шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Cəbr və həndəsə kafedrası

Şeləmənov Aslan Şirin oğlu        

ADPU-nun “Cəbr və hə     ndəsə” kafedrasının baş müəllimi.         

İş telefonu: +(994) 12  598 38 03

QISA BİOQRAFİK MƏLUMAT 

Şeləmənov Aslan Şirin oğlu 1951-ci il 12 noyabr tarixində Qərbi Azərbaycanın Krasnoselo rayonunun Yanıqpəyə kəndində anadan olmuşdur.

1968-ci ildə Krasnoselo rayonunun Gölkənd kənd orta məktəbini bitirib.

Evlidir. Bir qızı, bir oğlu var.

TƏHSİLİ,  ELMİ  DƏRƏCƏSİ  VƏ  ELMİ  ADLARI

Ali təhsillidir. 1972-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) Riyaziyyat fakultəsini bitirib.

ƏMƏK FƏALİYYƏTİ.

1972-1977 ci illərdə  Xaçmaz rayonunda müəllim

1977-1982 ci illərdə Abşeron rayonunun Məhəmmədi kənd orta məktəbində müəllim işləmişdir.

1982-1998 ci illərdə ADPU-nin həndəsə kafedrasında baş laborantı işləmişdir.

1998-ci ildən Cəbr və həndəsə kafedrasında müəllim işləmişdir.

2009 cu ildən ADPU-nin Cəbr və həndəsə kafedrasında baş müəllim

Apardiği dərslər: Həndəsə, Proyektiv hənədəsə, Diferensial həndəsə.

TƏDQİQAT SAHƏSİ.

7 elmi metodik məqalələrin müəllifidir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. “Ali təhsilin bakalavr pilləsində İkitərtibli xətlərin öyrənilməsində orta məktəb riyaziyyat kursunda hazırlıq işi”. ADPU – nun professor – müəllif heyyətinin 61 – ci elmi konfransının materialları Bakı, ADPU 2001 – ci il buraxılış
  2.  “İkitərtibli səthlərin tədrisi haqqında”; Tezis; ADPU – nun müəllif heyyətinin H.Əliyevin anadan olmasının 87 – ci il dönümünə həsr olunmuş IX elmi konfransının materialları Bakı,ADPU 2010 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. “Riyaziyyat fənninin peşə hazırlığında rolu”; Məqalə; Pedaqoji, psixoloji elmlər seriyası Bakı, ADPU 1997 №1 Həmmüəllif İ.Ə.Vəliyev; səh.164 -166
  2. “İkitərtibli xətlərin kanonik tənliklərinə görə öyrənilməsi”; Məqalə; Pedaqoji universitetin xəbərləri Bakı, ADPU 2004 №4; səh. 9 – 10
  3. Ali Pedaqoji məktəblərin “Riyaziyyat və Riyaziyyat – İnformatika ixtisasları üzrə bakalavr pilləsində Həndəsə kursunda Kvadratik formalar” mövzusunun tədrisi metodikası ; Məqalə; Pedaqoji universitetin xəbərləri Bakı, ADPU 2009 №1. Həmmüəllif dos. P.Göyüşov; səh. 339 – 341
  4. “İkitərtibli səthlərin tədrisi haqqında”; Tezis; ADPU – nun müəllif heyyətinin H.Əliyevin anadan olmasının 87 – ci il dönümünə həsr olunmuş IX elmi konfransının materialları Bakı,ADPU 2010; səh. 132 – 133
  5. “Müstəvi üzərində psevdoevklid həndəsəsinin tədrisi haqqında” ADPU—nun90 illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları.2012.
  6. “Fəzada psevdoevklid həndəsəsinin tədrisi haqqında” Pedaqoji Universite xəbərləri. ADPU-2013.
  7. Bir sinif inteqral tənliklər sisteminin həlli üçün aprior qiymətləndirmə ADPU,BDU-nun xəbərləri 2016
  8. Bir sinif hiperbolik idarəetmə məsələsinin optimallığı üçün zəruri və kafi şərtlər “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda keçirilən  Beynəlxalq elmi konfransın materialları. Sumqayıt, SDU-2017, 25-26 may.
  9. Bir sinif inteqral tənliklər sisteminin həlli üçün aprior qiymətləndirmə ADPU-nun xəbərləri, 2017, c. 65, №2