шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Kompüter elmləri kafedrası

 Kompüter elmləri kafedrası 

   

6.dos.Mazanova Səadət   bülfət m  1.dos.Hümbətəliyev Rövşən  zem 4  5. dos.Cəlilova Rəhimə  9.dos.Tağıyev Hidayət
Mazanova Səadət
Kafedra müdiri v.i.e
Dosent
Pələngov Əbülfət
Professor
 Hümbətəliyev Rövşən
Dosent 
 Tağıyeva Zenfira
Dosent
 Cəlilova Rəhimə
Dosent
Tağıyev Hidayət
Dosent 
7.Cəbrayılzadə Sevinc 8.dos.Həmidov Səid  13.dos.Əliyev Qurban 10.dos.Həmidov Elşad 11.dos.Quliyev Arzu 12.dos.Əhmədov İlham Bəşir oğlu
 Cəbrayılzadə Sevinc
Dosent
 Həmidov Səid
Dosent
  Əliyev Qurban
Dosent
 Həmidov Elşad
Dosent
Quliyev Arzu
Dosent 
Əhmədov İlham
Dosent 
 001  14.b.müəl.Həmzəyev Çingiz 1  15.b.m Mirzəyeva Kəbirə  21.b.müəl.Şabanova Sevinc 16.b.müəl.Bəşirova Qönçə   17.b.m Musayeva Mətanət
Qasımova Kamilə
Baş müəllim 
 Həmzəyev Çingiz
Baş müəllim
 Mirzəyeva Kəbirə
Baş müəllim
 Şabanova Sevinc
Baş müəllim
 Bəşirova Qönçə
Baş müəllim
 Musayeva Mətanət
Baş müəllim
 23.b.müəl.Alıyeva Elmira  22.b.müəl.Səfiyeva Səkinə  19.müəl.Səfərəliyeva Fəxriyyə  18.müəl.Qasımova Aynur  24.müəl.Sadiqov Adil  25.müəlİskəndərov Oqtay
 Alıyeva Elmira
Baş müəllim
 Səfiyeva Səkinə
Baş müəllim
Səfərəliyeva Fəxriyyə
Müəllim
 Qasımova Aynur 
Müəllim
 Sadıqov Adil
Müəllim 
 İskəndərov Oqtay
Müəllim
 26.b.lab.Hüseynova Məhluqə  27.b.lab.Əliyeva Xuraman  28.b.lab.Həziyeva Sərmayə  leyla  30.b.lab. Abdullayeva Gülnarə  31.b.lab.Muradova İlhamə
 Hüseynova Məhriqə
Böyük laborant
 Əliyeva Xuraman
Böyük laborant
Həziyeva Sərmayə
Böyük laborant 
Həmidova Leyla
Böyük laborant 
Abdullayeva Gülnarə
Böyük laborant 
Muradova İlhamə
Böyük laborant

 

 

İş telefonu: +994 (0) 12 498 63 93

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

             Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68           

 

 

Kompüter elmləri kafedrasının tarixi

Kafedra 1971-ci ildə “Hesablama riyaziyyatı  və ehtimal nəzəriyyəsi” adi ilə  fəaliyyətə başlamışdır.1971-1981-ci illərdə kafedranın müdiri dos.H.Əliyev olmuşdur. 1981-1996-cı illərdə kafedraya  r.ü.f.d. prof.Ə.M.Məmmədov rəhbərlik etmişdir.1996-1998-ci illərdə kafedraya prof.V.Musayev rəhbərlik etmişdir.1998-ci ildən 2017-ci ilə kimi kafedraya r.ü.f.d.dos. Z.Ə.Tağıyeva rəhbərlik etmişdir. 2017- 2019-cu ildə Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri r.ü.e.d.,prof.R.Z.Hümbətəliyev rəhbərlik  etmişdir. 09.07.2019-cu ildə Hesablama riyaziyyatı və informatika kafedrasının adı dəyişdirilərək “Kompüter elmləri” adı verilmişdir. 12.12.2019- cu il tarixdən t.ü.f.d.,dos.S.B.Mazanova kafedra müdiri vəzifəsini icra edir.

         Kompüter elmləri kafedrası bakalavr təhsil pilləsində “riyaziyyat müəllimliyi”, “riyaziyyat və informatika müəllimliyi”,  “informatika müəllimliyi” istiqamətləri üzrə, magistratura təhsil pilləsində “İnformatikanın tədrisi metodikası və metodologiyası” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir. Bundan əlavə bakalavr təhsil pilləsində kafedra “İbtidai təhsil”, “Tarix”, “Məktəbəqədər təhsil və korreksiya edici təlim”, “Kimya və biologiya”, “Fizika və texnologiya”, “Musiqi, təsviri sənət və gənclərin çağırışa qədər hərbi hazırlığı” fakültələri üçün qeyri-ixtisas kafedrası kimi fəaliyyət göstərir.   

         Gələcək mütəxəsislərin hazırlığında kafedra  bakalavr təhsil pilləsində 27 fənn tədris edir. Bakalavr təhsil pilləsində Alqoritimlər nəzəriyyəsi, İnformatika və təhsildə İKT, İnformatika, İnformatikanın nəzəri əsasları, Alqoritmik dillər, İnformatika I, İnformatika II, Təhsildə İKT, Kompüterin proqram təminatı, İnformatika və onun tədrisi metodikası, Əməliyyat sistemləri və kompüter arxitekturası, Ədədi üsullar, Alqoritmləşdirmə və proqramlaşdırma, Hesablama riyaziyyatı, Proqramlaşdırma dilləri, Kompüter şəbəkələri, internet, multimediya texnologiyaları, İnformasiya sistemləri VBS, Əməliyyatlar tətqiqi və oyunlar nəzəriyyəsi, Kompüter modelləşdirilməsi, Seçmə bl 5-Müasir proqramlaşdırmanın əsasları, Seçmə bl 8 -Tətbiqi proqramlar və onların orta məktəbə tətbiqi, Seçmə bl 7-MSAcsses, Seçmə bl-5 Kompüter şəbəkələri ,internet multimediya texnologiyası, Seçmə bl-10 Tətbiqi proqramlar, Seçmə bl6- Süni İntellekt və ekspert sistemləri tədris edilir. Magistratura təhsil pilləsində 12 müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən həyata keçirilir.  İnformatikanın tədrisinin müasir problemləri, İnformatikanın tarixi və metodologiyası, AMMEF, İnformatika kursunun tədrisində əməliyyat sistemlərinin tətbiqi metodikası, Seçmə bl1- Kompüter modelləşdirilməsinin metodoloji əsasları, Seçmə bl3- İnformatikanın tədrisi metodikasının elmi nəzəri əsasları, Həndəsi obyektlərin kompüter modelləşdirməsi, Seçmə bl2- Kompüter riyaziyyatının tədrisi metodikası, İnformatika dərsliklərinin və proqramlarının formalaşdırılması metodikası, Tədris tətbiqi öyrədici proqram paketləri,  Seçmə bl2-İnformatika kursunun tədrisində əməliyyat sistemlərinin tətbiqi metodikası fənləri tədris olunur.  Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Son illərdə kafedranın potensialı artmış, elmi dərəcəlilərin sayı çoxalmışdır. 2010-cu ildə dos.Ə.Q.Pələngov  pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2014-cı ildə isə  Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə professor diplomu verilmişdir. 2012-ci ildə Q.İ.Bəşirova pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır. 2017- cı ildə A.M.Qasımova  pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır.
       Kafedranın əməkdaşları müxtəlif xarici ölkələrdə elmi işləri çap olunmuşdur. Xaricdə 63 məqalə o cümlədən impact factor jurnalında  4 məqalə, respublika jurnallarında 300-dən çox elmi məqalə, 4 monoqrafiya, 30-dan çox dərs vəsaiti  çap olunmuşdur.

Kafedrda  Ə.Pələngovun  “Proqramlaşdırma dilləri ” (2011), Z.Tağıyeva . Ə.Həsənova və S.Cəbrayılzadənin “İnformatika və İKT” (2011), S.B.Mazanovanın “Информатика и применение информационных компьютерных технологий в учебном процессе” (2014) Ə.M. Məmmədovun  “Elementar riyaziyyata aid məsələ və misallar” Metodik vəsait (2015), Ə.Q.Pələngov, M.Abdullayevanın “Orta məktəbdə informatikanın tədrisi metodikası”. Dərs vəsaiti (2015)  Ə.Q.Pələngov, M.A.Musayevanın  “Əməliyyat sistemləri və kompüter arxitekturası” Dərs vəsaiti (2016),  Z.Ə.Tağıyeva, S.C.Cəbrayılzadənin “Kompüter şəbəkələri İnternet Multimedia texnologiyaları” (2017), Z.Ə.Tağıyeva, S.C.Cəbrayılzadənin “İnformatikanın nəzəri əsasları” (2017), S.B.Mazanova İnformatika və İTM  (2017), Q.İ.Bəşirova  “Müasir proqramlaşdırmanın əsasları- Excel&VBA. Visual Basic for Aplicastion” (2018), R.Z.Hümbətəliyev. K.Mirzəyeva, R.Cəlilovanın “İnformatika I,II” (2019), Ə.Q.Pələngovun “Kompüter modelləşməsi” (2019) dərslik və dərs vəsaitləri nəşr olunmuşdur.

Kafedra əməkdaşları  2 problem üzrə (İnformatikanın tədrisi metodikası və hesablama riyaziyyatı ) elmi-tədqiqat işləri aparırlar.  

         2019-cu ildə kafedrada  22 nəfər professor-müəllim heyəti və  5 nəfər tədris- köməkçi  heyyəti çalışır.  1 nəfər p.e.d., professor,  8 nəfər fəlsəfə doktoru-dosent, 2 nəfər fəlsəfə doktoru-dosent, 1 nəfər fəlsəfə doktoru, dosent əvəzi, 5 nəfər fəlsəfə doktoru -baş müəllim 3 nəfər baş müəllim, 2 nəfər müəllim  fəaliyyət göstərir.

Static göstəricilər

Hazırda (2018)

    • 26 nəfər professor müəllim heyəti
      • 4 nəfər professor,
      • 8 nəfər fəlsəfə doktoru, dosent,
      • 4 elmlər namizədi baş müəllim,
      • 4 nəfər baş müəllim
      • 6 nəfər müəllim
    • 4 nəfər 0,5 ştat əvəzçiliklə dosent, müəllim
    • 5 nəfər tədris köməkçi heyət çalışır.
      • 5 nəfər böyük laborant

Elmi fəaliyyət

Son İllərdə kafedranın potensialı artmış, elimi dərəcəlilərin sayı çoxalmışdır. Belə ki, M.Ö.Yusifov 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə professor elimi adı almışdır. 2010 –cu ildə  dos.Ə.Q.Pələngov pedaqoji elimlər doktoru alimlik  dərəcəsi almışdır.
Kafedranın əməkdaşları tərəfindən indiyədək 500-dən dən çox elmi metodiki məqalə, 3 monoqrafiya, 15 dərs vəsaiti çap olunmuşdur. Son illərdə Ə. Pələngovun «Proqramlaşdırma dilləri» (2011), Z. Tağıyeva, Ə. Həsənova və S. Cəbrayılzadənin «İnformatika və İKT» (2011), M. Yusifov və K. Cəfərovun «Ehtimal nəzəriyyəsi və riyazi statistikadan praktikum»  (2011). M. Yusifovun «Rəqslər nəzəriyyəsinin riyazi həll üsulları» (2011) dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. 
Kafedranın əməkdaşlarından M. Ö. Yusifov vəƏ. Q.Pələngovun Z.Ə.Tağıyevanın əsərləri Rusiya, Belorusiya və Türkiyənin nüfuzlu elmi jurnallarında çap olunmuşdur. Ə.Q.Pələngov Moskva şəhərində keçirilən XVIII Beynəlxalq konfransda iştirak edib və sertifikat alıb.

Kafedrada «İnformatika və İKT tətbiqi» və «Tətbiqi riyaziyyatın nəzəri və metodiki məsələləri» adlı elmi metodiki seminar fəaliyyət göstərir. Kafedra əməkdaşları informatika və hesablama riyaziyyatının əsaslarının öyrədilməsi istiqamətində elmi-tədqiqat işi aparırlar.         

Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə

  1. SF: Müasir proqramlaşdırmanın əsasları: Excel&VBA
  2. Alqoritmlər nəzəriyyəsi
  3. Ehtimal nəzəriyyəsi və riyazi statistika
  4. Hesablama riyaziyyatı
  5. Kompyuter arxitekturası
  6. Tədris praktikası
  7. Kompyuter şəbəkələri, internet, multimediya
  8. Kompyuter şəbəkələri
  9. Kompyuter modelləşdirilməsi, modelləşdirmənin əsasları
  10. Süni intellekt və ekspert sistemləri
  11. Əməliyyat sistemləri
  12. İnformatika və onun tədrisi metodikası
  13. İnformatika
  14. İnformatika və onun əsasları

Magistratura pilləsi üzrə

  1. İnformatikanın müasir problemləri (aktual problemləri)
  2. İnformatikanın riyazi məntiqi əsasları
  3. Ali məktəbin müəyyən etdiyi fənn (proqramlaşdırma dilləri)
  4. Elmi araşdırmalar və təhsil prosesində kompyuter texnologiyalarının tətbiqi
  5. SF: Web  texnalogiyasının əsasları, multimediya sistemləri, HTML dili, Kompyuter sisteminində Kodlaşdırma və kriptoqrafiya
  6. Kompyuter şəbəkələri və işlənən informasiyanın paylanması
  7. İnformasiya sistemləri və verilənlər bazasının  idarəetmə sistemləri (VBİS)
  8. Kompyuter sistemlərində informasiyaların qorunması. Kodlaşdırma və kriptoqrafiya
  9. İnformatikanın tarixi və metodologiyası
  10. Kompyuter sisteminin quruluşu və əməliyyat sistemləri
  11. İnstrumental proqram vasitələri
  12. Əməliyyat sistemləri və onun tədrisi metodikası
  13. İnformatikanın tədrisi metodikasının elmi nəzəri əsasları
  14. Kompyuter modelləşdirilməsinin metodoloji əsasları
  15. Kompyuter riyaziyyatının tədrisi metodikası
  16. İnformatika kursunun tədrisində əməliyyat sistemlərinin tətbiqi metodikası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə riyaziyyat, fizika, kimya, tarix , filologiya, biologiya, mühəndis pedaqoji və bədii qrafika və s. Bütün  fakültələrdə informatika kursu  üzrə yüksək səviyyədə mühazirələr oxunur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada TEM 060909- İnformatika və İnformatikanın Tədrisi Metodikası ixtisasları üzrə  magistr hazırlığı həyata keçirilir. Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir, və Təhsil Naziriyinin qrifi üzrə nəşir olunmuşdur. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

  • Ə.Pələngovun. “İnformatika (Windows, Word, Excel proqramları üzrə praktik kurs)”.
    Bakı, ADPU-2005; Z.T. “İnformatika (Basic və Pascal proq-ramları üzrə praktik və nəzəri kurs)”. Bakı, ADPU-2005;
  • S.Həmidovun. ”Kompüter sistemi və ondan istifadə texnologiyası”. Bakı, ADNA, 2007;  
  • Ə Məmmədov. “Kombinatorikanın, ehtimal nəzəriyyəsi və riyazi statistikada məsələlər həllində rəhbərlik”. 2008, 21 çap vərəqi. S.B.Mazanova. «İnformatika», Metodik vəsait, Bakı; «Şərq-Qərb ASC-nin mətbəəsi». 2008-ci il, 208s;
  • Ə.Məmmədov “Hesablama riyaziyyatı”. 2010, 29 çap vərəqi.
  • Z.Tağıyeva. “İnformatika kursu üzrə laboratoriya işlərinə dair praktiki praktikum”. BAKI 2010-2011;
  • Z.Tağıyeva. “İnformatika və İKT“. Bakı 2011;
  • Ə.Məmmədov. “ Paskal proqramlaşdırma dili”. 2011, 18 çap vərəqi;
  • M.Yusifov. “Proqramlaşdırmanın əsasları”. (2012) dərsliyini, “VIII sinifdə riyaziyyatdan olimpiada çalışmaları”. 2011; “Ehtimal nəzəriyyəsi və riyazi statistikadan praktikum”. 2011; Proqramlaşdırmanın əsasları. 2012; “Proqramlaşdirma dilləri”. Bakı, ADPU-2011; Ə.Məmmədov. “Kombinatorikanın, ehtimal nəzəriyyəsinin və riyazi statistikanın əsasları”. 2011, 33 çap vərəqi; dos. S.B.Mazanova, dos. Z.Tağıyeva. «Kompüter  sisteminin quruluşu və əməliyyat sistemləri». dərs vəsaiti, ADPU-nun mətbəəsi, Bakı; Ü.Həcibəyov küçəsi, 34, 2012 il, s 206; dos. S.B.Mazanova, dos. Z.Tağıyeva, M.M.Abbasova. «İnformatika i primenenie informaüionnıx kompğöternıx texnoloqiy v uçebnom proüesse». çapdadır. M.Yusifov. “IX sinifdə riyaziyyatdan olimpiada çalışmaları”. 2013.; “X-XI siniflərdə riyaziyyatdan olimpiada çalışmaları”. 2013. metodik vəsaitlərini misal göstərmək olar.

Xarici əlaqələr

Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Dagıstanda başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar. Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belorusiyada, Gürcüstanda, Türkiyəda və Maxacqalada  keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının pasportu