шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Cəbr və həndəsə kafedrası

Sadıxov Zahirəli Qafar oğlu

 ADPU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri, dosent, riyaziyyat üzrə fəlsəfə doktor
İş telefonu: +(994) 12  598 38 03                             

QISA BİOQRAFİK MƏLUMAT 

Sadıxov Zahirəli Qafar oğlu 1948-ci il iyun ayının 1-də Lerik rayonunun Blaband kəndində. 1966-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib.

Ailəlidir. İki qizi, bir oğlu var.

TƏHSİLİ,  ELMİ  DƏRƏCƏSİ  VƏ  ELMİ  ADLARI 

Ali təhsillidir. 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsini bitirmişdir.1979-cu ildə AMEA-nin Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına “Riyazi məntiq, cəbr və ədədlər nəzəriyyəsi” ixtisası üzrə qəbul olmuşdur. 1988 ci ildə “Bəzi topoloji fəzalarda kəsilməz funksiyaların iterativ və prediterativ cəbrlərinin bir sıra xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008- ci ildən dosent. 2012- ci ildən kafedra müdiridir.

ƏMƏK FƏALİYYƏTİ

1971-1977-ci illərdə Lerik rayonunun təhsil şöbəsinin müxtəlif orta məktəblərində riyaziyyat müəllimi kimi işləmişdir.

 1977-1995 ci illərdə AMEA-nın Riyaziyyat-Mexanika İnstitutunda mühəndis, böyük mühəndis, aspirant, aparıcı mühəndis, layihənin baş konstruktoru vəzifələrində çalışmışdir.

1995-2001-ci illərdə Bakı şəhəri, Nizami rayonu “Zəngi ” litseyində müəllim işləmişdir.

2001-ci ildən isə ADPU-nun “Cəbr və həndəsə” kafedrasında baş müəllim, dosent işləmişdir.

2012-ci ildən  “Cəbr və həndəsə” kafedra müdiridir.

Apardığı dərslər: Cəbr, Həndəsə, Qruplar nəzəriyyəsi,  Cəbri topologiya, Çoxölçülü həndəsə, Diferensial həndəsə. 

Hal-hazırda “Riyazi məntiq və ədədlər nəzəriyyəsi” ixtisası üzrə bir aspiranti var.

TƏDQİQAT SAHƏSİ.

Topoloji fəzalarda kəsilməz funksiyaların əmələ gətirdiyi müxtəlif cəbrlərin daxili strukturunun bəzi məsələləri.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. Научная конференция аспирантов Баки- 1982
  2. XII Всесоюзная Алгебраическая Конференция. Минск 1983 г.
  3. XIII Всесоюзная Алгебраическая Конференция. Кишинев 1985 г.
  4. Междинородная топологическая Конференция. Баку 1987.
  5. Riyaziyyat, mexanika və informatikanın müasir problemlərin beynəlxalq simpoziumu. Naxçıvan 2007.
  6. Fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq konfrans.Naxçıvan 2008.
  7. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun 50 illiyinə həsr olunmuş Beynəlxalq konfrans. Bakı 2009.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. St- универсальных множествах одноместных непрерывных функций. Материалы респ. науч. конференции Аспирантов 1 книга , Баку-1982
  2. O некоторых связях между I – отношениями и предитеративными алгебраминепрерывных функций. Депон. ВИНИТИ 4010-83, Москва 1983.
  3. 3.О плотных подалгебрах итеративных и предитеративных алгебр       непрерывныхфункций; Успех Математических Наук, т.39, 6(240) Москва. 1984;
  4. Evklid fəzalarında kəsilməz unar funksiyaların St- universal çoxluqları  haqqında; tezis; ADPU 63-cü elmi konfransın materialları IV buraxılış.. Bakı-2003,;
  5. О St универсальных множествах унарных непрерывных функций на Евклидовых пространствах; Pedaqoji universitetin xəbərləri , N1 Təbiət elmləri seriyası  , Bakı-ADPU-2004;
  6. Cəbrin doğruluğu çoxobrazlıya qoyulmuş məhdudiyyətlər daxilində funksional doluluq şərtlərinin  sadələşdirilməsi; Azərbaycan Dovlət Pedaqoji universitetinin xəbərləri. Təbiət elmləri seriyası. Bakı, ADPU 2006-cı il  N2..; Cabbarzadə V.
  7. Cəbrin əməlləri klonu və iterativ cəbrlər; Məqalə; Pedaqoji universitetin xəbərləri ,N6 Təbiət elmləri seriyası  , Bakı-ADPU-2010; Vəliyev R.A
  8. Xətti operatorlar yarımqrupunun altqruplara ayrılan altyarımqrupları haqqında; tezis;  Pedaqoji universitetin  xəbərləri , N3 Təbiət elmləri seriyası  , Bakı-ADPU-2011;
  9. Evklid fəzasında kompakt səthlərin xətləri fəzasının bir sıx altfəzası haqqında; tezis; ADPU-nun professor müəllim  heyyətinin X elmi konfransının  materialları.Bakı-ADPU 2012; 4s; G.A.Xudaverdiyeva
  10. Evklid kubunda yollar yarımqrupunun sıx alt yarımqrupu AMEA-nın 55 illik yubileyinə həsr olunmuş konfrans Bakı 2014.
  11. Universitetlərdə informatika və riyazi məntiq fənnlərinin tədrisi ardıcıllığının metodiki əsasları. Müəllim hazlrlama siyasəti və problemləri. V beynəlxalq konfrans. Bakı 02.05.2015. Səh. 201-202.
  12. Universitetlərdə informatika və riyazi məntiq fənnlərinin tədrisi ardıcıllığının metodiki əsasları. Evklid fəzasında yollar yarımqrupunun bəzi altqrupları. Müəllim hazlrlama siyasəti və problemləri. V beynəlxalq konfrans. Bakı 02.05.2015.Səh. 201-202.

 

KİTABLAR

  1. G.A.Xudaverdiyeva, Z.Q.Sadıxov. “Həndəsi qurmalardan və proyektiv həndəsədən mühazirələr.” Bakı, ADPU. 2010-cu il
  2. Z.Q.Sadıxov V.Cabbarzadə “Riyazi məntiq” Bakı 2015 ADPU nəşri