шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyazi analiz kafedrası

F.-r.e.n., dos Abasov Rahib

 01.07.1950 – ci il tarixində Azərbaycan Respublikasının Saatlı rayonunda qulluqcu ailəsində anadan olmuşdur . 1967 –ci ildə orta məktəbi bitirərək BDU- nun o zamanki S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil mexanika – riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuşdur. 1972 – ci ildə həmin fakültədə təhsilini bitirərək S.Vurğun adına 1- nömrəli Saatlı şəhər orta məktəbində riyaziyyat müəllimi kimi  əmək faliyətinə başlamışdır.Abasov R.Z.1977 – ci ilin yayında 2014 – ci ilin əvəllərinə kimi keçmiş Azərbaycan Dövlət Neft Akademyası Ali riyaziyyat  kafedrasında çalışmış və dosent vəzifəsinə qədər yüksəlmişdir.2014 – cü ilin əvəllərində isə Azərbaycan Dovlət Pedaqoji Universitetinin  funksiyalar nəzəriyyəsi kafedrasında dosent vəzifəsinə qəbul edilmiş və hal hazırda  həmin kafedrada çalıçır.

Abasov R.Z. 1983 – cü ilin mart ayında Stiltes inteqralı bəzi növ inteqral tənliklərin kəsilməz  həlinin təqribi tapılmasında xətti materalların tətbiqi  mövzusunda 01.01.01. ixtisasıüzrə  namizədlik disertasiyasını  müdafiə etmişdir .2014 – cü ilin sonlarında isə ümumtəhsil məktəblərində riyaziyyat  kursunun tədrisində  şagirdlərdə ümimiləşdirmə funksional yanaşma bacarıqlarının formalaşdırılması və inkişaf edilməsi 5801.01 ixtisası üzrə mövzusunda  doktorluq dissertasiyası işini hazırlayaraq təqdim edilmişdir .Abasov R.Z. əsasən aşağıdakı istiqamətlərdə elmi – tədqiqat işləri aparır.

  1. Stietes inteqralı inteqral tənlik və bərabirsizliklər üzrə araşdırmalar .
  2. Məktəb riyaziyatına aid olimpiada məzmunlu məsələlərin həllində ümumi və konstruktiv xarakterli həlli üsullarının tapılması.
  3. Məktəb riyaziyyatının elmi səviyəsinin yüksəldilməsi istiqamətində araşdırmalar.
  4.  Ali riyaziyyatın bəzi anlayış və təkliflərinin uyğun həyati məsələlrlə əlaqəli tədrisi.

Abasov R.Z. – nin elmi və pedaqoji faliyəti Almanyanın heybus medalı Avropa konfaransının qızıl medalı Rusiya Təbitşunaslıq Akademyasının xac ordeni ilə təltif edilmişdir.Abasov R.Z. 70 – yaxın  elmi – metodik metodik məqalənin və 4 dərs vəsaitinin müəllifidir . Onun bir kitabı ingilis dilində Almanyanın LAP şirkəti tərəfindən nəşr  bir  vərs vəsaiti  Azərbaycanda nəşr edilmişdir.

  1.  “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi” (dərs vəsati) A.C.Adıgözəlov, dos. İ.V.Əliyev, dos.R.Z.Abasov. Bakı – 2016