шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyazi analiz kafedrası

Rzayev Rəhim Mikayıl oğlu

Fizika-riyaziyyat elmləri doktoru, professor

ADPU-nun “Riyazi analiz” kafedrasının professoru

QISA  BİOQRAFİK  MƏLUMAT

1958-ci il iyunun 1-də İmişli rayonunda anadan olub

1973-cü ildə İmişli rayonunun Əliqulular kəndindəki orta məktəbi bitirib

Evlidir,  2  övladı var

TƏHSİLİ,  ELMİ  DƏRƏCƏSİ  VƏ  ELMİ  ADLARI

Ali təhsillidir. 1978-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu) “riyaziyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib (ixtisas dərəcəsi: “riyaziyyatçı, riyaziyyat müəllimi”)

1983-cü ildə “Məxsusi inteqralların lokal xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.01.01-Riyazi analiz ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb

1998-ci ildə “Funksiyaların orta ossilyasiyası üzərinə qoyulan şərtlərlə təyin edilən fəzalarda inteqral operatorlar və bəzi tətbiqlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 01.01.01-Riyazi analiz ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “professor” elmi adını alıb

ƏMƏK  FƏALİYYƏTİ 

  • 1978-1987 Azərbaycan EA-nın Kibernetika İnstitutu; baş laborant, kiçik elmi işçi;
  • 1987-1989 Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsi; kiçik elmi işçi, elmi işçi;
  • 1989-1990 Leninqrad Maliyyə-İqtisad İnstitunun Bakı Filialının “Riyaziyyat” kafedrası; laboratoriya müdiri, baş müəllim;
  • 1990-2000 Azərbaycan Dövlət İqtisad İnstitutunun “Riyaziyyat” kafedrası; baş müəllim, dosent, professor;
  • 2000-2012 Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrası; professor;
  • 2012-2016 ADPU-nun “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri;
  • 2010-2014 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri (əvəzçiliklə);
  • 2016-cı ilin sentyabrından ADPU-nun “Riyazi analiz” kafedrasının professoru;
  • 2003-2010 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika Elmləri üzrə Ekspert Şurasının üzvü;
  • 2011-2012 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinin verilməsi üzrə Müdafiə Şurasının üzvü və həmin Şuranın nəzdindəki Elmi Seminarın sədri;
  • 2013-2014 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika Elmləri üzrə Ekspert Şurasının sədri;
  • 2015-2018 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinin verilməsi üzrə Müdafiə Şurasının üzvü;  
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Riyaziyyat bölməsinin üzvü;
  • Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Riyaziyyat Problemləri üzrə elmi şurasının üzvü;
  • “Azerbaijan Journal of Mathematics” elmi jurnalının Redaksiya Heyətinin üzvü;
  • “AMEA-nın Xəbərləri (riyaziyyat buraxılışı) (fizika-texnika və riyaziyyat elmləri seriyası)”  elmi jurnalının Redaksiya Heyətinin üzvü;
  • “AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” elmi jurnalının Redaksiya Heyətinin üzvü;
  • “ADPU-nun xəbərləri” elmi jurnalının Redaksiya Heyətinin üzvü və “Riyaziyyat və təbiət elmləri seriyası”nın redaktoru.

Apardığı dərslər: bakalavr mərhələsində: Ali riyaziyyat, riyazi analiz, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, funksional analiz, magistratura mərhələsində: müxtəlif ixtisas fənnləri və seçmə fənnlər

80-dən artıq elmi əsərin, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin, 2 işçi proqramın müəllifidir

ƏSAS  ELMİ  İSTİQAMƏTİ  VƏ  NAİLİYYƏTLƏRİ

Funksiyalar nəzəriyyəsi və funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsi. Lokal cəmlənən funksiyaların orta ossilyasiyasının köməyi ilə yeni metrik xarakteristikalar daxil edilmiş və onların vasitəsilə yeni funksional fəzalar təyin edilmişdir. Həmin fəzaların məlum orta ossilyasiya fəzaları ilə (  və s. tipli fəzalarla) əlaqələri öyrənilmişdir. Orta ossilyasiya fəzalarında çoxölçülü sinqulyar inteqral operatorların məhdud təsir etməsi haqqında teoremlər isbat edilmişdir. Maksimal sinqulyar inteqral operatorun, potesial tipli inteqral operatorların orta ossilyasiya xassələri öyrənilmişdir. Hamarlığı ölçən maksimal funksiyanın köməyi ilə sinqulyar inteqralın və Riss potensialının müxtəlif lokal və qlobal struktur xassələri araşdırılmışdır. Bürünmə tipli sinqulyar inteqralların orta ossilyasiya terminlərində approksimativ xassələri araşdırılmış və alınan nəticələr çoxqat Furye sırasının cəmlənməsi məsələlərinə tətbiq edilmişdir. 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA  İŞTİRAKI

  1. Международная конференция по геометрии банаховых пространств, Варна, Болгария, 1989
  2. Международная конференция «Функциональные пространства, теория приближений, нелинейный анализ», Москва, Россия, 1995
  3. Международная конференция по теории приближения функций, Калуга, Россия, 1996
  4. Международная конференция “Функциональные пространства. Дифференциальные операторы. Проблемы математического образования”, Москва, Россия, 1998
  5. VII Международная конференция «Математика. Экономика. Экология. Образование», Ростов-на-Дону, Россия, 1999
  6. Международная конференция по математике и механике, посвященная 45-летию ИММ НАН Азербайджана, Баку, 2004
  7. International Workshop “Analysis and its applications”, Mersin, Turkey, 2004
  8. Международная конференция «Функциональные пространства, теория приближений, нелинейный анализ», Москва, Россия, 2005
  9. Международная конференция по математике и механике, посвященная 50-летию чл.-корр. НАНА, проф. И.Т.Мамедова, Баку, 2005
  10. Международная конференция по математике и механике, посвященная 70-летию чл.-корр. НАНА, проф. Б.А.Искендерова, Баку, 2006
  11. Международная конференция по математике и механике, посвященная 70-летию действительного члена НАН Азербайджана, проф. А.Д.Гаджиева, Баку, 2007
  12. Международная конференция по математике и механике, посвященная 50-летию ИММ НАН Азербайджана, Баку, 2009
  13. Международная конференция, посвященная 100-летнему юбилею академика З.И.Халилова, Баку, 2011
  14. International Workshop “Operators in Morrey-Type Spaces and Applications”, Kirshehir, Turkey, 2011
  15. International Conference devoted to the 100-th anniversary of academician I.I.Ibrahimov, Baku, 2012
  16. International Conference dedicated to the 90-th anniversary of H.Aliyev. Baku, 2013.

SEÇİLMİŞ  ƏSƏRLƏR

1) Rzaev R.M. A multidimensional singular integral operator in spaces defined by conditions on mean oscillation of functions. (Russian) Dokl. Akad. Nauk. SSSR 314 (1990), #3, 562-565; translation in Soviet Math. Dokl. 42 (1991), #2, 520-523.

2) Rzaev R.M. Approximation of essentially continuous functions by singular integrals. (Russian) Izv. Vyssh. Uchebn. Zaved. Mat. 1989, #3, 57-62; translation in Soviet Math. (Iz. VUZ.) 33 (1989), #3, 90-99.

3) Rzaev R.M. Local theorems for the approximation of periodic functions. (Russian) Izv. Vyssh. Uchebn. Zaved. Mat. 1989, #8, 85-88; translation in Soviet Math. (Iz. VUZ.) 33 (1989), #8, 119-122.

4) Gadzhiev N.M., Rzaev R.M. On the order of locally summable functions approximation by singular integrals. Funct. Approx. Comment. Math. 20 (1992), 35-40.

5) Rzaev R.M. A multidimensional singular integral operator in spaces defined by conditions on the k-th mean oscillation. (Russian) Dokl. Akad. Nauk.(Russia) 356 (1997), #5, 602-604.

6) Rzaev R.M. A multidimensional singular integral operator in the spaces  and . (Russian) Izv. Vyssh. Uchebn. Zaved. Mat. 1997, #3, 52-60; translation in Russian Math. (Iz. VUZ.) 41 (1997), #3, 51-59.

7) Rzaev R.M. On some maximal functions measuring smoothness, and metric characteristics. Trans. Acad. Sci. Azerb. Ser. Phys.-Tech. Math. Sci. 19 (1999), #5, Math. Mech., 118-124.

8) Rzaev R.M. John-Nirenberg’s theorem for the high order mean oscillation and its applications. Proc. Inst. Math. Mech. Natl. Acad. Sci. Azerb. 14 (2001), 72-78.

9) Rzaev R.M. Inequalities for some metric characteristics. Trans. Natl. Acad. Sci. Azerb. Ser. Phys.-Tech. Math. Sci. 23 (2003), #1, Math. Mech., 173-180.

10) Rzaev R.M. Singular integral operators on . Trans. Natl. Acad. Sci. Azerb. Ser. Phys.-Tech. Math. Sci. 23 (2003), #4, Math. Mech., 173-182.

11) Rzaev R.M., Aliyeva L.R. On local properties of functions and singular integrals in terms of the mean oscillation. Central European Journal of Mathematics, 2008, v.6, #4, 595-609.

12) Rzaev R.M., Imanova A.B. Some boundary properties of Cauchy type integral in terms of mean oscillation. WSEAS Transactions on Mathematics, 2012, v.11, issue 2, p.135-145.

13) Rzaev R.M., Properties of singular integrals in terms of maximal functions measuring smoothness. Eurasian Mathematical Journal, 2013, v.4, №3, p.107-119.

14) Rzaev R.M., Aliyev F.N. Some embedding theorems and properties of Riesz potentials. American Journal of Mathematics and Statistics, 2013, v.3, №6, p.445-453.

15) Rzaev R.M., Mammadova G.Kh., Maharramov M.Sh. Approximation of functions by singular integrals. Pure and Applied Mathematics Journal, 2014, v.3, No.6, p. 113-120.

16) Rzaev R.M., Abdullayeva A.A. Φ-maximal Functions Measuring Smoothness. American Journal of Mathematics and Statistics, 2015, v.5, №2, p.52-59.

17) Rzaev R.M., Gakhramanova Z.Sh., Alieva L.R. On generalized Besov and Campanato spaces. Ukr. Math. J., 2018, v.69, №8, p. 1275-1286.

KİTABLAR

  1. 1. Rzayev R.M. Xətti cəbrin elementləri, “Müəllim” nəşriyyatı, Bakı, 2004