraya 1963-cü ildən 1975-ci ilə qədər Ş.Ağayev rəhbərlik etmişdir.
M.Əbdülov, İ.Məmmədov, Ə.Baxşəliyev, Z.Orucov və başqaları həmin kafedrada Ş.Ağayevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparmışlar.
1974 - cü ildə həmin kafedra əsasında iki - (1 saylı və 2 saylı) psixologiya kafedrası təşkil edilmişdir. Kafedralar 1996-cı ilə qədər bu adda fəaliyyət göstərmişdir. 1996-cı ildə Universitetin elmi şurasının qərarı ilə kafedranın adları dəyişdirilərək ümumi psixologiya, yaş və pedaqoji psixologiya adlandırılmışdır. 1975-ci ildən bu günə qədər ümumi psixologiya kafedrasına prof. Ə.Ə.Əlizadə rəhbərlik edir. Yaş və pedaqoji psixologiya kafedrasına 1974-cü ildən 1988-ci ilə qədər dos. Z.Mehdizadə, 1988-ci ildən 1992-ci ilə qədər isə prof. Q.Əzimli rəhbərlik etmişdir. 1992-ci ildən kafedraya prof. Ə.T.Baxşəliyev rəhbərlik edir.
Kafedranın əməkdaşı Ə.T.Baxşəliyev Dövlət Uniersitetində psixologiya üzrə ixtisaslaşdırılmış dissertasiya şurasının üzvüdürlər
Statistik göstəricilər
17 nəfər professor - müəllim heyəti
1 nəfər elmlər doktoru, professor
6 nəfər fəlsəfə doktoru, dosent
4 nəfər baş müəllim
6 nəfər müəllim
2 nəfər tədris köməkçi heyət çalışır.
1 nəfər büyük laborant
1 nəfər laborant
Elmi fəaliyyət
Yaş və pedaqoji psixologiya kafedrasının elmi işlərinin istiqaməti əsasən təlim - tərbiyə prosesindəşagird şəxsiyyətinin formalaşması, Azərbaycanda psixoloji fikrin inkişaf problemləri, psixikanın anomal inkişaf məsələləri, Azərbaycanda güzəran psixologiyası tədqiqindən ibarətdir.
Son illərdə kafedrada yüksək ixtisaslı psixoloji kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Belə ki, 5 nəfər psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Kafedrada hal – hazırda 4 nəfər doktorant fəaliyyət göstərir. Bu kafedra üzrə 300 – dən çox məqalə və tezis, elmi kütləvi əsərlər nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.
Tədris işi
Tədris olunan fənlər
Təhsildə sosial psixoloji xidmət |
Eksperimental psixologiya |
Uşaq psixologiyası |
İnkişaf və yaş psixologiyası |
Təhsildə sosial psixoloji xidmət və psixoloji praktikum |
Pedaqoji psixologiya |
Klinik psixologiya |
Etno psixologiya |
Psixopedaqogika |
Psixodiaqnostika və psixokorreksiya |
Psixofizialogiya |
Psixologiyanın tədrisi metodikası |
Seçmə fənnlər |
Təhsildə psixoloji xidmətin aktual psixoloji məsələləri |
Psixologiya tarixi |
Psixoterapiya vəpsixokorreksiya |
Məktəbəqədər təlim və tərbiyyə |
Pixologiya |
Uşaq psixologiyası |
Pedaqoji psixologiya |
Korreksiyaedici təlim |
Psixologiya |
İnkişaf və yaş psixologiyası |
Psixodiaqnostikanın əsdasları |
İbtidai sinif müəllimliyi |
Psixologiya |
Texnologiya müəllimliyi |
Psixologiya |
Bədii qrafika və musiqi müəllimliyi |
Psixologiya |
Cografiya müəllimliyi |
Psixologiya |
Təhsildə sosial psixoloji xidmət ( AMİ ) |
Seçmə fənn. |
Azərbaycanda psixoloji fikir və elmi psixoligiya |
Magistratura. |
Psixodiaqnostika və psixokorreksiya |
Məktəbə psixoloji xidmətin xüsusiyyətləri |
Müasir psixologiyada şəxsiyyətin inkişaf problemləri |
Sosial psixoloji xidmətin tarixi və metodologiyası |
Pedaqoji psixologiya və psixopedaqogika |
İnkişaf psixologiyası |
Seçmə fənn. |
Seçmə fənn (Azərbaycanda psixologiyanın inkişaf tarixi) |
Kafedranın professor - müəllim heyəti bakalavə pilləsi üzrə psixologiya, pedaqoji, coğrafiya, pedaqoji musiqi, texnologiya müəllimliyi, bədii qrafika fakültələrindəümumi, yaş və pedaqoji psixologiya, uşaq psixologiyası, etnopsixologiya, psixologiya tarixi, psixodiaqnostika və s. üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada təhsildə-sosial psixoloji xidmət, pedaqoji psixologiya istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmışdır. Bütün fənlər üzrə tədris mövcud təqvim - tematik planlara uyğun aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır.Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.
Azərbaycanda psixoloji fikrin inkişafı” (Ə.T.Baxşəliyev, 1997), “Azərbaycanda psixoloji fikrin təşəkkülü, inkişafı və müasir vəziyyəti” (Ə.T.Baxşəliyev, 2007), “Azərbaycan milli mənəvi dəyərlərinin sosial psixoloji mahiyyəti” (Ə.T.Baxşəliyev, 2011), “Yaş və pedaqoji psixologiyanın inkişaf tarixi”, ”Psixologiyadan biblioqrafik göstəricilər” adlı əsərləri buna misal göstərmək olar.
“Uşaq şəxsiyyətyinin formalaşmasında Azərbaycan xalq nağılları və atalar sözlərinin rolu” (S.Heydərova), “Azərbaycan psixoloqlarının tədqiqatlarında milli-mənəvi dəyərlərimiz problemi və onun müasir vəziyyəti” (Q.Rəhimova) adlı dissertasiyalar məhz bu kafedrada hazırlanmışdır. Kafedranın dosenti Z.Əliyeva elmlər doktoru, dissertantlardan K.Həsənquliyeva, A.Mahmudova isə fəlsəfə doktoru dissertasiyalarıüzərindəçalışırlar.
Xarici əlaqələr
Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habeləİran, Türkiyə və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları iləəlaqə saxlamış, birgə elmi – tədqiqat işləri aparmışlar.
Kafedra əməkdaşlarıəldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.