шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Riyazi analiz kafedrası

Cəfərov Kamandar Molla oğlu

ADPU - nun “Hesablama riyaziyyatı və informatika” kafedrasının dosenti

QISA  BİOQRAFİK  MƏLUMAT

Mən, Cəfərov  Kamandar Molla oğlu 03.12.1938-ci ildə anadan olmuşam. 1945-ci  ildə Miskinli kənd orta məktəbinə daxil olub, 1955-ci ildə qurtarmışam. Ailəlidir. 3 övladım var.

TƏHSİLİ, ELMİ  DƏRƏCƏSİ VƏ ELMİ  ADLARI

Ali təhsillidir. 1968-ci ildə ADU (BDU) qurtarmışam. Riyaziyyatın iqtisadiyyata tətbiqi, riyaziyyat müəllimi ixtisası almışam. 1978-ci ildə təsadüfi kəmiyyətlərin cəmi ilə düzəldilmiş təsadüfi proseslərin tədqiqi mövzusunda dissertasiya müdafiə etmiş və f. r. e. n. elmi dərəcəsi adı almışam. 1983-cü ildə “Hesablama riyaziyyatı və informatika” kafedrasının dosenti işləyir.

ƏMƏK  FƏALİYYƏTİ

1955-1958 Bakı dəmiryol texnikumu

1958-1960 Tomsu dəmiryolunda işləmişəm.

1960-1963 Sovet ordusu sırasında qulluq etmişəm.

1963-1968 BDU (ADU) oxumuşam.

1968-1970 Kibernetika institutunda elmi işçi

1970-ci ildən hal-hazıra kimi ADPU-da müəllim və baş müəllim, dosent vəzifəsində işləyirəm.

Apardığı dərslər: Ehtimal nəzəriyyəsi və riyazi statistika;

TƏDQİQAT  SAHƏSİ

Ehtimal nəzəriyyəsi və riyazi statistika;

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Kiyev, Donetski, Lənkəran, BDU-da, AMEA, Kibernetika İnstitutunda simpozium və konfranslarda iştirak etmişəm.

SEÇİLMİŞ  ƏSƏRLƏRİ

85-ə qədər elmi məqaləm var. 3 dərs vəsaitinin müəllifiyəm. Elmi məqalələr, Bakıda, Kiyevdə, Donetskidə, Almaniyada və Amerikada dərc edilmişdir.

KİTABLAR

3 dərs vəsaiti

  1. Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri. 1984
  2. Ehtimal nəzəriyyəsi və riyazi statistikadan praktikum.2011
  3. Fizika məsələlərinin həllində EHM-dən istifadə , Elektron bölməsi BAKI-ADPU, 1994 .