шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Cəbr və həndəsə kafedrası

Əbdülkərimli Luğman Şəfaqət oğlu              

 ADPU-nun “Cəbr və həndəsə” kafedrasının  dosenti, riyaziyyat üzrə fəlsəfi doktor
 İş telefonu: +(994) 12  598 38 03

QISA BİOQRAFİK MƏLUMAT

Əbdülkərimli Loğman Şəfaqət oğlu 22 mart 1939-cu il tarixdə Nuxa rayonunun (indiki Şəki) Baş-Küngüt kəndində anadan olmuşdur. 1956-cı ildə Nuxa 10 saylı məktəbini bitirib.

TƏHSİLİ,  ELMİ  DƏRƏCƏSİ  VƏ  ELMİ  ADLARI

Ali təhsillidir. 1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir., 1967-ci ildə “Banax fəzasında operatorlu differensial tənliklər üçün Koşi məsələsinin həlli” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1978-ci ildən ADPU-nun dosentidir.

ƏMƏK FƏALIYYƏTİ

1961- ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun laborantı.

1962-1965-ci illərdən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspirantı.

1965-1968- ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi.

1969-1974-cü illərdə ADPU- nun  “Riyazi analiz” kafedrasının baş müəllimi.

1974-1978-ci illərdə ADPU –nun “Cəbr və ədədlər nəzəriyyəsi” kafedrasının baş müəllimi.

1978-ci ildən ADPU –nun “Cəbr və həndəsə” kafedrasının dosenti.

Apardığı dərslər: Cəbr, Orta məktəbdə ədədi sistemlərin əsaslar .

TƏDQİQAT SAHƏSİ

    70-dən cox elmi-metodik əsərin (14 əsəri xaricdə çap olunmuş), o cümlədən, 5 Koşi və sərhəd məsələlərinin həllinin varlığı və yeganəliyini göstərmişdir.

məsələlərinin requlyaritasiyası ilə məşğul olmuşdur.

  1. Evolyusiyalı Banax halqalarının bəzi funksional təsvirlərini öyrənmişdir.
  2. Elementar funksiyaların xətti operator və matris qiymətlərinin bəzi xassələrini öyrənmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. Funksional analiz və onun tətbiqlərinə aid AMEA-da keçirilən Beynəlxalq konfrans. 2011
  2. Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisinə aid problemlərə həsr olunmuş konfrans. Gənc Univ. 2008.
  3. Riyaziyyat müasir problemlərinə həsr olunmuş Beynəlxalq konfrans. Mahaçkala, 2008.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Bəzi involyusiyslı Banax cəbrlərinin funksional təsvirləri və elementlərin tərsinin varlığı şərtləri . ADPU- nun xəbərləri №1, 2009.
  2. Abstrakt parabolik tənliklər üçün bəzi korrekt olmayan Koşi məsələsinin requlyarizasiyasi, AMEA, Beynəlxalq konfrans materialları. BAKI,2011
  3. Sonlu ölçülü fəzada təsir edən xətti operatorun dərəcələrinə nəzərən qurulmuş çoxhədli ifadələrin bəzi xassələri, Azərb. Texn. Univ.xəbərləri. №3, 2011.
  4. Həqiqi ədədlər yarımqrupunun “Dekart quvvətinin bəzi xassələri” ADPU,  “Xəbərlər” Bakı 2016. Əbdülkırimli L.Ş.
  1. Корректности одного класса квазилинейных дифференциально-операторных уравнений. H.Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı pespublika elmi konfransının materialları. Bakı-2017
  2. Кооректность одного класса дифференциально-операторных уравнений. Дифференциальное уравнения  Т-37,№10. Москва 2017.

KİTABLAR.

  1. Cəbr və ədədlər nəzəriyyəsi, III Hissə  Bakı 1992                        117 s
  2. Cəbr və ədədlər nəzəriyyəsi, IV Hissə Bakı 1994                        119 s
  3. Cəbr və ədədlər nəzəriyyəsi kursu    Nurlan” N, Bakı 2008         560 s
  4. Cəbr kursu,dərslik Elm və Təhsil, Bakı 2011   447s